Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb
Far.Az xəbər saytı

Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb


Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalayıb, Milli Məclisdə 11 qanun qəbul edilib.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib:

"62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər