Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır
Far.Az xəbər saytı

Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin Antalya Diplomatiya Forumunda nümayiş etdirdiyi səmimiyyət bütün dünyaya mesajıdır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.

"Bu, qardaşların bütün dünyaya mesajıdır", - H. Fidan bildirib və qeyd edib ki, hər üç dövlət başçısı dostluq münasibətlərini dəfələrlə isbatlayıb:

"Bu dostluğu dəfələrlə isbatlayıblar və həmçinin təmsil etdikləri dövlətlərin xalqlarının hisslərini nümayiş etdiriblər. Regional problemlərin həllində müstəsna rolları, sülh və təhlükəsizlik naminə atdıqları addımlar bütün dünyanın diqqət mərkəzindədir. Buna görə də hər üç liderin birliyi bütün dünyaya növbəti mesaj idi".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər