Azərbaycanda son 5 ildə Çernobıl faciəsi ilə bağlı 450-dən çox şəxs evlə təmin olunub
2021-ci ildən bu günə qədər Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş 450-dən çox şəxs evlə təmin olunub.
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov sözügedən faciənin 40-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Çernobıl qurbanlarına ömürlük əlilliyin verilməsi ilə bağlı qərarın təməlini qoyub:
"Hazırda Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021-2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub".
M.Həsənov onu da əlavə edib ki, Çernobıl faciəsinin təsirlərinə məruz qalan şəxslərin övladları 44 günlük müharibədə də iştirak ediblər:
"Onların bəzisi təkrar sağlamlığını itirib. Hətta bir neçəsi şəhid olub. Buna görə də Çernobılla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə xüsusi diqqət və qayğı mütləqdir".
Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında baş vermiş Çernobıl faciəsindən 40 il ötür.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB













