Hicran Hüseynova: Əsas məsələ uşaqları real təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır
Far.Az xəbər saytı

Hicran Hüseynova: Əsas məsələ uşaqları real təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır


Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılmasıdır.

"Report" xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, bu gün elə bir sahədə yoxdur ki, yeni nəsil texnologiyalardan istifadə edilməsin:

"Hazırda əlçatmaz informasiya yoxdur. Bunlar yeni dövrün reallıqlarıdır. Ölkədə rəqəmsal inkişaf priotet məsələlərdəndir. İnstitusional mexanizm formalaşdırılır".

O qeyd edib ki, hər bir inkişafın pozitiv və mənfi tərəfləri var:

"Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ- uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir".

YENİLƏNİR

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər