Pərvanə Vəliyeva: Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır
Far.Az xəbər saytı

Pərvanə Vəliyeva: Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır


Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva Koalisiyanın Ermənistanda "Liderlər təbiət naminə" devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın müraciəti ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Kür və Araz çaylarına çirkab suları axıdılırsa, Azərbaycan da bundan təsirlənir:

"BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2026-cı ilin aprel ayında işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyanın araşdırma hesabatında da məhz Oxçuçayın tullantılarla çirkləndiyi faktı qeyd olunub. Hazırda sülh gündəliyi müzakirədədir. Bu konteksdə transsərhəd çaylarının çirkləndirilməsi ilə bağlı müzakirələr aparılmalıdır".

Deputat qeyd edib ki, Ermənistan və sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır:

" Ermənistan həm işğaldan azad olan ərazilərdə, həm də Azərbaycanla sərhəddə yerləşən ərazilərdə olan dağ-mədən sənayesi işlərini diqqətdə saxlamalıdır. Ermənistanın iqtisadi inkişafı regionun su ehtiyatlarının, ekosisteminin məhv edilməsi hesabına həyata keçirilməməlidir və bütün bunlar nəzərə alınmalıdır".

O bildirib ki, Ermənistan BMT-nin İqtisadi Komissiyasının "Su Konvensiyası"na da bu günə qədər imza atmayıb və tərəf olmayıb:

" Bu da o deməkdir ki, Ermənistan transsərhəd çayların ekosistemi ilə bağlı narahatlıq keçirir və ona görə bu sahədə heç bir hesabatlılıq sənədinə imza atmır".

YENİLƏNİR

Oxşar xəbərlər

Keşlə çirkab sulardan təmizlənir
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
EPF Ermənistan QHT-ləri və mediasına müraciət edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər