Sağlamlıq - Far.az - Azərbaycan Xəbərləri

ÜST: Son 6 ildə taundan 400-dən çox ölüm qeydə alınıb
Son 6 ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 6 ölkədə taun xəstəliyinə yoluxma hallarını təsdiqləyib, 423 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ÜST-nin hesabatında bildirilib.

"2019–2025-ci illər arasında 10 ölkə insanlarda taun xəstəliyinə şübhəli yoluxma halları barədə ÜST-yə məlumat verib. Onlardan altısında təsdiqlənmiş yoluxma halları qeydə alınıb. Ümumilikdə, ÜST xəstəliyə 3 847 şübhəli yoluxma və 423 ölüm barədə məlumat alıb. Bu, ölüm hallarının 11 % təşkil etdiyini göstərir", - hesabatda qeyd olunub.

Həmçinin bildirilib ki, 2025-ci ildə vəbadan ölüm halları 30 % artıb. Dünyada qeydə alınan bütün vəbaya yoluxma və ölüm hallarının təxminən 90 %-i yeddi ölkənin – Anqola, Banqladeş, Konqo Demokratik Respublikası, Nigeriya, Cənubi Sudan, Sudan və Yəmənin payına düşür. Ən böyük yük ÜST-nin Afrika regionunda qeydə alınıb, burada 2024-cü illə müqayisədə xəstəliyə yoluxma halları 34 %, ölüm halları isə 58 % artıb.

Təşkilatın hesabatında qeyd olunub ki, vəbaya qarşı peroral peyvəndlərin dünya üzrə istehsalı 2022-2025-ci illər ərzində iki dəfədən çox artaraq ildə təxminən 30 milyon dozadan təqribən 80 milyon dozaya çatıb, bu da peyvəndlərin əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Bakterial meningitə gəldikdə isə, bu xəstəlik müntəzəm olaraq epidemiyaların baş verdiyi Seneqaldan Efiopiyaya qədər olan ölkələr üçün ciddi problem olaraq qalmaqda davam edir. 2025-ci ildə regionun 26 ölkəsindən 24-ü ÜST-yə 21 526 ehtimal edilən xəstəliyə yoluxma və 971 ölüm halı barədə məlumat verib, bu da 4,5 % ölüm göstəricisinə uyğundur.

Taun xəstəliyi   Vəba epidemiyası   Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)   Afrika ölkələri

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub.

2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.

Qeyd edək ki, bu gün Ümumdünya Ürək Günüdür.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi   Ümumdünya Ürək Günü   Orqan transplantasiyası

Naxçıvanda ilk dəfə təşkil olunan I Naxçıvan Beynəlxalq Tibb Günlərinə start verilib
Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı, Ankara Universiteti (Türkiyə), Avrasiya Qastroenteroloji Cəmiyyəti (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026-nın açılış mərasimi baş tutub.

Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alimlər, həkimlər, tibb sahəsinin mütəxəssisləri, rezident və tələbələr iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Rektor Naxçıvan Dövlət Universitetində tibb sahəsi üzrə müxtəlif elmi və praktiki tədbirlərin keçirilməsinin artıq ənənə halı aldığını diqqətə çatdırıb. Elbrus İsayev NDU-da tibb təhsilinin inkişaf mərhələlərindən söz açaraq universitetin Tibb fakültəsinin məzunlarının ölkədə və xaricdə uğurla fəaliyyət göstərmələrinin qürurverici olduğunu bildirib. Rektor müasir tələblərə cavab verən tibb təhsil modelinin formalaşdırılması, tibbin inkişafı və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb, bu sahədə həyata keçirilən layihə və təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxışında Naxçıvan Dövlət Universiteti ilə səhiyyə müəssisələri arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində NDU tələbələrinin muxtar respublikanın müxtəlif xəstəxanalarında praktiki təcrübə keçməsi, birgə maarifləndirici tədbirlərin təşkili və tibb sahəsində bilik mübadiləsinin aparılması regionda səhiyyənin inkişafına mühüm töhfə verir.

Tədbirdə Avrasiya Qastroenteroloji Dərnəyinin sədri Yasemin Balaban, Azərbaycan Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin prezidenti Lalə Allahverdiyeva, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Respublikasının baş onkoloqu Azad Kərimli, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İB-nin sədri Müşviq Həsənov və Qastrointestinal Cərrahi Dərnəyinin sədri Erdal Birol Bostancı da çıxış ediblər. Çıxışlarda I Naxçıvan Beynəlxalq Tibb Günlərinin tibb mütəxəssisləri, alimlər və tələbələr arasında təcrübə və elmi fikir mübadiləsinin aparılması, yeni tibbi yanaşmaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ardınca tədbirin təşkilinə göstərilən dəstəyə görə bir sıra iştirakçılara təşəkkür plaketləri təqdim olunub.

I Naxçıvan Beynəlxalq Tibb Günlərinin açılış mərasimi NDU Konservatoriyasının müəllim və tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb. Azərbaycan musiqisinin bir sıra nümunələrinin səsləndirildiyi proqram iştirakçılarda xoş ovqat yaradıb və alqışlarla qarşılanıb.

Qeyd edək ki, I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, müxtəlif beynəlxalq kurslar, master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar, elmi təqdimatlar və tələbə sessiyaları keçiriləcək. Həmçinin üç gün ərzində ödənişsiz tibbi aksiyalar təşkil olunacaq. Tədbir çərçivəsində ümumi cərrahiyyə, onkologiya, endoskopiya, radiologiya, mama-ginekologiya, anesteziologiya və reanimatologiya, uşaq, plastik və rekonstruktiv cərrahiyyə və digər tibbi istiqamətlər üzrə aktual məsələlər müzakirə ediləcək.

Naxçıvan Muxtar Respublikası

Ağciyər xəstəlikləri üçün dərman və tibbi qidaların satınalma həcmi 1,5 dəfə artırılıb
Xroniki və kəskin ağciyər xəstəliklərində istifadə olunan dərman və tibbi enteral qida məhsullarının satınalma həcmi 2025-ci illə müqayisədə orta hesabla 1,5 dəfə artırılıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, siyahıya həmçinin Tobramisin (antibiotik), Budesonid (iltihabəleyhinə preparat), Salbutamol (bronxları genişləndirən preparat), inhalyasiya üçün Kolistin (antibiotik), Pankreatin də (həzm fermenti) aiddir.

2025-ci ildə ümumilikdə dərman miqdarı 22 min 850 idisə, 2026-cı ildə bu rəqəm 57 min 875-ə çatıdırılıb. Bundan əlavə, nadir xəstəliklər üzrə dərman siyahısına daxil olan Dornaza alfa və Tobramisin preparatları ilə təminat da davam edir.

Bundan başqa "Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri" proqramı çərçivəsində hazırda ölkə üzrə 86 xəstə qeydiyyatdadır. Onlardan 77-si 18 yaşadək uşaqlar, 9-u isə yetkin şəxslərdir.

Kistoz fibroz xəstələrinin dərman təminatı 2022-ci ildən icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. 2024-cü ildə müvafiq normativ sənədə edilmiş dəyişikliklərlə xəstəliyin müalicəsində istifadə olunan dərman preparatları təminat siyahısına daxil edilib. Bu mexanizm 2026-cı ildə də davam etdirilib və təminatın həcmi genişləndirilib.

Belə ki, Avropa Kistoz Fibroz Cəmiyyətinin (ECFS) standartlarına əsasən, xəstəliyin idarə olunmasında inhalyasiya antibiotikləri, bəlğəmin duruldulması üçün Dornaza alfa, bronxodilatatorlar, pankreas fermentləri ilə əvəzedici terapiya və qidalanma dəstəyi əsas yer tutur. Azərbaycanda bu preparatların hamısı dövlət təminatı çərçivəsində xəstələrə ödənişsiz verilir və tibbi enteral qida məhsulları ilə tamamlanır. Bir çox ölkələrdə bu müalicənin əhəmiyyətli hissəsinin xəstə və ailə tərəfindən ödənildiyini nəzərə alsaq, dərman və tibbi qida təminatının tam həcmdə dövlət tərəfindən həyata keçirilməsi xəstələrin və onların ailələrinin maliyyə yükünün azaldılması baxımından mühüm nailiyyətdir.

Eyni zamanda, Azərbaycanda kistoz fibroz xəstələrinə göstərilən tibbi yardım beynəlxalq praktikada qəbul edilmiş əsas yanaşmalara uyğundur. Xəstəliyin erkən aşkarlanması məqsədilə yenidoğulmuşlar arasında daban testi vasitəsilə neonatal skrininq aparılır. Bu, dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunan və xəstəliyin simptomlar yaranmazdan əvvəl aşkarlanmasına, müalicəyə vaxtında başlanılmasına imkan verən effektiv üsuldur. Neonatal skrininq vasitəsilə erkən diaqnostikanın davam etdirilməsi, uşaqlıqdan yetkin yaşa keçid dövründə tibbi xidmətin davamlılığının təmin olunması və multidissiplinar tibbi nəzarətin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu yanaşma dünya təcrübəsində tövsiyə olunan modelə uyğundur və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)   Preparat

Qida borusu xərçənginin aşkarlanması üçün süni intellekt modeli hazırlanıb
Çin alimləri qida borusu xərçənginin skrininqi üçün "Damo Eagle" adlı süni intellekt modeli hazırlayıblar.

"Far.Az" xəbər verir ki, bu barədə texnologiya korporasiyası "Alibaba" məlumat yayıb.

Model "Alibaba"nın elmi-tədqiqat bölməsi olan "Damo" Akademiyası, Sıçuan əyalətinin Onkoloji Xəstəxanası və Sun Yat-sen Universitetinin Onkoloji Mərkəzi tərəfindən birgə hazırlanıb.

Bildirilir ki, "Damo Eagle" modelindən istifadə zamanı intubasiya və ya kontrast maddənin yeridilməsi tələb olunmur. Süni intellekt qida borusu xərçəngi riskini, o cümlədən xəstəliyin erkən mərhələlərini və xərçəngönü dəyişiklikləri müəyyən etmək üçün standart döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrini təhlil edir.

Modelin qida borusu xərçəngi hallarını düzgün müəyyənləşdirmə həssaslığı 90 faizə, çox zəif əlamətlərlə müşahidə olunan xərçəngönü dəyişikliklər zamanı isə 52,5 faizə çatır. Modelin spesifikliyi, yəni xəstə olmayan şəxsləri düzgün şəkildə sağlam kimi müəyyənləşdirmə göstəricisi isə 99,2 faizdir. "Damo Eagle" modeli üç ölkədə 80 mindən çox tibbi hal üzərində sınaqdan keçirilib.

Çinin Milli Onkoloji Mərkəzinin statistikasına görə, ölkədə hər il təxminən 220 min yeni qida borusu xərçəngi halı qeydə alınır. Bu xəstəlikdən ölənlərin sayı isə ildə təxminən 190 min nəfər təşkil edir.

Xərçəng xəstəliyi   Onkoloji xəstəliklər   Çin Xalq Respublikası   Süni intellekt (AI)

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

"Report"un məlumatına görə, say 46-dan 51-ə çatdırılıb.

Siyahıya Əliyev Amin Müzakir oğlu, İsmayılov Turab Qurbanəli oğlu, Həsənov Ülvi Tofiq oğlu, Xudiyev Xudu Füzuli oğlu, Əsədov Mehdi Eldar oğlu əlavə edilib.

Plastik cərrahiyə   Həkimlər

Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb
Azərbaycanda idman zallarında gizli formada steroidlər (steroidlər – yüksək bioloji aktivliyə malik olan maddələrdir) yayılıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin gənclər və idman komitəsinin üzvü Mircəlil Qasımlı komitənin bugünkü iclasında deyib.

Deputat bunun ciddi problemə çevrildiyini vurğulayıb:

"Qarşıdakı bütün sessiyalarda biz bunu çox ciddi şəkildə müzakirə etməliyik. Çünki gənclərin gələcəyi böyük təhlükədədir. Nəticə əldə etmək üçün steroiddən istifadə olunursa, bu dopinq vasitəsi deməkdir. Amma təəssüf ki, gələcəkdəki nəticələr faciəvi ola bilər".

Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə deputatın fikirlərinə münasibət bildirib:

"Dopinqlə mübarizə doğrudan da ciddi məsələdir. Biz bu barədə müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddətdə bu sahədə hazırlanan bir sıra dəyişiklikləri komitəyə təqdim edəcəyik".

Milli Məclis   İdman zalları   Mircəlil Qasımlı

Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.

"Far.Az"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Alimlər ağciyər xərçənginin ən geniş yayılmış növü olan adenokarsinomanın inkişafı ilə əlaqələndirilən EGFR T790M irsi genetik variantının təsirini araşdırıblar. Məlum olub ki, bu mutasiyanın daşıyıcılarında xəstəliyin inkişaf riski mutasiyası olmayan insanlarla müqayisədə təxminən 25 dəfə yüksəkdir.

Əlaqə xüsusilə heç vaxt siqaret çəkməyən insanlar arasında güclü olub. Bu qrupda mutasiyanın mövcudluğu ağciyər xərçəngi riskinin təxminən 62 dəfə artması ilə əlaqələndirilib. Müqayisə üçün, tədqiqatda siqaret çəkməyin riski təxminən 4 dəfə artırdığı müəyyənləşdirilib.

Tədqiqatın müəllifləri bildiriblər ki, mutasiyanın özü nadir hallarda şişin yaranmasına səbəb olur, lakin EGFR genindəki digər dəyişikliklərlə birlikdə xərçəngin inkişafına şərait yarada bilər.

Alimlər vurğulayıblar ki, ağciyər xərçəngi hallarının böyük əksəriyyəti hələ də siqaret çəkmə ilə əlaqəlidir. Bununla belə, irsi amillərin müəyyənləşdirilməsi bu vərdişi olmayan insanlarda xəstəliyin yaranma riskinin daha dəqiq qiymətləndirilməsinə kömək edə bilər.

Xərçəng xəstəliyi   Alimlər   Genetik Araşdırmalar Mərkəzi

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır
Aparılan monitorinqlər göstərir ki, hazırda Azərbaycanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir.

Bu barədə "Far.Az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 84-dür.

"Standartlara cavab verən müasir heyvan kəsimi məntəqələrinin fəaliyyət göstərməsi yalnız kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə deyil, həm də heyvanların identifikasiyası və izlənməsi sisteminin effektiv tətbiqinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasına imkan verən mühüm mexanizmlərdən biridir. AQTA sahibkarları kəsim məntəqəsi olmayan rayon və şəhərlərdə müasir tələblərə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən heyvan kəsimi məntəqələrinin qurulmasına və fəaliyyətinin təşkilinə dəvət edir. Agentlik bu istiqamətdə sahibkarlara lazımi metodiki, təşkilati və texniki dəstəyi göstərməyə hazırdır", - məlumatda qeyd olunub.

Regional Bölmənin (RB) adı

Heyvan kəsim məntəqəsi

fəaliyyət göstərməyən rayonlar

Abşeron-Xızı RB

Xızı

Quba-Xaçmaz RB

Quba

Dağlıq Şirvan RB

Ağsu, Qobustan

Şirvan-Salyan RB

Salyan, Biləsuvar, Neftçala, Şirvan

Lənkəran-Astara RB

Lerik, Yardımlı

Şəki-Zaqatala RB

Balakən, Qax, Qəbələ, Oğuz

Gəncə-Daşkəsən RB

Naftalan, Daşkəsən

Qazax-Tovuz RB

Ağstafa

Mil-Muğan RB

Saatlı

Mərkəzi Aran RB

Ucar, Mingəçevir, Zərdab, Göyçay,

Qarabağ RB

Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdərə, Ağdam

Şərqi Zəngəzur RB

Qubadlı, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)   Heyvan kəsimi

Azərbaycan və Belarus ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsini müzakirə edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının ölkədəki səfiri Dmitri Pineviçlə görüşüb.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə qida obyektlərinin təsdiqi sistemi, quş əti məhsullarının sertifikatlaşdırılması, həmçinin Quba rayonunda quduzluq xəstəliyinə qarşı "Rabisafe" preparatının istehsalı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, digər baytarlıq preparatlarının birgə istehsalı perspektivləri də nəzərdən keçirilib. Həmçinin AQTİS ilə Belarusun BELFITO informasiya sistemi arasında inteqrasiya məsələsi müzakirə edilib. Qeyd olunub ki, bu istiqamətdə texniki şərtlər hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsi də diqqət mərkəzində olub. Tərəflər mövcud əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)   Belarus Respublikası

Qebreyesus ÜST-ün Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus ÜST-ün Azərbaycandakı nümayəndələri ilə təşkilatın üzləşdiyi çağırışları və imkanları müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə ÜST rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İşimdə ən çox sevdiyim şeylərdən biri - bütün dünyadakı ÜST həmkarları ilə görüşmək, onları dinləmək, onların təcrübəsindən öyrənmək və ideyaları ilə tanış olmaqdır. Təşkilatın Azərbaycandakı komandası ilə görüşmək, onların "HealthForAll" (Hamı üçün sağlamlıq) proqramı istiqamətində əldə etdikləri irəliləyişləri, ideyalarını dinləmək və təşkilat olaraq qarşılaşdığımız çağırışlar və imkanlarla bağlı açıq danışmaq imkanım oldu", - o yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)   Tedros Adhanom Qebreyesus

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

Zaur Rzayev   Azərbaycanın Xalq artisti   Mərkəzi Neftçilər Xəstəxanası