Analitika - Far.az - Azərbaycan Xəbərləri
Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH
Miqrant siyasətini sərtləşdirən Avropa İttifaqı bu sahədə yeni reqlamentin müzakirəsində kompromis əldə edib. Məlumata görə, Avropa Parlamenti, Avropa Komissiyası və Aİ ölkələrinin nümayəndələri İttifaq ərazisində sığınacaq verilməyən, ancaq vətənlərinə göndərilə bilməyən miqrantların deportasiyasını sadələşdirən yeni qaydalarla bağlı ilkin razılığa gəliblər. Bundan sonra həmin şəxslər üçün üçüncü ölkələrdə qalma mərkəzləri yaradılacaq.
Məsələ ilə bağlı qurumun mətbuat üçün yaydığı açıqlamada Kipr Respublikasının miqrasiya üzrə nazir müavini Nikolas A. İoannidisə istinadən vurğulanıb ki, yeni reqlament mühacirlərin geri qaytarılması prosesini sürətləndirəcək, habelə Aİ-də qanuni qalma hüququ olmayan, geri qaytarılan şəxslərin sayı artacaq: "Bu prosesin qısa müddətdə tamamlanması bütöv miqrasiya sistemi çərçivəsində miqrantların effektiv geri qaytarılması haqqında Aİ qaydalar toplusunun yaradılmasına sadiqliyi əks etdirir".
Deportasiya mərkəzlərinin yaradılmasını, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini bir sıra İttifaq ölkəsi, o cümlədən Almaniya, Avstriya, Danimarka da dəstəkləyib. Məlumata görə, Aİ-nin bu istiqamətdə gələcək tərəfdaşları Qazaxıstan, Özbəkistan, Ruanda və Uqanda ola bilər.
Başqa sözlə İttifaq ərazisində qalmaq icazəsi olmayan şəxslər üçün qurum bu ölkələr ərazisində deportasiya mərkəzləri yaratmağı nəzərdən keçirir.
Məlumata görə, üçüncü ölkələrdəki deportasiya mərkəzləri ilə bağlı danışıqlar son mərhələdədir. Fransa və Almaniya, həmçinin Avropa Parlamentinin nümayəndələri onların tez bir zamanda fəaliyyətə başlamasını tələb ediblər. Ancaq Aİ-nin başqa ölkələri öz qanunlarını yeni normalara uyğunlaşdırmaq üçün bir illik möhlət verilməsinə nail olublar.
Yeni qaydalara əsasən, Aİ ərazisini tərk etməkdən imtina edən miqrantlar həbs ediləcək. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə üçün yeni mümkün tədbirlər arasında müavinət ödənişlərinin azaldılması, yaxud tamamilə dayandırılması da var.
Avropa Parlamenti və Aİ-yə üzv ölkələrin yaxın həftələrdə yeni reqlamenti yekun olaraq təsdiqləyəcəkləri gözlənilir.
Bunun formal xarakter daşıdığı da iddia olunur. Çünki 2026-cı ilin martında Avropa İttifaqının miqrasiya siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirən təşəbbüsü Avropa Parlamentinin vətəndaş azadlıqları, ədalət və daxili işlər komitəsi təsdiqləyib. Mayın sonunda isə üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasını Avropa Parlamenti və Aİ ölkələrinin nümayəndələri razılaşdırıblar.
Qeyri-hökumət təşkilatları yeni reqlamentə etiraz edir. Onlar insan hüquqlarının sistematik pozulacağından ehtiyat edirlər. Çünki belə tədbirlər miqrantları heç bir əlaqəsi olmadıqları ölkələrə göndərməyə imkan verir.
Son illər Avropa İttifaqının orqanlarında miqrasiya ilə bağlı fikir ayrılıqları mövcud idi. Xüsusi ilə Afrikanın şimalı, Yaxın Şərqdə, Əfqanıstanda və başqa münaqişəli bölgələrdə baş verən hadisələrin nəticəsində meydana çıxan miqrasiya Aİ üçün müəyyən mənada gözlənilməz olub.
Məsələn, Suriya və İraqda baş vermiş hadisələr fonunda Türkiyə üç milyondan çox suriyalı, iraqlı miqranta sığınacaq verməklə İttifaqı mühacirə böhranın nəticəsində yaranacaq mümkün humanitar böhrandan xilas etmişdi.
İttifaq Türkiyədə olan suriyalı sığınacaq axtaranların əsas ehtiyaclarının ödənilməsi məqsədilə 2016-cı ildə imzalanan qaçqın razılaşması çərçivəsində Ankaraya üç milyard avro maliyyə yardımı göstərmə öhdəliyi götürmüşdü. Onda Aİ həmin maliyyə yardımını bir neçə ilə hissə-hissə ödəmişdi.
Belə demək olar ki, Türkiyə həmin dövrdə Avropa İttifaqı üçün miqrantların axının qarşısının alınmasında mühüm rol oynamışdı.
Həmin hadisələrdən sonra Aİ miqrasiya siyasətində dəyişikliklər etməyə başladı. Miqrantları araşdırmağı, onları tədqiq etməyi sərtləşdirdi.
Bir sıra terror qruplarının Avropa İttifaqı ölkələrində sığınacaq alması, yaxud qeyri-hökumət təşkilatları adı altında gizlənməsi faktları da aşkarlanıb.
Bu baxımdan onun miqrasiya siyasəti xarici sərhədlərin nəzarəti, qanuni əmək miqrasiyasının tənzimlənməsi və sığınacaq istəyənlərin bölüşdürülməsinə yönəlmiş ümumavropa normalar və ikisəviyyəli tədbirlər kompleksi formalaşdırılıb. Hədəf ilk növbədə Şengen zonasında təhlükəsizliyin təmin edilməsidir.
Belə ehtimal etmək olar ki, Aİ-nin qanunsuz qalan miqrantlarla bağlı qaydaların sərtləşdirilməsində ABŞ Prezidenti Donald Trampın tənqidi də az rol oynamayıb.
O, İttifaqın miqrasiya siyasətini dəfələrlə sərt tənqid edərək onu "fəlakətli" adlandıraraq, kütləvi miqrasiyanın bəzi Avropa şəhərlərini və ölkələrini tanınmaz hala gətirdiyini bildirmişdi. Onun sözlərinə görə, miqrantların Paris və London kimi Avropa paytaxtlarına axını onların tarixi və mədəni kimliyini məhv edir, simasını mənfi mənada dəyişdirir. Donald Tramp miqrasiya axınlarını Avropa dövlətlərində təhlükəsizliyi və sabitliyi təhdid etdiyini də vurğulamışdı.
Onun qiymətləndirmələrinə görə, Avropa liderlərinin bu sahədə qəbul etdiyi qərarlar uğursuz olub və qitədəki dövlətlərin tənəzzülünə gətirib çıxarır.
Avropa İttifaqı nəyi hədəfləyir? Bu, onun insan hüquqlarının müdafiəsi, bir sıra azadlıqlarla bağlı dəyər və prinsiplərinə zərbə vurmayacaq?
Əvvəllər, Avropa liderləri tolerant, habelə multukultural cəmiyyətə malik olduqlarını bildirirdilər. Yayılan xəbərlərdən belə görünür ki, son illər miqrantların axını Aİ ölkələrində çoxsaylı ictimai, siyasi, iqtisadi, maliyyə, problemlər yaradıb. Habelə narkomaniyanın artmasına təkan verib. Bundan başqa miqrantlar sığındıqları ölkələrin cəmiyyətinə inteqrasiya etməkdə çətinlik çəkir, yaxud buna cəhd göstərmirlər. Bu isə yerli əhalidə müəyyən mənada özünüqoruma instinkti ilə əks addımların atılması ilə müşahidə olunur.
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron hələ 2011-ci ildə açıq şəkildə bəyan etmişdi ki, ölkədə dövlət multikulturalizmi uğursuzluğa düçar olub. Onun sözlərinə görə, müxtəlif mədəni qrupların özlərini təcrid etməsi ekstremizmin artması ilə nəticələnib.
Əlbəttə, Britaniya, Fransa, Almaniyada silsilə terror hadisələri də onun iddialarını təsdiqləyir. Avropa ölkələrində neofaşizmin çiçəklənməsinə bu kimi hadisələr təkan verir.
Beynəlxalq hüquqa görə, ölkələr öz sərhədlərinə nəzarət etmək və vizalar tətbiq etmək hüququna malikdirlər. İstənilən ölkədə yaşamaq üçün həmin dövlətin rəsmi icazəsi (viza, yaşayış icazəsi və ya vətəndaşlıq) tələb olunur. BMT-nin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən, hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşamaq hüququ var.
Odur ki, Avropa İttifaqının qəbul edəcəyi yeni reqlament deportasiya olunanların sayının artmasına da səbəb ola bilər.
Yeni reqlamentlə bağlı məsələni belə qruplaşdırmaq olar:
- Avropa İttifaqına üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi;
- multikulturalizmdən imtina olunması;
- miqrasiyasının qarısının alınması;
- miqrantlar üçün yeni baryerlərin, yaxud süzgəc mərkəzlərinin yaradılması;
- Avropa dəyərləri uğrunda mübarizə aparanlara maneə;
- Avropa əhalisinin etnik, milli və dini tərkibinin pozulmasının qarşısının alınması və s.
Aİ-nin miqrant siyasətini sərtləşdirməsi perspektivdə onun etibarına, ona etimada zərbə vura bilər. Bu isə Qərbin on illərlə formalaşdırdığı təhlükəsiz sığınacaq yeri imicinə də təsirsiz ötüşməyəcək.
O halda "Avropa dəyərləri" adlanan məfhuma da yenidən baxılması zərurəti yaranar. Bəhs etdiyimiz qaydaları Avropa İttifaq üçün yenidənqurma prosesinin tərkib hissəsi kimi də qəbul etmək olar. O da bu kimi addımlarla yeni dünya nizamı üçün hazırlıq görür. Bu proses onun dəyərlərinə sayğıya təsir göstərəcək? Ona görə belə düşünmək olar ki, Avropa dəyərləri ilə təhlükəsizliyi üz-üzədir...
Amerika Birləşmiş Ştatları (ABŞ)   Donald Tramp   Miqrantlar   Miqrantların deportasiyası   Avropa Parlamenti
Qlobal enerji gündəmi Bakı Enerji Həftəsində formalaşır – RƏY
Malik olduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə ölkələri və xalqları bir araya gətirən Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Report"a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən ənənəvi olaraq keçirilən Beynəlxalq Neft-Qaz sərgiləri Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır:
"Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. Hazırda sözügedən tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib. İyunun 1-də start götürən Bakı Enerji Həftəsində dünyanın 44 ölkəsindən 274 şirkət iştirak edir. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır".
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib: "Rəsmi açılış mərasimindəki çıxışında "Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu" söyləyən İlham Əliyev onu da əlavə edib ki, zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi Bakı Enerji Həftəsi adlanır. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq. Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığı qeyd edilirdisə, bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin sayının artacağını əminliklə söyləyən Prezident vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək".
V.Rəhimzadə vurğulayıb ki, ildən-ilə tədbir iştirakçılarının say tərkibində artım bir daha təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib. Hər bir tədbir əhatə etdiyi məsələyə uyğun olaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan hər zaman malik olduğu enerji resursları, coğrafi mövqeyi ilə dünyanın diqqətində olub. Öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələ yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsi ilə xarakterizə olunur. 1994-ci ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsası qoyuldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi hazırda 350 milyard dollardan artıqdır. Bu reallığı da qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu tərəddüdlərin aradan qaldırılması təmin edildi. Ulu Öndər "Əsrin müqaviləsi"nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən bu çağırışı səsləndirmişdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu sazişin imzalanmasından öncə neft-qaz sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev çıxışında da qeyd etdi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini, hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.
Deputat bildirib ki, Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara diqqəti yönəltdi. Qeyd etdi ki, biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. "Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir" söyləyən Prezident İlham Əliyev bildirdi ki, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
V.Rəhimzadə Azərbaycanın Avrasiyanın vacib nəqliyyat qoşaqlarının birinə çevrildiyini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-biri ilə əlaqələndirməsinə yönəltdi: "Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq".
V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın enerji siyasəti uğurlarımızın davamlılığını şərtləndirir. Hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır. İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını şərtləndirir. Prezident İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq.
Bakı Enerji Həftəsi   İlham Əliyev   Vüqar Rəhimzadə
"Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir - ŞƏRH
Böyük Britaniyanın dünyaca məşhur "Daily Express" nəşri Azərbaycan-Ermənistan sülh danışıqları, müəyyən qüvvələrin bu prosesə mane olmaq cəhdləri və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun cinayətkar, korrupsioner fəaliyyətinə həsr olunmuş araşdırma dərc edib. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə verdiyi dəstək son dövrlərdə Cənubi Qafqazda diqqət mərkəzində olan əsas geosiyasi məsələlərdən birinə çevrilib. Vaşinqtonun vasitəçilik təşəbbüsləri, regional kommunikasiyaların açılması istiqamətində irəli sürdüyü layihələr və tərəflər arasında etimadın gücləndirilməsinə yönəlmiş addımlar bölgədə uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanır.
"Daily Express" yazır ki, Okamponun timsalında bəzi qüvvələr Cənubi Qafqaz ətrafında dəfələrlə diskreditasiya olunmuş ritorikasını yenidən informasiya məkanına qaytarmağa çalışırlar. Maraqlıdır ki, Tramp administrasiyası Cənubi Qafqazı xarici siyasətin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir - xüsusilə Rusiyanın regionda mövqelərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi fonunda. Vaşinqton danışıqlarda əldə edilmiş tərəqqini möhkəmləndirməyə çalışır və uzunillik münaqişənin yekun həllini dəstəkləyir.
Materialda xüsusi vurğulanır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə keçib. Söhbət artıq münaqişəni dondurma cəhdlərindən deyil, sərhədlərin delimitasiyasını, kommunikasiyaların bərpasını və regional əməkdaşlığın inkişafını əhatə edən tamhüquqlu sülh arxitekturasının formalaşdırılmasından gedir.
Məqalədə eyni zamanda britaniyalı parlamentarilərin azad olunmuş ərazilərdə "erməni mədəni irsinin məhv edilməsi"nə həsr olunmuş son "araşdırması" da tənqid edilib. Müəllif qeyd edir ki, dinləmələr birtərəfli xarakter daşıyıb, çünki dəvət edilmiş çıxışçılar arasında Azərbaycanın heç bir nümayəndəsi yox idi, bütün iştirakçılar isə ermənipərəst və rusiyayönümlü mövqeləri təmsil ediblər. Bu fonda Okamponun fəaliyyəti xüsusilə göstəricidir - o, 44 günlük müharibənin başa çatmasından sonra "soyqırım" və "etnik təmizləmə" haqqında siyasiləşdirilmiş və açıq-aşkar spekulyativ tezislərin ən fəal yayıcılarından birinə çevrilib. Onun bəyanatları dəfələrlə həm beynəlxalq ekspertlər, həm də hüquq ictimaiyyəti tərəfindən sübut bazasının olmamasına və beynəlxalq hüququ siyasi fəallıqla əvəzləmə cəhdlərinə görə tənqid edilib.
Və məhz bu kontekstdə Okamponun ritorikası reallıqdan getdikcə daha çox uzaqlaşmış görünür. Keçmiş prokuror köhnə siyasi tezisləri yaymağa davam edərkən, beynəlxalq diplomatiya artıq gələcək sülh sazişinin parametrlərini və Cənubi Qafqazda uzunmüddətli sabitliyi müzakirə edir.
Okamponun fəaliyyəti qalmaqallar və mübahisəli məqamlarla doludur və uzun illərdir beynəlxalq hüquq və siyasi dairələrdə müzakirə olunur. O, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ilk baş prokuroru kimi tanınsa da, fəaliyyəti dövründə və sonrakı illərdə müxtəlif ittihamlar, etik suallar və qərəzlilik iddiaları ilə gündəmə gəlib.
Son illərdə isə Okampo Azərbaycan-Ermənistan münaqişəsi kontekstində hazırladığı hesabatlarla yenidən diqqət mərkəzinə düşüb. O, 2023-cü ildə Qarabağda ermənilərə qarşı "soyqırımı təhlükəsi" ilə bağlı hesabat hazırlamışdı. Azərbaycan tərəfi və bir sıra beynəlxalq hüquq ekspertləri həmin sənədi qərəzli, hüquqi əsaslardan məhrum və siyasi xarakterli hesab edərək sərt tənqid etmişdilər. Britaniyalı hüquqşünas Rodni Dikson və digər ekspertlər Ocamponun nəticələrinin beynəlxalq hüququn tələblərinə uyğun olmadığını bildirmişdilər.
Göründüyü kimi, Qərb KİV-ləri getdikcə daha çox tamamilə fərqli tonallıqda - diplomatiya, danışıqlar və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh perspektivləri haqqında materiallar dərc edir. "Daily Express" nəşrinin dərc etdiyi məqalə də Okamponun timsalında bəzi qüvvələrin hər vəchlə Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə mane olmaq cəhdlərini üzə çıxarır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Cənubi Qafqaz üçün yeni geosiyasi reallıq formalaşdırır. Tərəflər arasında sülh sazişinin imzalanması perspektivinin gücləndiyi bir dövrdə bəzi beynəlxalq dairələrin və ayrı-ayrı şəxslərin bu prosesi ləngitmək, yaxud tamamilə pozmaq cəhdləri daha aydın görünməyə başlayır.
Məhz bu kontekstdə Böyük Britaniyanın nüfuzlu "Daily Express" nəşrində dərc olunan məqalə keçmiş Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Luis Moreno Okampo ətrafında yaranan qalmaqalları və onun regionla bağlı fəaliyyətini təhlil edərək, sülh prosesinə mane olmaq istəyən qüvvələrin fəaliyyətinə işıq salır.
"Daily Express"də dərc olunan məqalə göstərir ki, Okamponun timsalında ortaya çıxan qalmaqallar təkcə bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Bu hadisələr sülh prosesini zəiflətmək istəyən dairələrin fəaliyyət mexanizmlərini də üzə çıxarır. Məqalənin əsas mesajı ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün regiondakı proseslərə kənardan müdaxilə cəhdləri və siyasi manipulyasiyalar obyektiv şəkildə qiymətləndirilməlidir.
Donald Tramp   44 günlük Vətən müharibəsi (II Qarabağ müharibəsi)   İşğaldan azad edilmiş ərazilər   Azərbaycanla Ermənistan arasında sülh prosesi   Luis Okampo
Dövlət-özəl tərəfdaşlığı: Aqrar sektorun inkişafında yeni mərhələ - TƏHLİL
Qlobal geo-siyasi gərginliklər, tədarük zəncirinin qırılması, qeyri-sabit hava şəraiti və digər kataklizmlər fonunda kənd təsərrüfatının inkişaf etdirilməsi bu gün tək iqtisadi rifah yox həm də milli təhlükəsizlik məsələsinə çevrilməkdədir. Bu, Azərbaycan üçün də öz aktuallığını saxlayır.
Ölkədə uzun illər boyu çoxsaylı proqramlar vasitəsilə bu sektorun dəstəklənməsi həyata keçirilir. Bura vergi güzəştləri, müxtəlif subsidiyalar, güzəştli şərtlərlə kreditləşmə kimi mexanizmlər daxildir. Paralel müvafiq infrastrukturun ilk növbədə su təsərrüfatının inkişaf etdirilməsi istiqamətində əməli addımlar atılır. Bu gün məhz aqrar sektor ümumi su ehtiyatlarının ən böyük istehlakçısı (istehlak olunan suyun 70 %-dən çoxu kənd təsərrüfatında istifadə edilir) olaraq qalmaqdadır. Kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədilə əsaslı vəsait qoyuluşu hesabına Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılıb. Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi davam etdirilir, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulub.
Yüksək məhsuldarlığa əsaslanan istehsal modelinə keçid
Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülüb. Bu işlər nəticəsində son illər məhsuldarlığın artırılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, taxılçılıqda, hər hektar üzrə məhsuldarlıq əvvəlki illərdəki 2 tondan bu gün 3,2 tona çatdırılıb. Pambıqçılıqda bu göstərici 1 tondan 3,6 tona kimi qaldırılıb ki, bu da bütün dövrlərin, hətta sovet dövrünün ən yüksək göstəricisidir.
Analoji tendensiya Azərbaycanın əsas kənd təsərrüfatı məhsulları ilə özünü təminatında müşahidə olunur. Bu gün ölkədə meyvə-tərəvəz, dənli paxlalılar və kartof, süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Süd və ət istehsalının aqrar sahədə payı isə olduqca yüksəkdir.
Azərbaycan bu gün buğda istisna olmaqla digər dənli bitkilər üzrə özünü 95 % səviyyəsində təmin edir. Dənli paxlalılar üzrə özünü təminetmə indeksi 63 %, kartof üzrə - 91 % həddindədir. Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə üzrə də müsbət vəziyyət var. Tərəvəz üzrə özünü təmin etmə əmsalı 107 %, bostan məhsulları üzrə 104 %, meyvə, giləmeyvə üzrə 140 %, o cümlədən üzüm üzrə 92 % səviyyəsində qərarlaşıb.
Azərbaycan mal əti ilə özünü 84 %, quş əti ilə 82 %, qoyun-keçi əti ilə 94 %, balıq və balıq məhsulları ilə 81 %, bitki yağları ilə 52 %, kərə yağı ilə 62 %, çay ilə 86 %, un ilə 95 %, makaron məmulatları ilə 89 %, şəkərlə 102 % təmin edir. Ölkə yumurta və duza olan ehtiyacını isə tam olaraq daxili resurslar hesabına qarşılayır.
İdxalın şaxələnməsi ərzaq təhlükəsizini mühüm elementinə çevrilir
Baxmayaq ki, bu gün buğda üzrə özünü təmin etmə əmsalı (55 %) aşağı olaraq qalır, tədarük kanallarının şaxələndirilməsi üzrə əməli addımlar atılır. Ötən il Azərbaycanın xaricdən aldığı 1 milyon 267 min 322 ton buğdanın 662 min 270 tonu (bu məhsulun ümumi idxal həcminin 52,26 %-i) Qazaxıstanın, 604 min 944 tonu (47,74 %) Rusiyanın payına düşüb. Şimal qonşumuz illərlə buğda aldığımız əsas tədarük bazarı olub. Son beş ilin statistikası bunu açıq göstərir: 2020-ci ildə 1,37 milyon ton buğdanın 98,9 %-i, 2021-ci ildə 1,15 milyon ton buğdanın 95,3 %-i, 2022-ci ildə 1,29 milyon ton buğdanın 78,2 %-i, 2023-cü ildə 1,17 milyon ton buğdanın 87 %-i, 2024-cü ildə 1,29 milyon ton buğdanın 90,2 %-i Rusiyadan tədarük edilib. Qazaxıstan buğdasının Azərbaycan bazarına fəal şəkildə daxil olmasının əsas səbəbi ötən ilin yanvarından qüvvəyə minən yeni dövlət dəstəyidir. Belə ki, buğda ixracatçılarına daşınma məsafəsinə görə hər ton üçün 20-30 min tenge arasında subsidiya verilir. Bu subsidiyalar sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda belə rəqabət qabiliyyətli hala gəlib. Buğda idxalı üzrə əsas vektorun Rusiyadan uzaqlaşması tədarüklə bağlı mümkün risklərin sığortalanması baxımından mühüm addım sayıla bilər.
Bununla belə şimal qonşumuz hələ də qeyri-neft, o cümlədən kənd təsərrüfatı məhsulları ixrac etdiyimiz əsas bazar olaraq qalır. Ötən il Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixrac dəyərinin (3 milyard 628 milyon 247 ABŞ dolları) 1 milyard 174 milyon 546 min ABŞ dolları və ya 32,37 %-i bu ölkənin payına düşüb. Rusiyaya satdığımız məhsulların ümumi dəyərinin (1 milyard 183 milyon 734 min ABŞ dolları) 99,22 %-i elə qeyri-neft sektorunun payına düşüb.
Yeni bazarlara çıxış dayanıqlı ixracın əsas təminatçısıdır
Şimal qonşumuz bu gün Azərbaycanın meyvə və tərəvəz satdığı əsas bazardır. Ötən il xarici ölkələrə tədarük etdiyimiz 187 min 546 ton xurmanın 141 min 867 tonu (həmin məhsulun ümumi ixracındakı payı 75,6 %), 172 min 864 ton tomatın 166 min 114 tonu (96 %), 106 min 443 ton almanın 87 min 347 tonu (82 %), 88 min 591 ton şaftalının (nektarinlər də daxil olmaqla) 82 min 279 tonu (93 %), 71 min 430 ton kartofun 59 min 975 tonu (84 %), 36 min 478 ton çiyələyin 36 min 105 tonu (99 %), 35 min 987 ton narın 29 min 924 tonu (83 %), 18 min 970 ton meşə fındığının 8 min 521 tonu (45 %), 16 min 758 ton albalı və gilasın 16 min 642 tonu (99,3 %), 16 min 693 ton qarpızın 13 min 836 tonu (83 %), 9 min 775 ton üzümün 7 min 527 tonu (77 %), 8 min 726 ton armudun 8 min 243 tonu (94,5 %), 7 min 120 ton əriyin 5 min 700 tonu (80 %), 7 min 37 ton gavalı və göyəmin 6 min 563 tonu (93,3 %), 5 min 326 ton salat tərəvəzi (salat-kahıdan və kasnıdan başqa) və digərlərinin 5 min 313 tonu (99,8 %), 4 min 196 ton heyvanın 3 min 90 tonu (74 %), 3 min 492 ton mandarinlər və yaxud naringilərin (tanjerinlər və satsuma da daxil olmaqla) 3 min 433 tonu (98,3 %), 2 min 859 ton xiyar və kornişonların 2 min 686 tonu (94 %), 622,67 ton ispanağın 618,44 tonu (99,2 %), 501,64 ton kivinin 390,64 tonu (78 %), 306,36 ton lobyanın 295,76 tonu (96,5 %), 242,67 ton sarımsağın 242,21 tonu (99,8 %), 229,37 ton salat kahının 228,11 tonu (99,5 %), 185,16 ton quşüzümü, qaragilə və Vaccinium növlü digər giləmeyvələrin 184,26 tonu (99,5 %), 142,74 ton qara, ağ və ya qırmızı qarağat və motmutunun 142,28 tonu (99,7 %), 113,47 ton gül kələm və brokkolinin 111,89 tonu (98,6 %), 68,77 ton moruq, böyürtkən, tut və loqanov giləmeyvəsinin 68,11 tonu (99 %), 51,3 ton əncirin 100 %-i, 43,57 ton badımcanın 42,63 tonu (97,8 %), 26,32 ton limon və laymların 100 %-i Rusiyanın payına düşüb. Yuxarıda qeyd edilən məhsulların qonşu ölkəyə ixracından Azərbaycanın qazancı ümumilikdə 677 milyon 634 min ABŞ dolları olub ki, bu da həmin ildə xaricə satdığımız meyvə və tərəvəzin ixrac dəyərinin (901 milyon 501 min ABŞ dolları) 75,2 %-ni təşkil edib. Yəni xaricə satdığımız meyvə-tərəvəzin 3/4-ü yalnız bir ölkənin payına düşür. Rusiyanın dəfələrlə bu cür asılılığı siyasi təzyiq alətinə çevirdiyini nəzərə alaraq bu cür vəziyyətin müəyyən qədər riskli olduğunu demək olar. Bu kontekstdə Azərbaycan üçün yeni tədarük bazarlarına çıxış həyati əhəmiyyət kəsb edir.
Aqrar sektorun inkişafında yeni mərhələ
Bu həftə Prezident İlham Əliyevin təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" sektorun gələcək inkişafını səciyyələndirən fundamental sənədfir. Proqrama əsasən 2030-cü ilə kimi kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac dəyərinin 4 dəfə artırılaraq 6 milyard ABŞ dollarına çatdırılması hədələnir. Eyni dövrdə müasir suvarma sistemləri tətbiq olunan sahələrin təxminən 300 min hektara, intensiv meyvə bağlarının sahəsinin təxminən 70 min hektara, istixana komplekslərinin sahəsinin təxminən 2 000 hektara, ixtisaslaşmış rayonlar üzrə buğda və pambığın hektar başına düşən məhsuldarlığının təxminən 50 sentnerə, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların həcminin təxminən 500 min tona, cins heyvanların (iribuynuzlu) ümumi sürüdə payının təxminən 10 %-ə, akvakultura sahəsi üzrə istehsal həcminin təxminən 7 700 tona çatdırılması, kəsilmiş çəkidə mal əti istehsalında azı 20 %, süd istehsalında azı 10 %, kəsilmiş çəkidə qoyun əti istehsalında azı 9 %, quş əti istehsalında azı 30 %, yumurta istehsalında təxminən 27 %-lik artım hədəf müəyyən edilib.
"Report"a açıqlama verən deputat Vuqar Bayramov hesab edir ki, aqrar sektora yerli və xarici investisiyaların cəlb edilməsinin yuxarıdakı hədəflərin reallaşmasına kifayət qədər ciddi dəstəyi ola bilər: "Dövlət Proqramına əsasən, aqrar sektora 5,9 milyard manat investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Nəzərə alaq ki, 2025-ci ildə Azərbaycanda əsas kapitala 21,2 milyard manatdan çox investisiya yönəldilib. Sərmayələrin 51 %-i dövlət, 49 %-i özəl sektorun payına düşüb və sərmayə qoyuluşunda istehsal sahələri daha öndədir. Ümumilikdə qoyuluşların 51 %-i istehsala yönəldilib ki, burada eyni zamanda aqrar sektor da var. İnvestisiya qoyuluşlarında dövlət sektoru özəl sektora nisbətən üstünlüyə malikdir. Bu da dövlət büdcəsindən bu istiqamətə daha çox vəsaitin ayrılması ilə bağlıdır".
Onun sözlərinə görə, növbəti 5 ildə aqrar sektorda özəl sektordan daha çox sərmayənin cəlb edilməsi nəzərdə tutulur: "Burada yerli və xarici sərmayənin cəlbi əsas prioritetlərdən biridir. 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi bütövlükdə 6,6 milyard ABŞ dolları olub, eyni zamanda bu, əvvəlki ilə nisbətən 6,4 % azalma deməkdir. Odur ki, ümumi investisiyalarda xarici investisiyaların payının artırılması və əsasən də qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlb edilməsi prioritetdir".
Dövlət–özəl tərəfdaşlığı gələcək inkişafın yeni modeli
Deputat yerli investisiya cəlbi üçün dövlət-özəl tərəfdaşlığına uyğun olaraq birgə proqramların icrasına ehtiyac olduğunu bildirib: "Birgə proqramların icra edilməsi özəl sektorun təşviq edilməsinə və daha çox investisiya qoyuluşu həyata keçirməsinə imkan yarada bilər. Eyni zamanda, qeyri-neft sektoruna, xüsusilə də aqrar sektora xarici investisiyaların cəlb edilməsi üçün prosedurların sadələşdirilməsi və bu istiqamətdə təşviq alətlərindən daha yaxından istifadə edilməsi vacibdir. Nəzərə alaq ki, investisiya cəlb etməkdə əsas məqamlardan biri "az prosedurlar və az zaman" prinsipidir. Eyni zamanda, təbii ki, az xərc. Bu kontekstdə aqrar sektorda da prosedurların elektronlaşması, tamamilə sadələşdirilməsi və xarici investisiyanın, əsasən də istehsal və cümlədən qida sənayesinə cəlbinin təşviqi vacibdir. Bütün bunlar fonunda biz aqrar sektora daha çox yerli və xarici investisiyaların cəlb edilməsini müşahidə edə bilərik ki, bu da nəticə etibarilə dövlət proqramında müəyyənləşdirilmiş hədəflərin reallaşmasına kifayət qədər ciddi dəstək ola bilər".
İqtisadçı-ekspert Rəşad Həsənov isə "Report"a açıqlamasında bildirib ki, Dövlət Proqramı özəl sektorun prosesdə aktiv iştirakı və eyni zamanda onun təşviqi istiqamətində gözləntilər üzərində qurulub.
Onun sözlərinə görə, dövlətin prosesdə iştirakı daha çox güzəştdən, subsidiya verilməsindən, hüquqi çərçivənin təkmilləşdirilməsindən və transaksiya xərclərinin optimallaşdırılmasından ibarət olacaq: "Ümumiyyətlə götürəndə, dövlət proqramının icrası ilə nəzərdə tutulan tədbirlər əslində, aqrar sferada ekosistemin təkmilləşdirilməsi və biznes fəaliyyəti mülkiyyətinin əlverişliliyinin artırılması, bu istiqamətdə risklərin önlənməsi, dolayısı ilə də bu sahədə inkişafı hədəfləyən tədbirlər toplusudur. Həmin tədbirlər kənd təsərrüfatındakı mövcud problemlərin həlli istiqamətində müəyyən bir mexanizmlər və yaxud da ki, dəstəklər, alətlər təklif edir".
Ekspert hesab edir ki, xarici investisiyaların prosesdə iştirakçılığı məsələsi proqramın hansı formada idarə ediləcəyindən, bu istiqamətdə şəffaflığın nə qədər təmin olunacağından, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin və hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində ortaya qoyulan təşəbbüslərin həllinin nəticələrindən birbaşa asılı olacaq: "Dövlət proqramının icrası yekunda kənd təsərrüfatı sahəsində bazara giriş-çıxış şərtlərinin liberallaşdırılması, eyni zamanda resursların ədalətli bölüşdürülməsi, bir çox bürokratik əngəllərin daha asan həll edilməsi və aradan qaldırılmasına gətirib çıxaracaqsa, eyni zamanda bu istiqamətdə hər hansı subyektiv maraqlar maneəsi olmayacaqsa, bu zaman o, özəl sektorun prosesdə iştirakını artırmaq, eyni zamanda xarici investorların diqqətini cəlb etmək olar".
