Naxçıvanda vəkillik və mediasiyanın rolu ilə bağlı konfrans keçirilib
Naxçıvanda Vəkillər Kollegiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə regional konfrans keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, hər iki qurum rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri, Muxtar Respublikasının rəsmi şəxsləri, hakim və vəkillər, mediatorlar, müəllimlər, tələbələr, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən A. Bağırov iştirakçıları salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb, Kollegiyada son illər görülən işlərdən danışıb.
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri N. Adilovun sözlərinə görə, hazırda ölkə üzrə 423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir: "2026-cı ildə barışıq sazişinin sayı 1 794-dür. Probasiyada isə 6 barışıq sazişi qeydə alınıb".
Sonda müzakirələr aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













