Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Far.Az xəbər saytı

Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək


Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, bu, qlobal dayanıqlı inkişaf gündəliyinə əlavə təkan verəcək.

"COP29-un uğurla keçirilməsi təcrübəsinə əsaslanaraq, Azərbaycan cari ilin may ayında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməyə hazırlaşır. Bundan başqa, iyun ayında Azərbaycan 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək", - Ə.Əsədov qeyd edib.

O vurğulayıb ki, Bakı şəhərsalma və ekologiya sahəsində beynəlxalq səylərin birləşdirilməsi, həmçinin qlobal dayanıqlı inkişaf gündəliyinin irəliləməsi üçün bu platformalardan istifadə etmək niyyətindədir.

Baş nazir birgə səylərin daha da gücləndirilməsinin və transsərhəd ekoloji məsələlərin həllində uzlaşdırılmış yanaşmanın təmin edilməsinin vacibliyini vurğulayıb. "Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ümumi məqsədlərə nail olunmasına fəal şəkildə töhfə verməyə hazırdır", - o əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər