Quba, Qusar, Xaçmaz və Şabranda sel nəticəsində zədələnən yollar bərpa ediləcək
Far.Az xəbər saytı

Quba, Qusar, Xaçmaz və Şabranda sel nəticəsində zədələnən yollar bərpa ediləcək


Prezident İlham Əliyevin sərəncamına əsasən, güclü yağışlar və sel suları nəticəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması üçün bərpa işləri görüləcək.

Far.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba–İspik–Xınalıq yolunun uçqun baş vermiş hissəsində, Quba–Qonaqkənd–Muçu yolunda çökmə və sürüşmə olan sahələrdə təmir aparılacaq. Eyni zamanda Yerfi–Adur yolunun çınqıl örtüyü yenilənəcək, suötürücü borular dəyişdiriləcək və Söhüb kəndi ərazisində körpünün giriş-çıxışı bərpa ediləcək.

Xaçmaz rayonunda Xaçmaz–Xudat–Yalama yolunun zədələnmiş hissələri və boru keçidləri yenilənəcək. Mollaoba–Qıraqlı və Həzrə–Muçuq yollarında da körpü və yol infrastrukturu bərpa olunacaq.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər