Azərbaycanda gələn il iş adamlarının dövlət qurumları ilə əlaqələri asanlaşdırılacaq
Gələn il ərzində iş adamları ilə bağlı məsələlərə diqqət yetiriləcək və hökumətlə əməkdaşlıq edərək onların həyatı asanlaşdırılacaq.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin ikinci günündə deyib.
"MyGov" elektron hökumət portalının əsas məqsədi hər bir vətəndaşın dövlət qurumları ilə çox asan və rahat əməkdaşlıq etməsini təmin etməkdir. İstəmirik ki, onlar müxtəlif qurumlara baş çəkib, müxtəlif dövlət qurumlarından almalı olduqları bir çox sənədləri gözləməklə vaxtlarını itirsinlər. Bu mənada "myGov" həll yolu olardı. Biz istəyirik ki, hər bir vətəndaş övladı dünyaya gələn, ailə quran zaman və ya həyatında baş verən hər hansı bir hadisə ilə bağlı hansı dövlət qurumuna müraciət etməli olduğunu düşünməsin", - İ. Vəliyeva vurğulayıb.
Onun sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "myGov"un Azərbaycan vətəndaşının bütün suallarına cavab verən platformaya çevrilməsini istəyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib













