Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Xidmətdən "Report"a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 7, Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Şahdağ, Gədəbəy, Göygöl, Gəncə, Samux, Naftalan, Şəmkir, Ağstafa, Balakən, Zaqatala, Şəki, Oğuz, Neftçalada 1 mm-dək qeydə alınıb.
İyunun 20-si saat 22:06 radələrində Qazax rayonunun bəzi kəndlərinə iri dənəli dolu düşüb.
Bakıda və Abşeron yarımadsında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 28 m/s-dək güclənir.
Xınalıq, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35-39, Culfada 40 dərəcəyədək, Aran rayonlarıda 38, dağlıq rayonlarda 29 dərəcəyədək isti müşahidə olunub.
Oxşar xəbərlər
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərinin havası açıqlanıb
Bəzi rayonlarda yağış, qar yağır, külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi
-
Şəkidə avtoqəza olub, sürücü ölüb