Azərbaycan   Kənd təsərrüfatı   Dövlət proqramı   Dövlət-Özəl Tərəfdaşlığı (PPP)
"İbrahim sazişləri" yenə gündəlikdə - Yaxın Şərqdə yarana biləcək yeni mənzərə - ŞƏRH
ABŞ ilə İran İslam Respublikası münasibətlərinin normallaşması Yaxın Şərqdə fərqli ictimai, siyasi, mədəni və iqtisadi mənzərə yarada bilər.
Mayın 25-də ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsi "Truth Social"da bəyan edib ki, İranla müharibənin başa çatdırılması barədə istənilən razılaşmada Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla başqa ölkələr onun ilk prezidentlik dövründə Ştatların təşəbbüsü ilə irəli sürülmüş, İsraillə münasibətlərin normallaşdırılmasına yönəlmiş "İbrahim Sazişləri"nə qoşulmağı nəzərdən keçirməlidir.
O, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanı Yaxın Şərqdə sülh, firavanlığı təmin etmək üçün bu sazişlərə "dərhal" qoşulmalı olan ölkələr adlandırıb: "Birləşmiş Ştatların bu çox mürəkkəb tapmacaları bir araya gətirmək üçün gördüyü bütün işlərdən sonra ən azı bütün bu ölkələrin eyni vaxtda "İbrahim Sazişləri"ni imzalaması zəruridir".
Bu sənədə 2020-ci ildə ilk dəfə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri qoşulub. Onlardan sonra sazişləri Sudan, Mərakeş, ötən il Qazaxıstan imzalayıb. Bu, ABŞ-nin Yaxın Şərq və Afrikanın şimalındakı ölkələr arasında əməkdaşlığı stimullaşdırmağa cəhdi, habelə İsraillə tamhüquqlu münasibətlərin qurulması yolunda atılan addımlardan biri hesab edilir.
Donald Tramp bir sıra müsəlman ölkəsinin "İbrahim Sazişləri"nə qoşulmasının Yaxın Şərqin çiçəklənməsinə xidmət edəcəyinə əminliyi bildirib. ABŞ lideri İranla sülh razılaşmasının müzakirəsi fonunda müsəlman ölkələrindən olan həmkarları ilə danışıqlar apararaq onları bu müqaviləyə qoşulmağa çağırıb.
Bu müqavilə İsraillə bir sıra ərəb, müsəlman dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. 2020-2021-ci illərdə bu istiqamətdə bir sıra müqavilələr imzalanıb.
Yəhudilik, xristianlıq və islam dinləri İbrahim peyğəmbəri əcdadı sayır. Bu baxımdan, o, birləşdirici amil olaraq tarixi və çağdaş missiyasını yerinə yetirir. Çünki o, çoxallahlığı rədd edən və vahid yaradana imanı elan edən ilk şəxs olub. Hər üç din ona vəhy almış ən böyük peyğəmbər və patriarx kimi ehtiram edir. İbrahim peyğəmbər ortaq mənəvi əcdaddır. O, yəhudi xalqının banisi, xristianlıqda "bütün inananların atası", salehliyi xilasın nümunəsi, islamda Allahın iradəsinə mükəmməl itaətin simvolu, tövhidin banisi və müqəddəs Kəbəni inşa edən şəxs kimi tanınır. İbrahim peyğəmbərin oğulları İshaq (Yaqubun və yəhudi xalqının atası) və İsmayıl (ərəb qəbilələrinin əcdadı) peyğəmbərlik ənənələrinin tarixi və mənəvi kökləri sayılırlar.
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya "İbrahim Sazişləri"ni alqışlamaqla yanaşı, Fələstin-İsrail münaqişəsinin "iki xalq üçün iki dövlət" prinsipi əsasında həllinə sadiqliklərini təsdiqləyiblər. Macarıstan sazişlərin imzalanma mərasiminə öz nümayəndəsini göndərən yeganə Aİ ölkəsi olub.
İran hakimiyyəti isə ərəb ölkələrini İsraillə münasibətlər qurmağa görə kəskin şəkildə pisləyib, sazişləri onların rəhbərlərinin fələstinlilərə qarşı uzun illər davam edən düşmənliyinin davamı kimi qiymətləndirib.
Ərəb ölkələrinin çoxu sazişlərə şərh verməkdən və ya onları birbaşa tənqid etməkdən çəkiniblər.
Fələstin Administrasiyası 2020-ci il sentyabrın 15-ni Fələstin xalqının tarixində "qara gün" adlandırıb. Administrasiya ilə BƏƏ arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşmiş, Fələstinin baş müftüsü Məhəmməd Hüseyn Ərəb Əmirliklərindən olan zəvvarların "Əl-Əqsa" məscidinə ziyarətini qadağan etmişdi.
O vaxt islamyönlü radikal təşkilatlar və silahlı qruplaşmalar sazişlərə qarşı çıxış etmişdilər. Qətərdə yerləşən Beynəlxalq Müsəlman Alimləri İttifaqının rəhbərliyi İsraillə münasibətlərin normallaşdırılmasının qadağan olduğunu bildirmiş, HƏMAS sazişləri fələstinlilərə xəyanət kimi qəbul etmişdi.
Bununla belə, "İbrahim Sazişləri"nin İsrail ilə bir sıra ərəb ölkələri arasında müdafiə, kiber, iqtisadi, ticarət, investisiyalar sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyinə dair məlumatlar yayılıb.
Bildirilib ki, bu sənəd Yaxın Şərqdə siyasi və iqtisadi dinamikanı dəyişib, həm İsrailə, həm də uyğun ərəb ölkələrinə əhəmiyyətli faydalar gətirib. Məsələn, 2023-cü ildə İsrail ilə "İbrahim Sazişləri"nin iştirakçısı olan ərəb ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb, bu da 2022-ci illə müqayisədə 16 %-lik artımdır. İkitərəfli hava əlaqəsi və turizm əhəmiyyətli inkişaf edib.
2023-cü ilin məlumatlarına görə, Sazişlərin qüvvəyə minməsinin ilk üç ili ərzində bir milyondan çox İsrail vətəndaşı BƏƏ-ni ziyarət edib. İsrail müdafiə sahəsində Mərakeşin ən böyük təchizatçılarından birinə çevrilib. Həmçinin Yəməndəki husi qruplaşmasının Əbu-Dabiyə raket zərbəsindən sonra BƏƏ-yə hava hücumundan müdafiə sistemləri tədarük etmişdi.
Prezident Donald Tramp Səudiyyə Ərəbistanının bu sazişlərə qoşulmasına nail olmağa çalışır. Ancaq Krallıq, ilk növbədə, Fələstin dövlətinin yaradılması üçün aydın perspektiv tələb edir. ABŞ lideri İsraillə diplomatik əlaqəsi olmayan, atom silahına malik Pakistan üçün də bu sənədə qoşulmağı prinsipial əhəmiyyətli sayır. "İbrahim Sazişləri"nə digər ərəb ölkələrinin də qoşulmasının zəruriliyi barədə o, mayın 25-də Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreynin liderləri ilə də danışıb.
Tramp Qəzzada sülh planını reallaşdırmaq, Suriyada, İraqda İsrailə qarşı olan rejimləri devirməklə sazişlərin imzalanması yolunda maneələri aradan qaldırır. Bununla belə, yəhudi dövləti rəhbərliyinin müsəlman ölkələrinin daxili işlərinə qarışması, regiondakı bir sıra silahlı qruplara dəstək verməsi, habelə Fələstinlə münasibətlərin normallaşmasında qaneedici addımların atılmaması sazişlərə qoşulma prosesini ləngidir.
Belə ehtimal etmək olar ki, İsrailin müsəlman dövlətləri ilə münasibətləri normallaşdırmaq istiqamətində də xoşməramlı addımlar atması regionda sülh, firavanlıq, əməkdaşlıq, təhlükəsizlik üçün mühüm töhfə olar.
Başqa sözlə, təcrübə göstərib ki, Yaxın Şərqdə güc kimi ortaya çıxaraq bütün tərəfləri öz ətrafında saxlamaq, onlardan yararlanmaq bölgədə dinc-yanaşı yaşamağa, qarşılıqlı anlaşmaya və başqa xoşməramlı fəaliyyətə uyğun gəlmir.
Müsəlman dövlətlərinin İsraillə bağlı münasibətlərini dəyişməsi, qarşı tərəfin də oxşar addımlar atması İbrahim övladlarının birgəyaşayışı üçün vacib addım sayılır. Əks halda, Afrikanın şimalı, Yaxın Şərq davamlı olaraq pozuculuqla məşğul olan üçüncü qüvvələrin meydanına çevriləcək. Bu isə regional dövlətlərin cəmiyyətlərinin bir-birinə yaxınlaşmasını əngəlləyəcək.
Odur ki, ABŞ ilə İran arasında anlaşma, sülh sazişinin imzalanması, əməkdaşlığın bərpası, münasibətlərin normallaşması Yaxın Şərqdə yeni nizam gətirə bilər. Bu, regionda cəbhələşməni, anti-İsrail ovqatını aradan qaldırar.
Donald Trampın "ərəb ölkələri İranla sazişi tarixi hadisəyə çevirməyə hazır olmalıdırlar" açıqlaması da "İbrahim Sazişləri"nin imzalanmasının tezləşdirilməsi üçün ismarış sayıla bilər. O, bir sıra Yaxın Şərq liderlərinin Vaşinqton və Tehran arasında potensial sazişin bağlanmasından sonra İranın "İbrahim Sazişləri"nə qoşulması imkanını dəstəklədiklərini bəyan edib. ABŞ Prezidentinin sözlərinə görə, Tehranla Vaşinqton arasında müzakirə edilən sənəd imzalandıqdan sonra İslam Respublikasının da "İbrahim Sazişləri"nin bir hissəsi olmasını Yaxın Şərq ölkələrinin liderləri məmnunluqla qarşılayacaqlarını bildiriblər: "Bu, böyük, həm də daim münaqişə içində olan ölkələrin indiyədək imzalayacağı ən mühüm saziş olacaq".
Bunlar deməyə əsas verir ki, perspektivdə "İbrahim Sazişləri" Yaxın Şərq regionu sərhədlərini aşa bilər. Ona görə ABŞ ilə İran arasında imzalanma ehtimalı çox olan sülh sazişi ikitərəfli olmaqla yanaşı, qlobal əhəmiyyət də daşıyır.
İran İslam Respublikası   Amerika Birləşmiş Ştatları (ABŞ)   HƏMAS qruplaşması   Donald Tramp
Rusiyanın Ermənistana artan sanksiyaları – İrəvan Moskva üçün "əldən gedir" - ŞƏRH
Rusiya Ermənistana qarşı müxtəlif istiqamətlərdə təzyiqləri artırır. Bu günlərdə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti ("Rospotrebnadzor") Ermənistandan güllərin, tərəvəz və meyvələrin tədarükünə məhdudiyyət tətbiq edib. RF-dən iddia olunur ki, bu məhsullar fitosanitar standartlara uyğun deyil.
Bir müddət əvvəl RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirmişdi ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvəsidir: "RF ilə iqtisadi əlaqələrin inkişafı Ermənistanın ümumdaxili məhsulunun 2022-ci ildən 2025-ci ilə qədər təxminən 40% artmasına imkan verib".
Katibin sözlərinə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının 98%-ə qədərini Rusiya bazarlarına çıxarır. O qeyd edib ki, RF bu ölkəyə təbii qaz, un, taxıl, gübrə, benzini bazar qiymətlərindən üç dəfə aşağı ixrac edir: "İrəvan Rusiyaya idxalatçıları və ixracatçıları arasında birinci yeri tutur".
