Elm və təhsil - Far.az - Azərbaycan Xəbərləri

NDU və Çinin Sincan Universiteti əməkdaşlığa başlayır
Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Sincan Universiteti (Xinjiang University) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə rəsmi görüş keçirilib.

Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində keçirilən görüşdə Sincan Universitetinin prezidenti Ma Xinbin, vitse-prezident Shawulie Yimahazi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Ofisinin direktor müavini Tian Xin, həmçinin Urumçi Şəhər Xarici Əlaqələr İdarəsinin direktor müavini Zinati Abulikemu və əməkdaşı Huang Jiawen görüşdə iştirak ediblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının fəaliyyəti, xüsusilə, beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib.

İlkin mərhələdə yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsi, "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə ikili diplom proqramının yaradılması, süni intellekt və biotexnologiya sahələrində birgə mərkəzlərin qurulması barədə razılığa gəlinib.

Bununla yanaşı, tərəflər arasında birgə İpək Yolu Araşdırmalar Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. Bu təşəbbüs gələcəkdə elmi tədqiqat fəaliyyətinin genişləndirilməsinə, akademik mübadilənin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək.

Görüş çərçivəsində Urumçi və Naxçıvan şəhərləri arasında mövcud qardaşlaşma əlaqələrinin əhəmiyyəti də vurğulanıb. Bu münasibətlər iki şəhər arasında mədəni və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Universitetlərarası əlaqələrin inkişafının şəhərlərarası tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Sonda Sincan Universitetinin kampusu, Süni intellekt mərkəzi və innovasiya laboratoriyaları ilə tanışlıq olub.

Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır
Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, bununla da ümumi sertifikatlaşdırmaya cəlb edilən müəllimlərin sayı 100 mini ötəcək:

"Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır. Müəllimlərin sertifikatlaşdırılması prosesi bu il yekunlaşacaq. Məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın isə oktyabr ayında təşkili planlaşdırılır".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)   Eşqi Bağırov

Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır
Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)   Eşqi Bağırov   Müəllimlərin işə qəbulu

Eşqi Bağırov: Bu ildən attestatlar elektron formada təqdim olunacaq
Bu ildən etibarən, attestatlar elektron formada təqdim olunacaq.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, bu ildən şagirdlər attestatlarını istənilən vaxt onlayn formada əldə edə biləcəklər: "Bu da xoşagəlməz halların qarşısını alacaq".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)   Eşqi Bağırov

Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək
Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.

"Həmçinin tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək", - DİM rəsmisi qeyd edib.

Dövlət İmtahan Mərkəzi (DİM)   Buraxılış imtahanları

Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.

O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq:

"Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək".

DİM sədri: Yeni imtahan modeli tədris prosesini daha məqsədyönlü planlaşdırmağa imkan verəcək
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelində yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.

M.Abbaszadə yeni imtahan modelinin müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacağını vurğulayıb: "Qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb".

Dövlət İmtahan Mərkəzi (DİM)   Məleykə Abbaszadə   Tədris prosesi

Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri) Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri) və Naxçıvan Muxtar Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu gün həmçinin Çilov adasında yerləşən məktəbdə, Bakı şəhəri üzrə xüsusi – internat məktəblərində, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə , eləcə də tədrisi gürcü dilində aparılan məktəblərdə oxuyan şagirdlər buraxılış imtahanı verib. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helokopteri vasitəsilə həyata keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

<time data-renew="1777168800">06:00</time>

Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 41 71 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Buraxılış imtahanı   Dövlət İmtahan Mərkəzi (DİM)

Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib
Altıncı "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinə ümumi biliklər üzrə sınaq imtahanı ilə start verilib.

"Far.Az"un məlumatına görə, sınaq imtahanının keçirilməsində əsas məqsəd iştirakçıların imtahan sistemi, sual formatları və texniki proseslə əvvəlcədən tanış olmalarına şərait yaratmaq olub.

İmtahan "Azərbaycan bloku", "Dünya bloku", "İdarəetmənin əsasları" və "Müasir trendlər" istiqamətləri üzrə təşkil edilib. Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. İmtahan saat 11:00-da başlayıb və 90 dəqiqə davam edib. Sınaq imtahanına 6747 nəfər iştirakçı qoşulub.

Sınaq imtahanına qoşula bilməyən iştirakçıların diqqətinə çatdırırıq ki, imtahan başa çatdıqdan sonra 24 saat ərzində şəxsi kabinet vasitəsilə imtahan platformasına keçid edərək suallarla tanış olmaları tövsiyə olunur.

Qeyd edək ki, Ümumi biliklər üzrə əsas imtahan 2–3 may tarixlərində keçiriləcək. Əsas imtahanda minimum 60 bal toplayan iştirakçılar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Ötən illərdən fərqli olaraq bu il onlayn mərhələnin Ümumi biliklər imtahanında bir sıra yeniliklər tətbiq edilib. Belə ki, hər blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıq tipli suallardan ibarətdir. Açıq tipli sualların 6-sı seçim, 4-ü isə boşluq doldurma formatındadır. Qapalı suallar arasında audio formatında təqdim olunan suallar da yer alıb. Bundan əlavə, imtahan zamanı bloklarda suallar ardıcıl şəkildə cavablandırılır və bloklar daxilində əvvəlki suallara geri qayıtmaq mümkün olmur. Bu səbəbdən iştirakçıların hər sualı diqqətlə oxuyaraq cavablandırmaları vacibdir.

İmtahan günü iştirakçıların texniki suallarının operativ cavablandırılması məqsədilə "Yüksəliş" müsabiqəsi üzrə "1820" Çağrı Mərkəzi, sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Eyni zamanda, həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativ qaydada baxılaraq cavablandırılıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Yüksəliş müsabiqəsi   İmtahan

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər bu gün imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən və Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün bu gün test imtahanı keçiriləcək.

İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil ediləcək.

DİM-dən "Far.Az"a bildirilib ki, imtahan vermək üçün 23 namizəd müraciət edib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şəxslər imtahana buraxılmayacaq.

İmtahana gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda həmin şəxs imtahana buraxılmayacaq.

İmtahan   Dövlət İmtahan Mərkəzi (DİM)

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 41 71 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Buraxılış imtahanı   Dövlət İmtahan Mərkəzi (DİM)

Məktəblərə "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimat göndərilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərib.

"Far.Az" xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

"Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.

"Son zəng" tədbirində aşağıdakı şəxslər iştirak edə bilər:

1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də var. Belə ki, şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.

Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

Bundan əlavə, xüsusi tələb və qeydlər də var. Belə ki, tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.

MÜTDA təlimatda qeyd edilən tələbləri təsdiq edib. "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)   son zəng   Azərbaycan məktəbləri