Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb
İyunun 17-dən 25-dək keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Far.Az"a verilən məlumata görə, tam elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib, 96 faiz davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqustda təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 26 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Müraciətlərin qəbulu 26 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb













