Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi müzakirə edilib
Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi imkanları müzakirə edilib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev "X" sosial media hesabında paylaşım edib.
O, Astanada keçirilən Regional Ekoloji Sammit - 2026 (RES 2026) çərçivəsində Yaşıl İqlim Fondunun Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq üzrə direktoru Tomas Eriksson ilə görüşdüyünü bildirib.
"Azərbaycanın Yaşıl İqlim Fondu ilə davam edən qarşılıqlı fəaliyyətini və əməkdaşlığı daha da gücləndirmək imkanlarını müzakirə etdik", - M. Babayev qeyd edib.
Xüsusi nümayəndənin sözlərinə görə, T. Eriksson ilə iqlim maliyyəsi, o cümlədən fondun resurslarına çıxışın genişləndirilməsi, eləcə də təsirlərin azaldılması və uyğunlaşma prioritetlərinin həyata keçirilməsinin dəstəklənməsi barədə fikir mübadiləsi aparıb.
"İqlim maliyyəsinin artırılması əsas məsələ olaraq qalır. COP29-un və Yeni Kollektiv Kəmiyyət Hədəfinin nəticələrinə əsaslanaraq 1,5°C hədəfini əlçatan saxlamaq üçün davamlı və proqnozlaşdırıla bilən maliyyə axınları mühüm əhəmiyyət kəsb edəcək", - M. Babayev vurğulayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub













