İzmirdə məlumatlandırma sessiyası keçirilib - Baku TV
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyalarının iştirakçılarının Türkiyəyə səfəri təşkil olunub.
Far.Az xəbər verir ki, səfərin ilk günündə gənc media nümayəndələri SOCAR-ın İstanbul şəhərində yerləşən ofisini ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar. Burada təşkil olunan məlumatlandırma sessiyasında "SOCAR Türkiyə"nin baş icraçı direktorunun kommunikasiya və dövlətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov şirkətin qardaş ölkədəki çoxşaxəli fəaliyyəti, icra olunan layihələr, əldə olunan nailiyyətlər, strateji hədəflərlə bağlı ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Səfər proqramının növbəti günündə İzmir şəhərinə səfər edən gənc media nümayəndələri üçün "SOCAR Türkiyə" şirkətinin Əliağadakı inzibati binasında məlumatlandırma sessiyası keçirilib.
Daha sonra gənc jurnalistlər üçün "Petkim" neft-kimya kompleksinin, "STAR" Neft Emalı Zavodunun və "SOCAR Terminal"ın ərazisinə sahə turları təşkil olunub. Sahə turları çərçivəsində iştirakçılar müəssisələrin əməliyyat fəaliyyəti, müasir texnoloji imkanları ilə tanış olublar.
Ətraflı BAKU.TV-nin materialında:
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Enerji Dialoqu Platforması çərçivəsində gənc jurnalsitlər üçün məlumatlandırma sessiyalarına başlanılıb
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Qubada 19 kq narkotik aşkarlanıb
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