Məlumatlara əsasən, 2025-ci ilin may-noyabr aylarında Ermənistan RF-yə 40 milyon avrodan çox meyvə, 50 milyon avroda artıq tərəvəz tədarük edib.
Bundan başqa, "Rospotrebnadzor" Ermənistanda istehsal olunan bir sıra spirtli içki məhsullarının idxalını da qadağan edib. Məlumata görə, "VEDİ-ALKO", "Abovyan konyak zavodu" və "Şaxnazaryan şərab-konyak evi" şirkətlərinin məhsullarında "pozuntular aşkar edildiyi" iddia olunur.
Yeri gəlmişkən, Rusiya mediasının yaydığı informasiyaya əsasən, Gürcüstandan şərab ixracı 4 ayda 73,5 milyon dollara yüksəlib. 2026-cı ilin yanvar-aprel aylarında Gürcüstan şərabın xaricə satışından 73,5 milyon dollar əldə edib. Bu, bir il əvvəlki göstəricidən 2,2% çoxdur. Gürcüstan ixrac etdiyi şərabın, çoxunu 61 faizini Rusiyaya satır.
Avropa İttifaqı ilə əlaqələri genişləndirmək yolunun tutduğu üçün "Rospotrebnadzor" vaxtilə Gürcüstana qarşı da oxşar məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi.
Belə ehtimal etmək olar ki, Moskva Ermənistan konyakını Gürcüstan çaxırı ilə əvəzləyir.
Ermənistandan ixrac edilən "Cermuk" mineral suyun da RF-yə tədarükü yasaqlanıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, qarşı tərəf yoxlamaq məqsədilə Ermənistana nümayəndə heyəti göndərib. O, son səkkiz ildə Rusiya Ermənistana qarşı onlarla dəfə belə addımlar atıb.
Rəsmi İrəvan Moskvanın təbii qazın qiymətini qaldıracağını istisna etmir. Hazırda Rusiya Ermənistana sərhəddə min kubmetr qazı 177,5 dollara satır.
Nikol Paşinyanın sözlərinə görə, iki ölkə arasında qazın qiyməti üzrə aydın strateji razılığa gəliblər və o dəyişə bilməz.
Bundan əvvəl isə Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan demişdi ki, respublikada Rusiya qazının qiymətlərinin mümkün artırılması ilə bağlı mexanizmlər hazırlanıb. Bununla yanaşı, o, əminliklə bu ehtiyat tədbirlərdən istifadə olunmayacağını da vurğulayıb.
Aprelin əvvəlində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, mavi yanacağın qiyməti qaldırılarsa, onda ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və başqa strukturlardan çıxacaq.
Ermənistanda 2018-ci il may hadisələrindən sonra Kreml Nikol Paşinyan hökumətinə qarşı davamlı olaraq sanksiyalar tətbiq edir.
Mövcud hökumət daha çox Qərb blokuna, xüsusilə ABŞ və Avropa İttifaqına üstünlük verdiyi üçün Moskva bu kimi məhdudlaşdırıcı addımlar atır. Ancaq ötən dövrdə Ermənistan qərbyönlü siyasətini davam etdirir.
Serj Sarqsyanın prezidentliyi dövründə Ermənistan Avropa İttifaqı ilə Assosiasiya Sazişi üzrə danışıqlara başlamışdı. 2013-cü ilin yayında danışıqlar uğurla başa çatmışdı. Tərəflər Vilnüs sammitində sənədi imzalanmağa hazırlaşırdı. Sentyabrda Serj Sarqsyan Moskvada Prezident Vladimir Putinlə görüşdən sonra rəsmi İrəvan Ermənistanın Gömrük İttifaqına üzv olmaq qərarını elan etmişdi.
2013-cü ilin sonunda Avropa İttifaqı rəsmilərinin İrəvana səfərinin nəticələrinə əsasən, tərəflər Assosiasiya Sazişinin ilkin formada imzalanmayacağını qeyd etmişdilər. Serj Sarqsyan Rusiyanın Ermənistandakı aləti olduğu üçün onda Moskva əlavə sanksiyalara, məhdudlaşdırıcı tədbirlərə əl atmamışdı.
Ancaq Kreml son səkkiz ildə dəfələrlə bəyan edib ki, bu ölkə eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz. Halbuki əvvəllər Ermənistanın hər iki qurumda olması da məqbul sayılırdı.
Bu kimi təzyiqlər iyunun 7-də respublikada keçiriləcək parlament seçkiləri və ondan sonrakı dövr üçün nəzərdə tutulur.
Moskva Paşinyan hökumətinə Qərbə yaxınlaşmaması üçün təzyiqləri artırır, digər tərəfdən də müxalifətçilər - Rusiyada milyarder olmuş Samvel Karapetyan, keçmiş Prezident Robert Koçaryana yardım və dəstəyini nümayiş etdirir.
Bir müddət öncə Rusiyanın mərkəzi telekanalında Azərbaycanın ərazi bütövlüyü pozulan xəritənin nümayiş etdirilməsi də revanşist müxalifətin təbliğatının dəstəklənməsi mənasına gəlir.
Vaxtilə Qərbi azərbaycanlılar Rusiyanın və SSRİ hakimiyyətinin yardımı ilə indiki Ermənistandan çıxarılıb. Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında rusiyayönlü müxalifət bu məsələni qabartmaqla Nikol Paşinyanı üstələmək istəyir. Rusiya milyarderinin başçılıq etdiyi qruplaşma iddia edir ki, hakimiyyət Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığı alması üçün qanun layihəsi hazırlayır. S.Karapetyan bildirib ki, hakimiyyətə gələcəkləri halda "Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq sahəsi və daşınmaz əmlak əldə etmələrini qadağan edəcək".
Nikol Paşinyan isə bildirib ki, Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Yevlaxa və Gəncəyə, Çaykəndə və s. qayıtmaq məsələsi olmayacaq. O, 1980-ci illərin sonunda Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının öz evlərinə qayıtmaq hüququnu tanımaq niyyətində olmadığını da vurğulayıb.
Əslində, Nikol Paşinyan Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına heç vaxt müsbət yanaşmayıb. Ermənistan müxalifətinə bu tezisin də Kremldən göndərildiyi istisna edilmir.
Moskva İrəvanı itirmək istəmir. Orada nüfuzunu da bölüşmək iqtidarında deyil.
Yuxarıda sadaladığımız və başqa faktlara əsasən belə qənaətə gəlmək olar ki, Kreml İrəvana aşağıdakı vasitələrlə təzyiqlər edir, onu özünə tabe etməyə çalışır:
-milyader etdiyi Karapetyan vasitəsilə siyasi təzyiq;
-bu ölkədən ixrac etdiyi məhsullarla sanksiya tətbiqi;
-Azərbaycanı könüllü tərk etmiş erməniləri ələ almaq üçün Qarabağ məsələsini qabartmaq;
-Qərbi azərbaycanlıların qayıdışının seçki təbliğatının gündəliyində aparıcı mövzu olması;
-Avropa İttifaqına qarşı sərt münasibət;
-müxalifət tərəfindən Ukrayna və Gürcüstan variantını tez-tez vurğulamaq;
-Rusiyanın mərkəzi televiziyalarında anti-Paşinyan çıxışların, müzakirələrin təşkili və s.
Rusiyanın Ermənistan üçün hazırladığı karapetyanlar, koçaryanlardan ibarət müxalifətin irəli sürdüyü şüarlar və tezislər təkrardır. Cəlbedici sayılmır.
Sosioloji sorğunun nəticəsinə görə, Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 35 faizlə birinci yerdədir. Karapetyan isə 12 faizlə ikinci sırada gəlir.
Deməli, Rusiyanın təzyiq və təşviqatına baxmayaraq, ehtimal etmək olar ki, müxalifət iqtidardan iki dəfə az səs toplayacaq.
Rusiya Ermənistanda Qərbi seçən Gürcüstan və Ukraynadan fərqli taktika seçib. Görünür, Moskva İrəvanı seçki yolu, "demokratik" üsulla yenidən fəth etmək niyyətindədir. Belə qənaətə gəlmək olar ki, Rusiya keçmiş sovet əraziləri "xüsusi təyinatlı hərbi əməliyyatlar"la əldə saxlamaq istəmədiyini Ermənistan timsalında göstərmək istəyir. Yəni keçmiş müttəfiqlərin Rusiyanı bu yolla da seçmək istədiklərini nümayiş etdirməyə səy göstərir. Çünki ABŞ, Avropa İttifaqı həmin respublikaların topsuz, silahsız rəğbətini qazanır. Ona görə də belə də düşünmək olar: ya RF silahla simpatiya qazanmaqdan bezib, ya da onun hərb yolu ilə uğur əldə edəcəyinə inamı qalmayıb. Başqa variantlar da istisna deyil.
Moskva milyarder Samvel Karapetyanı təbliğ etdiyi bir vaxtda ABŞ-nin Dövlət Katibi Marko Rubio mayın 26-da İrəvana gəlir. Səfər çərçivəsində tərəflər arasında sənədlərin imzalanacağı da gözlənilir. Bu, ABŞ-nin Nikol Paşinyana dəstəyinin diplomatik yolla nümayişidir. Belə getsə, Moskva Ermənistana tətbiq etdiyi təzyiqlərin bumeranq zərbəsi ilə qarşılaşacaq. Necə deyərlər, İrəvan Kreml üçün "əldən gedir"...
Vladimir Putin   Avropa İttifaqı (Aİ)   Ermənistan-Rusiya əməkdaşlığı   Amerika Birləşmiş Ştatları (ABŞ)   Nikol Paşinyan   Samvel Karapetyan   Ermənistan   Rusiya   Qarabağ
WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH
2026-cı ilin 17-22 may tarixlərində Bakı Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi. COP29 kimi mötəbər tədbirdən sonra belə irimiqyaslı forumun məhz Azərbaycanda təşkil edilməsi göstərir ki, ölkəmiz artıq qlobal təşəbbüslərin ön sıralarında mövqeyini və etibarlı tərəfdaş imicini möhkəmləndirib. Bu Forum eyni zamanda Azərbaycana imkan verdi ki, şəhərlərin gələcək inkişaf modelinə verdiyi töhfəni bütün dünyaya nümayiş etdirsin. Bir həftəyə yaxın müddətdə davam edən tədbir zamanı əsasən "yaşıl şəhərlər" və rəqəmsallaşma, postmünaqişə dövründə bərpa işləri, qlobal çağırışlar mühüm istiqamətlər olaraq diqqət mərkəzinə düşdü.
Forumun gündəliyində yer alan bu mühüm istiqamətlər, xüsusilə də postmünaqişə dövründə şəhərlərin bərpası mövzusu təsadüfi xarakter daşımır və birbaşa Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan salınan şəhər və kəndlər, müasir və həyata keçirilən dayanıqlı mühit formalaşdıran irimiqyaslı yenidənqurma layihələri bu Forum vasitəsilə bütün dünyaya unikal bir inkişaf presendenti kimi təqdim edildi. Bununla da rəsmi Bakı dünyaya sübut edir ki, Azərbaycan sadəcə müharibəni bitirən tərəf deyil. Paralel olaraq da dağıdılmış şəhər və kəndləri "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" konsepsiyaları əsasında quran, sülh və sabitlik gündəliyini, inteqrasiyanı diktə edən aparıcı qüvvədir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuq işləri, irəli sürdüyü sülh proqramı sayəsində WUF13-ün gedişində dünya birliyi və beynəlxalq ekspertlər Prezident İlham Əliyevin şəhərsalma sahəsində nümayiş etdirdiyi uzaqgörən liderliyini yüksək qiymətləndirərək alqışladı. Bir sıra dövlət rəsmiləri, BMT təmsilçiləri və digər iştirakçılar qeyd etdilər ki, bu layihələr təkcə regional deyil, eyni zamanda qlobal miqyasda da nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında icra olunan bu geniş layihədə urbanizasiya çağırışlarına cavab verilməsi, şəhər inkişafında insan amili, ekoloji balans və rəqəmsal texnologiyaların tətbiqi böyük rəğbətlə qarşılandı. Forumda səsləndirilən bəyanatlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regional münaqişəyə son qoymaqla yanaşı, həm də gələcəyin dayanıqlı şəhər mühitinin necə formalaşdırılmalı olduğunu əyani şəkildə göstərən uzaqgörən bir liderlik modeli ortaya qoyur.
Prezidentin müasir dünyaya uyğun olaraq bütün dünyaya nümayiş etdirdiyi bu yanaşmasına fərqli prizmadan da baxmaq lazımdır. Bu, eyni zamanda Azərbaycanın qlobal problemlərin həllində hər zaman fərqli dövlətləri və təşkilatları bir araya gətirmək istəyini nümayiş etdirir. Məhz bu səbəbdən də əminliklə söyləmək olar ki, Ümumdünya Şəhərsalma Forumu ilk növbədə dövlət başçısının çoxtərəfli əməkdaşlığa verdiyi növbəti böyük töhfədir. Başqa sözlə, bu gün şəhərlərin qarşılaşdığı problemləri tək bir ölkə və ya təşkilat həll edə bilməz. Belə bir dövrdə isə Bakıda 170-dən çox ölkə təmsilçisinin bir araya gəlməsi bu tip problemlərdən ortaq çıxış yolu tapmaq üçün unikal bir platforma sayılır. Yaxın tariximizdə Qoşulmama Hərəkatına sədrlik, COP29-a ev sahibliyi edən Azərbaycan müxtəlif qütblər arasında etibarlı bir körpü rolunu oynadığını sübut edib. Bakı Forumunda da Azərbaycan fərqli ölkələrin səsini, təklifini eyni masa arxasında birləşdirdi. Bu isə bir daha sübut edir ki, rəsmi Bakı qlobal məsələlərdə sadəcə iştirakçı deyil, dünyanı ortaq hədəflər ətrafında birləşdirən dövlətdir.
Bakıda keçirilən Forumda Azərbaycan dünyanı ortaq hədəflər ətrafında birləşdirən dövlət statusunu daha da möhkəmləndirərək, Ümumdünya Şəhərsalma Forumları tarixində ilk dəfə olaraq məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda ali səviyyəli Liderlər Sessiyası təşkil olundu. Bu addım sayəsində şəhərsalma mövzusu lokal texniki məsələ olmaqdan çıxaraq, birbaşa qlobal siyasətin mərkəzinə daşındı. Başqa sözlə isə bu sessiyanın təşkili bu vacib sahəyə çox böyük siyasi çəki və yeni nəfəs əlavə etdi. Müasir dünyamızda şəhərlərin ekoloji təmiz, təhlükəsiz və dayanıqlı olması üçün təkcə yaxşı planlar və layihələr kifayət etmir. Bunun üçün eyni zamanda dövlət rəhbərliyinin siyasi iradəsi, maliyyə dəstəyi və paralel olaraq da qanunvericilik bazası mütləqdir. Prezident İlham Əliyevin bu uzaqgörən təşəbbüsü sayəsində dünya liderləri, baş nazirlər və beynəlxalq təşkilatların rəhbərləri eyni masa arxasında əyləşərək gələcək şəhərlərin taleyini, urbanizasiya böhranlarını və insanların yaşayış standartlarını dövlət siyasəti səviyyəsində müzakirə etdilər. Bu isə Bakıda keçirilən Forumun sadəcə təcrübə mübadiləsi apardığı bir platforma olmadığını sübut edir. Bu, özlüyündə sübut edir ki, Forum gələcək şəhərsalma strategiyalarına dair qlobal miqyasda ən ali qərarların qəbul edildiyi və icrasının siyasi təminat verildiyi əsas beynəlxalq mərkəzə çevrilib. Bu tarixi ilkin məhz Azərbaycanda reallaşması ölkəmizin qlobal gündəliyi formalaşdırmaq gücünü bir daha nümayiş etdirir.
Yuxarıda sadalananlara əlavə olaraq, rəsmi rəqəmlərə də əsaslanaraq deyə bilərik ki, Ümumdünya Şəhərsalma Forumunun təsis edildiyi ilk gündən bəri tarixinin ən böyük, ən genişmiqyaslı və ən çox iştirakçı toplayan WUF-u məhz Bakı Forumu oldu. Afrikadan Amerikaya, Avropadan Asiyaya qədər 170-dən çox ölkəni təmsil edən on minlərlə nümayəndənin, dövlət rəsmilərinin, yüzlərlə beynəlxalq və qeyri-hökumət təşkilatlarının məhz Bakıya toplaşması bu tədbirə olan beynəlxalq marağın göstəricisidir. Əvvəlki illərdə keçirilən forumlarla müqayisədə Bakı Forumu açılan sərgilər, müzakirə edilən mövzularla digərlərindən fərqlənir. Bu da öz növbəsində gələcəkdə bu tədbirə ev sahibliyi edəcək ölkələr üçünü əvəzolunmaz bir nümunə sayılmalıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, Forumun ən çox diqqət çəkən və dünya miqyasında marağa səbəb olan istiqamətlərindən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işləridir. Şərqi Zəngəzur və Qarabağda viran edilmiş, yer üzündən silinmiş şəhər və kəndlərin yerində "yaşıl enerji" konseptinə uyğun olaraq qurulan ağıllı şəhər və ağıllı kənd layihələrinin Forum çərçivəsində rəğbətlə qarşılandığı, dünya birliyi, beynəlxalq təşkilatlar və şəhərsalma ekspertləri tərəfindən alqışlandığı müşahidə edildi. Bunun da səbəbi odur ki, 30 il ərzində viran edilmiş, daşı daş üstündə qalmayan ərazilərin qısa müddət ərzində ən müasir ekoloji standartlara, yəni yaşıl enerji zonası konsepsiyasına uyğun yenidən bərpa edilməsi dünya şəhərsalma tarixində analoqu olmayan hadisədir. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanın bu layihəsi dünyada münaqişələrdən zərər çəkən ölkələr üçün əsas təcrübə və nümunədir. Azərbaycanın nümayiş etdirdiyi bu layihə və onun beynəlxalq ictimaiyyət tərəfindən alqışlanması eyni zamanda, ölkəmizə qarşı yönələn bəzi bədxah qüvvələrin planlarını tamamilə alt-üst etdi. Xüsusilə Forum ərəfəsində dünya erməniliyi və onların təsiri altında olan anti-Azərbaycan dairələr tərəfindən ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq, Bakının ev sahibliyini boykot etmək üçün aparılan növbəti qarayaxma kampaniyası tam mənası ilə iflasa uğradı. Hələ forumdan əvvəl sosial şəbəkələr, xarici media və digər platformalar vasitəsilə trollar ordusu dövriyyəyə soxulur, Azərbaycan əleyhinə saxta rəy yaradılır, dünya nümayəndələri və beynəlxalq təşkilatları Bakıya səfərdən çəkindirməyə çalışırdılar. Amma 170-dən çox ölkənin nümayəndəsinin, bir sıra nüfuzlu beynəlxalq təşkilat və QHT-lərin Azərbaycana səfəri, rəsmi Bakının peşəkar təşkilatçılığı erməni lobbisinin uydurduğu bütün yalan tezisləri darmadağın etdi. Beynəlxalq ictimaiyyət bu çirkin kampaniyalara və qərəzli çağırışlara əhəmiyyət verməyərək azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini bütün dünyaya, xüsusilə müharibə və münaqişələrdən zərər çəkmiş digər xalqlara əsl nümunə və örnək kimi göstərdi.
Azərbaycanın Forum çərçivəsində bütün dünyaya nümayiş etdirdiyi bu unikal bərpa modeli əslində Prezident İlham Əliyevin qlobal miqyasda qəbul edilən uzaqgörənliliyinin birbaşa təzahürüdür. Bu mənada, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyən edən qlobal şəhərsalma gündəliyinin məhz Bakıda formalaşması Prezident İlham Əliyevin güclü liderliyinin daha bir parlaq nümunəsidir. Prezidentin rəhbərliyi ilə Azərbaycan sadəcə qlobal bir tədbirə ev sahibliyi edən tərəf olmadı, eyni zamanda gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu diktə edən beyin mərkəzinə çevrildi.
Bakının son illər iqlim böhranlarından tutmuş regional münaqişələrin fəsadlarına qədər ən mürəkkəb qlobal problemlərin sülh, dialoq və qarşılıqlı anlaşma şəraitində müzakirə edildiyi məkana çevrilməsi Azərbaycanın dünyadakı birləşdirici missiyasını bir daha bariz şəkildə nümayiş etdirdi. Bu gün rəsmi Bakı tərəfindən irəli sürülən qlobal təşəbbüslər bəşəriyyəti ortaq çağırışlar ətrafında sıx birləşdirən bir qüvvəyə çevrilib. Beləliklə, Bakı Forumu bir daha təsdiqlədi ki, Azərbaycan artıq qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın dünyadakı ən etibarlı və əvəzolunmaz mərkəzlərindən biridir…
Kamil Məmmədov
İlham Əliyev   İşğaldan azad edilmiş ərazilər   Ümumdünya Şəhərsalma Forumu (WUF13)   WUF13
Bakı-Brüssel xəttində yeni dövr: qaydaları artıq Azərbaycan diktə edir – ŞƏRH
Bakıda bu il mayın 20-də keçirilən Azərbaycan və Avropa İttifaqı arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası Brüssellə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni bir strateji mərhələyə qədəm qoyduğundan xəbər verir.
Tərəflər formatın genişlənib onun Azərbaycan-Aİ Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyini və strateji əhəmiyyətini göstərir. Formatın genişləndirilməsi bir tərəfdən bu gün dünyada baş verən proseslər fonunda Aİ-nin Azərbaycana xüsusi marağını göstərir, digər tərəfdən isə rəsmi Bakının beynəlxalq arenada artan siyasi çəkisini və strateji nüfuzunu bir daha ortaya qoyur.
Qısa zaman kəsiyində Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfərləri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri də sübut edir ki, bu gün Brüssel üçün Orta Dəhliz kimi iri meqalayihələrin formalaşmasında, qlobal enerji təhlükəsizliyində, dayanıqlı nəqliyyat bağlantılarının qurulmasında Bakı artıq əvəzedilməz, etibarlı bir tərəfdaş rolunda çıxış edir.
Son illər rəsmi Bakının çoxvektorlu xarici siyasət kursunda Avropa ölkələri və paytaxtları ilə münasibətlərdə dəyişiklik müşahidə edilir. Azərbaycan Aİ ilə yeni, strateji və fundamental bir gündəlik formalaşdırır.
Bu prizmadan yanaşdıqda Azərbaycan Prezidentinin Aİ-yə, o cümlədən Tirana və Kopenhagenə səfərləri bir daha göstərir ki, rəsmi Bakı ikitərəfli formatlarda diplomatik coğrafiyasını genişləndirir.
Bu səfərlər eyni zamanda Azərbaycanın öz milli maraqlarını ən yüksək səviyyədə üstün tutduğunu da nümayiş etdirir.
