Nazirlik rəsmisi: Uşaqların sosial şəbəkələrdə kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur
Far.Az xəbər saytı

Nazirlik rəsmisi: Uşaqların sosial şəbəkələrdə kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur


Uşaqların sosial şəbəkələrdə kiberbullinqvə digər neqativ təsirlərə məruz qalma ehtimalı daha çoxdur.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmisi Aynurə Zeynalova Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, qanun layihəsində əks olunan qadağa uşaqların təhsili və ya vaxtlarının səmərəli keçirmələri ilə bağlı platformalara aid deyil:

"Bu da o deməkdir ki, məktəbdə oxuyan şagird özünün düşüncə tərzinə, psixologiyasına uyğun proqramlardan istifadə edə biləcək. Qadağaların "TikTok" və digər sosial şəbəkələrdə tətbiqi nəzərdə tutulur. Bu platformalarda uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur. Eyni zamanda, o şəbəkələr üzərindən uşaqları nəyəsə vadar eləmək daha asandır".

A.Zeynalova qeyd edib ki, böyük ehtimalla, bu qadağaların əvəzinə müəyyən alternativlər də olacaq. "Həmin alternativlər sayəsində tətbiq olunacaq qadağalar uşaqların psixologiyasına təsir etməyəcək".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər