Azərbaycanla Həştərxan arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat Nazirliyində Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Far.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşüb.
Görüşdə Azərbaycanla Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Qarşılıqlı investisiya imkanlarının təşviqi, biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Birgə təşəbbüslərin və təşkil olunan işgüzar tədbirlərin iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Tərəflər regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Oxşar xəbərlər
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Messi Argentina millisində son oyununu keçirdi