Eyni zamanda bu yanaşma göstərir ki, Aİ artıq Azərbaycanı yalnız regional sabitliyi və enerji təhlükəsizliyini qoruyan dövlət kimi görmür. Brüssel xarici siyasət və qlobal məsələlərdə Bakı ilə məsləhətləşir, onunla ortaq addımlar atmaq niyyətini ortaya qoyur. Münasibətlərin bu yeni, genişlənmiş forması həm də yaxın gələcəkdə tərəflər arasında daha böyük sazişlərin və ortaq layihələrin imzalanmasına hüquqi və siyasi zəmin hazırlayır.
Ehtimal etmək olar ki, bu dialoqların davamı olaraq Bakı və Brüssel arasında gələcəyə yönəlik qlobal hədəflər müzakirə ediləcək və işin maraqlı tərəfi də odur ki, artıq Azərbaycan bu müzakirə və planlamalarda bərabərhüquqlu tərəfdaş kimi çıxış edir.
Dünyada baş verən geosiyasi təlatümlər, münaqişələr fonunda Avropa enerji xəritəsini yenidən cızır. Məhz bu işdə Azərbaycanın alternativ və təhlükəsiz marşrutların təmin edilməsi məsələsində rolu köhnə qitənin iqtisadi sabitliyi üçün əvəzedilməzdir. Orta Dəhliz nəqliyyat layihəsi isə tərəflər arasındakı münasibəti tamamilə fərqli müstəviyə daşıyır. Brüssel gözəl bilir ki, bu nəhəng tranzit xətti digər alternativ yollarla müqayisədə yüklərin daşınma müddəti və logistik xərcləri əhəmiyyətli dərəcədə azaldır.
Bakıda keçirilən yeddinci dialoqda da avropalı rəsmilərin iqtisadi cəhətdən səmərəli və davamlı tərəfdaşlıq məsələsinə vurğu vurmasına bu prizmadan baxmaq lazımdır. Avropanın siyasi mərkəzləri dünyada baş verən proseslər fonunda qlobal logistika zəncirinin qırıldığı bir dövrdə məhz Azərbaycanın etibarlı bir qovşaq və dayanıqlı körpü olduğu həqiqətini dərk edirlər. Bu gün əminliklə söyləmək olar ki, Brüsselin Bakı ilə qurduğu bu əlaqələr hər iki tərəfin maraqlarına xidmət edir, qarşılıqlı asılılığa söykənən uzunmüddətli və çoxşaxəli bir strategiyadır.
Bu gün Azərbaycan Avropanın 16 ölkəsinə təbii qaz ixrac edir. Cənub Qaz Dəhlizinin son nöqtəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan hər il Avropaya milyardlarla kubmetr təbii qaz ixrac edir. Təkcə son illərin rəsmi statistikasına baxsaq, ölkəmizin Avropa bazarına qaz ixracı ildən-ilə artaraq illik 11-12 milyard kubmetr səviyyəsini keçib.
Ən əsası odur ki, tərəflər arasında imzalanmış strateji memorandumlar çərçivəsində bu həcmin yaxın perspektivdə illik 20 milyard kubmetrə çatdırılması hədəflənir və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir. Bu isə köhnə qitənin enerji tədarükü coğrafiyasını tamamilə dəyişdirib. 20 may görüşü bir daha sübut edir ki, qlobal enerji böhranları, resurslar uğrunda kəskin mübarizələrin getdiyi bir dövrdə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri qüsursuz şəkildə yerinə yetirən tərəfdaşdır.
Bununla belə, vurğulamaq lazımdır ki, Azərbaycan təkcə bu günün deyil, həm də gələcəyin qlobal enerji trendlərini diktə edir. Ölkəmizin zəngin bərpaolunan enerji potensialı Bakı-Brüssel xəttində tamamilə yeni bir səhifə açır. Artıq yaxın vaxtlarda Qara dənizin dibi ilə çəkiləcək nəhəng sualtı kabel vasitəsilə Azərbaycandan birbaşa Avropaya "yaşıl enerji"nin nəql edilməsi planlaşdırılır. Bu tarixi layihə ölkəmizin qitənin ekoloji keçid və "sıfır emissiya" hədəflərində də baş rola keçdiyini göstərir. Avropa ölkələri üçün Azərbaycan mavi yanacaqla yanaşı, həm də gələcəyin təmiz elektrik enerjisini təmin edən ən etibarlı sabitlik xəttinə çevrilir.
Bununla bağlı vurğulamaq lazımdır ki, Bakı və Brüssel arasındakı bu strateji tərəfdaşlıq Avropadakı bəzi dairələrin qərəzli yanaşması səbəbindən bəzən süni maneələrlə üzləşir. Xüsusilə, Avropa parlamentində ermənipərəst dairələrin cari ilin aprel ayında qəbul etdiyi qətnamədən sonra rəsmi Bakının haqlı narazılığı və atdığı addımlar (Avronestdən çıxmaq, Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq) Brüsseldə də birmənalı qarşılanmayıb.
Strasburqda keçirilən son plenar iclasda avropalı deputatların özləri açıq şəkildə etiraf ediblər ki, Bakı ilə yaşanan bu böhranın əsl səbəbkarı Avropa Parlamentinin öz təkəbbürlü siyasətidir. Avropalı parlamentarilər yaxşı anlayırlar ki, Azərbaycanla Ermənistan onilliklərlə davam edən münaqişədən sonra nəhayət barışığa və sülh müqaviləsinə bu qədər yaxınlaşdığı bir vaxtda, Brüsselin odun üstünə yağ tökən qətnamələr qəbul etməsi tamamilə səhv addımdır.
Bu səbəbdən də bəzi qüvvələrin Azərbaycanı təcrid etmək və ya ona təzyiq göstərmək cəhdləri heç bir səmərə verə bilməz. Çünki Avropa İttifaqının real təhlükəsizlik və iqtisadiyyat strategiyası rəsmi Bakının artan çəkisini görməzdən gələ bilməyəcək qədər real maraqlara söykənir.
Deputat Anjelin Fürenin də vurğuladığı kimi, Azərbaycanın bu qərarları sadəcə prosedur addımı deyil, Avropanın strateji cəhətdən cəzalandırılmasıdır. Avropa eyni vaxtda həm Azərbaycandan qaz tədarükünü təmin etməyə çalışır, həm də siyasi təzyiq mexanizmlərini işə salmaq istəyir. Lakin bu ikili standartlar artıq işləmir. Əgər Avropanın bəzi siyasi dairələri qərəzli siyasətdən, dünyaya dərs vermək xəstəliyindən qurtulmasa, Mərkəzi Asiyanın və Cənubi Qafqazın yeni siması Avropasız qurulacaq və geosiyasi baxımdan təcrid olunan tərəf məhz Aİ özü olacaq.
Çünki digər avroparlamentari Tomas Frölihin xəbərdar etdiyi kimi, Azərbaycanla bu dildə danışmağa davam etmək Avropanın enerji təhlükəsizliyinə son zərbə vura bilər. Bir sözlə, bəzi dairələrin prosesi pozmaq cəhdlərinə baxmayaraq, rəsmi Bakının sarsılmaz mövqeyi və qlobal logistikadakı əvəzedilməz rolu bu süni cəhdləri boşa çıxarır və Avropanı reallıqlarla hesablaşmağa məcbur edir.
Bakı ilə dialoqu qorumaq və inkişaf etdirmək Aİ üçün sadəcə diplomatik bir seçim deyil, birbaşa öz qlobal maraqlarını təmin etmək üçün qaçılmaz bir zərurətdir.
Yekun olaraq söyləyə bilərik ki, Bakıda keçirilən bu tarixi görüş bir daha təsdiq etdi ki, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin gələcək taleyi bəzi Avropa paytaxtlarının birtərəfli bəyanatlarında deyil, məhz rəsmi Bakının qurduğu bərabərhüquqlu və praqmatik dialoq masasında müəyyən olunur. Bakı görüşü Avropanın ali rəhbərliyinə aydın mesaj verdi: Cənubi Qafqazda və daha geniş coğrafiyada dayanıqlı sülh, enerji təhlükəsizliyi və qlobal nəqliyyat layihələri yalnız Azərbaycanın liderliyi və razılığı ilə reallaşa bilər...
Kamil Məmmədov
İlham Əliyev   Cənub Qaz Dəhlizi (CQD)   Avropa İttifaqı (Aİ)   Azərbaycan-Avropa İttifaqı münasibətləri
İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH
Qazaxıstanın Türküstan şəhəri mayın 15-də mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dünyasının gələcək rəqəmsal inkişaf vektorunu müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə reallaşan bu sammit TDT üzvlərinin birliyi, həmrəyliyi və qlobal arenada vahid güc mərkəzinə çevrilməsi yolunda atılan növbəti strateji addımdır. Görüşün ana xəttini "Süni intellekt və rəqəmsal inkişaf" təşkil edib.
Prezident İlham Əliyevin Türküstana səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə reallaşıb və bir daha göstərir ki, Bakı-Astana münasibətləri regional tərəfdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu iki dost ölkənin əlaqələri Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanı müəyyən edən strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, son beş il ərzində Prezident İlham Əliyevin Qazaxıstana 8 rəsmi və işgüzar səfəri, həmçinin K.Tokayevin Azərbaycana 6 qarşılıqlı səfər liderlər arasındakı yüksək səviyyəli siyasi dialoqun, şəxsi etimadın və sarsılmaz iradənin bariz dinamikasını əks etdirir. Bu intensiv, məqsədyönlü təmasların məntiqi və hüquqi zirvəsi olaraq dörd il əvvəl imzalanmış Birgə Bəyannamə, Bakı ilə Astana arasındakı əlaqələri rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Bu sənəd qlobal güc mərkəzlərinin rəqabət meydanına çevrilən regionumuzda həm siyasi, həm iqtisadi, həm də xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tam gücü ilə işə düşməsini şərtləndirən nəqliyyat-logistika sahəsində dərin, institusional inteqrasiyanı nəzərdə tutur. Paralel olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan-Qazaxıstan müttəfiqliyi iqtisadi maraqlar və rəsmi protokollar üzərində qurulmayıb. İki dost və qardaş xalq arasında uzun əsrlərə dayanan tarixi əlaqələr, sarsılmaz mənəvi bağlar mövcuddur. 2020-ci ildə Azərbaycan şanlı Zəfəri ilə işğal altındakı ərazilərini azad etdikdə Şuşa ilə qardaşlaşan ilk şəhər də məhz Türküstan oldu. Bu da öz növbəsində çoxəsrlik qardaşlığın və münasibətlərin dərinliyini nümayiş etdirir.
