Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
Azərbaycan su təhlükəsizliyi sahəsindəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilib və artıq son dərəcə yüksək su riskləri olan ölkələr sırasında deyil, lakin ölkədə su ehtiyatlarının idarə edilməsi sisteminin islahatı hələ də başlanğıc mərhələsindədir.
"Far.Az"un məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hələ bir neçə il əvvəl Azərbaycan, bir çox digər ölkələr kimi su ehtiyatlarının idarə edilməsində ciddi çətinliklərlə üzləşirdi: "Aparılan islahatlar sayəsində Azərbaycanda vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb".
R.Axundzadə vurğulayıb ki, son illər ərzində ölkə su sektorunun idarə edilməsinə yanaşmasını həm institusional, həm infrastruktur, həm də idarəetmə baxımından dəyişib.
Xəbər yenilənir
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
-
Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu
-
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib













