Heybət Vəliyev: Mövsüm öncəsi turistlərin təhlükəsizliyinin gücləndirilməsi vacibdir
Mövsüm öncəsi bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəyə gələcək, eləcə də regionları səyahət edəcək turistlər üçün çox vacibdir*
"Report"un məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, FHN ilə birgə keçirilən təlim turizm sənayesi üzvləri, bələdçilər, xüsusi dağ bələdçiləri üçün mühüm addımdır:
"Mövsüm öncəsi bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəyə gələcək, eləcə də regionları səyahət edəcək turistlərin təhlükəsizliyi üçün vacib amildir. Bu sahə ekoturizmin inkişafı Dövlət Turizm Agentliyinin də əsas prioritet sahələrindəndir. Biz təbiət və aktiv turizmin inkişafına xüsusi üstünlük veririk. Eyni zamanda regionlarda xüsusilə bu sahənin inkişafı mühüm prioritetimizdir. Dağ piyada marşrutlarının inkişafı, macəra turizmində standartların qəbul olunması və dağ bələdçiliyi üzrə fəaliyyət göstərən federasiyalarla görüşlərin keçirilməsi sahənin daim nəzarətdə olduğunun göstəricisidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Polis Akademiyasında beynəlxalq konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