Prezident İlham Əliyev Türküstan sammitində geniş və olduqca strateji məzmunlu çıxış edib. Dövlət başçısı çıxışında həm Azərbaycanın rəqəmsal hədəflərinə, həm də türk dünyasının gələcək geosiyasi çəkisinə dair çox mühüm mesajlar verib. İlham Əliyevin irəli sürdüyü fundamental tezis Türk dünyasının XXI əsrdə qlobal arenada rəqabətədavamlı, nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi hədəfini ehtiva edir. Bu isə öz növbəsində Azərbaycan liderinin sadəcə birlik çağırışı deyil, həm də yeni dünya nizamının arxitekturasını müəyyən edən strateji doktrinadır. Azərbaycan Prezidenti çıxışında bu gün formalaşan çoxqütblü geosiyasi konyukturda türk dövlətlərinin müstəqil güc amili kimi möhkəmlənməsini xüsusilə vurğulayıb. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, TDT-yə üzv dövlətlər iqtisadi, rəqəmsal, nəqliyyat-logistika potensialını vahid mexanizm şəklində birləşdirməsi mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Bakı və Astananın həyata keçirdiyi layihələr, xüsusilə "Orta Dəhliz"in rəqəmsal seqmentini təşkil edən Transxəzər fiber-optik kabel xəttinin inşası və Zəngəzur dəhlizinin perspektivləri türk dünyasını təkcə coğrafi baxımdan deyil, həm də qlobal ticarət və rəqəmsal data axınları səviyyəsində qovşaq nöqtəsinə çevirir. Yəni Prezidentin təklif etdiyi bu baxış, əslində, TDT-ni yalnız mədəni-tarixi platforma olmaqdan çıxararaq onu Şərqlə Qərb arasında yeni iqtisadi müvazinət yaradan, rəqəmsal suverenliyi təmin olunmuş və qlobal siyasi qərarların qəbuluna birbaşa təsir göstərən strateji tərəfdaşlıq ittifaqına çevirmək iradəsini nümayiş etdirir. Bu baxışın TDT platformasında təqdim edilməsi də səbəbsiz deyil. Çünki məhz Azərbaycanın TDT-yə sədrliyi dövründə real, icraolunan və genişmiqyaslı layihələrə keçid müşahidə edilib. Prezidentin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan türk dünyasının inteqrasiyasının sadəcə bir diplomatik hədəf olmadığını sübut edərək üzv dövlətlərin "ailə birliyi" fəlsəfəsinə söykənən fundamental geosiyasi reallığa çevirib. Azərbaycanın TDT-yə sədrliyi dövründə iqtisadi əməkdaşlığın genişlənməsi, gömrük və logistik prosedurların sadələşdirilməsi, rəqəmsal ekosistemin birgə inkişafı kimi təşəbbüslər reallaşıb. Bu isə üzv dövlətlərə qlobal böhranlar qarşısında vahid cəbhədən çıxış edən bir ailə ittifaqı kimi operativ qəbul və icra olunan qərarlar verməyə imkan yaradır.
Yuxarıda da qeyd edildiyi kimi, bu gün türk dünyasında birlik və vahid ailə modeli sadəcə bəyanatlarla məhdudlaşmır. Xüsusilə də Azərbaycanın moderatorluğu ilə qlobal miqyaslı nəhəng infrastruktur layihələri reallaşdırılır. Məsələn, Avropa və Asiyanı bir-birinə bağlayan tarixi İpək Yolunun "Rəqəmsal İpək Yolu" layihəsinin ana seqmenti Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər Fiber-Optik Kabel xəttinin artıq yaxın aylarda istifadəyə verilməsi Avrasiyanın geosiyasi xəritəsində yeni bir səhifə açacaq. Azərbaycan və Qazaxıstanın birgə səyi nəticəsində reallaşan bu layihə regionda rəqəmsal infrastrukturun inkişafı baxımından çox önəmlidir. Eyni zamanda, bu, TDT-yə üzv ölkələrin qlobal data axınlarında və rəqəmsal tranzitdə müstəqil operatora çevrilməsini təmin edir. Qərbə uzanan ənənəvi nəqliyyat və enerji dəhlizlərini rəqəmsal infrastrukturla tamamlayan bu layihə türk dünyasını qlobal rəqəmsal iqtisadiyyatın yeni mərkəzinə çevirir və Bakı ilə Astananın regionda yaratdığı texnoloji suverenliyin rəmzi kimi özünü göstərir.
Bu gün dünyada, əsasən də Yaxın Şərqdə gedən proseslər ənənəvi tranzit yollarında yaşanan təhlükəsizlik problemləri, qlobal tədarük zəncirlərinin qırılması fonunda Orta Dəhliz Şərqlə Qərb arasında ən qısa, təhlükəsiz və səmərəli marşruta çevrilir. Bu nəhəng logistik arxitekturanın tam gücü ilə fəaliyyət göstərməsi və rəqabət üstünlüyünün maksimallaşdırılması isə reallaşmaqda olan Zəngəzur dəhlizi layihəsini sadəcə regional deyil, qlobal miqyaslı geosiyasi zərurət kimi önə çıxarır. Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Zəngəzur dəhlizinin böyük əhəmiyyətini dəfələrlə qeyd etməsi bir sıra ölkələrdə bu marşruta ciddi maraq yaradıb. Bu gün də ölkə başçısı Türküstanda bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən kritik və tamamlayıcı seqmentidir. Bundan əlavə, sözügedən marşrut türk dünyasının coğrafi bütövlüyünü təmin edir, nəqliyyat xərclərini azaldır və Asiyadan Avropaya daşınan yüklərin hərəkət dinamikasını sürətləndirir. Logistik və nəqliyyat infrastrukturunun fiziki baxımdan tamamlanması ilə yanaşı, bu nəhəng marşrutun rəqabət qabiliyyətinin qorunması Orta Dəhliz boyunca gömrük və inzibati prosedurların radikal şəkildə sadələşdirilməsindən və rəqəmsallaşdırılmasından birbaşa asılıdır. Bu məqsədlə də TDT-nin rəqəmsal doktrinasına uyğun şəkildə inteqrasiya edilən və tətbiq olunan "e-Permit", yəni elektron icazə sistemi transsərhəd daşımalarda bürokratik maneələri aradan qaldıran bir təşəbbüsdür. Quru yolu ilə yükdaşımalar zamanı tələb olunan icazə blanklarının elektron qaydada doldurulması və operativ rejimdə təqdim edilməsi öz növbəsində gömrük-keçid məntəqələrində vaxt itkisini minimuma endirir. Paralel olaraq isə xərcləri azaldır, şəffaflığı maksimum səviyyəyə yüksəldir. TDT-yə üzv dövlətlərin gömrük orqanlarının vahid rəqəmsal ekosistemdə birləşdirilməsi Orta Dəhlizi təkcə coğrafi deyil, həm də inzibati cəhətdən qlobal ticarət üçün ən cəlbedici marşruta çevirir. Beləliklə, innovativ texnologiyaların gömrük idarəçiliyinə tətbiqi yükdaşımaların sürətini qat-qat artırmaqla, Prezident İlham Əliyevin bəyan etdiyi "türk dünyasının rəqəmsal və iqtisadi potensialının birləşdirilməsi" hədəfinin ən uğurlu və praktiki mexanizmlərindən biri kimi çıxış edir.
Türküstan sammiti göstərdi ki, bu gün Türk dünyası rəqəmsal dünyaya sürətli adaptasiyanı özünə əsas prioritet kimi seçib. Məsələn, təşkilatın rəqəmsal doktrinasında süni intellekt texnologiyalarının məsuliyyətli, etik və təhlükəsiz istifadəsi, ondan qanunazidd məqsədlər üçün istifadənin qarşısının alınması kimi prioritetlər artıq müəyyənləşib. Bu kibertəhlükəsizlik və rəqəmsal suverenlik çərçivəsi, türk dünyasının qlobal texnoloji yarışda təkcə bir istehlakçı deyil, həm də milli dəyərlərə və beynəlxalq hüquqa əsaslanan təhlükəsiz rəqəmsal ekosistemin qurucusu olduğunu nümayiş etdirir. Qlobal səviyyədə qəbul edilən bu strateji hədəflərin və gələcək yol xəritəsinin praktiki icrası baxımından yaxın perspektivdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqunun təşkili, həmçinin bu ilin iyun ayında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş "Türk Dünyası Həftəsi"nin reallaşdırılması Azərbaycanın bu birliyə verdiyi çoxşaxəli töhfənin bariz nümunəsidir. Beləliklə, Bakının həm rəqəmsal, həm modern şəhərsalma, həm də köklü elmi-mədəni irs platformalarına ev sahibliyi etməsi Türküstan sammitində verilən qərarların effektli icrasında Azərbaycanın lokomotiv rolunu və türk dünyasının intellektual, rəqəmsal və mənəvi mərkəz missiyasını bir daha təsdiqləyir…
Kamil Məmmədov
İlham Əliyev   Kasım-Jomart Tokayev   Zəngəzur dəhlizi   Süni intellekt   Ümumdünya Şəhərsalma Forumu (WUF13)   Türk Dövlətləri Təşkilatı (TDT)   WUF13   Birinci Türkoloji Qurultayın 100 illiyi   Kibercinayətkarlıq (kiberdələduzluq)
Türk birliyinin Azərbaycan nümunəsi: milli kimliyə söykənən ortaq platforma - ŞƏRH
Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və bütün sahələri əhatə edən əməkdaşlıq formatı beynəlxalq münasibətlər sistemində strateji müttəfiqliyin unikal modeli sayılır. "Bir millət, iki dövlət" prinsipinə əsaslanan bu münasibətlər eyni zamanda qarşılıqlı etimad və praqmatik tərəfdaşlıq modeli kimi də çıxış edir.
Bu mənada, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən may ayının 15-də Ankara şəhərində Müstəqillik Günü münasibətilə təşkil olunan tədbir də iki ölkə arasındakı sıx əlaqələrin təzahürü kimi qiymətləndirilməlidir. Lakin tədbirin əhəmiyyəti yalnız bununla bitmir. Bu, həmçinin türk dünyasında gedən inteqrasiya proseslərində Azərbaycanın aparıcı rolunun daha bir təsdiqi idi.
Diqqətçəkən məqamlardan biri səfirliyin təşkil etdiyi tədbirdə iştirakçı kontingentinin geniş coğrafi və etnik rəngarəngliyidir. Mərasimdə Krım tatarlarının, Dağıstanın türk xalqlarının, qaraçay-balkar, çərkəz, noqay türklərinin və saxaların (yakutların) görkəmli nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin, elm və mədəniyyət elitasının, eləcə də nüfuzlu diaspora təşkilat rəhbərlərinin geniş tərkibdə təmsil olunması tədbirin beynəlxalq əhəmiyyətini vurğulayan məqamlardan biridir. Tədbirin iştirakçı tərkibi, həmçinin göstərir ki, Azərbaycan təkcə özünün Müstəqillik Gününü qeyd etmir, paralel olaraq Avrasiya məkanında yaşayan müxtəlif türk və digər qardaş xalqlar üçün mənəvi-siyasi cazibə mərkəzinə çevrilib. Bu mənzərə Azərbaycanın regional müstəvidə həyata keçirdiyi inklüziv siyasətin və tarixi köklərə dayanan həmrəylik kursunun bariz nümunəsidir.
Belə formatda həyata keçirilən təmaslar xalqlararası yaxınlaşmaya, etimadın möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, həm də gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri üçün əlverişli platforma formalaşdırır. Bu baxımdan, sözügedən görüşlər Azərbaycanın geniş türk coğrafiyasında oynadığı birləşdirici rolu bir daha təsdiq edir və müasir geosiyasi şəraitdə xalqlarımızın vahid dəyərlər ətrafında konsolidasiyasının mühüm amilinə çevrilir. İctimai xadimlərin, elm və mədəniyyət nümayəndələrinin bir araya gəlməsi, bürokratik maneələri aşaraq, qarşılıqlı etimada əsaslanan mənəvi bir körpü inşa edir. Bu cür platformalar, ortaq maraqlar əsasında qurulan əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də regional sabitliyin dayanıqlı olmasını təmin edən insan faktorunu proseslərin mərkəzinə gətirir.
Beləliklə, Azərbaycanın təşəbbüsü ilə formalaşan bu dialoq mühiti, müasir diplomatiyanın ən mütərəqqi tendensiyalarına uyğun olaraq, gələcəyin konseptual tərəfdaşlıq modelini bu gündən sınaqdan keçirir.
Tədbir çərçivəsində qurulan dialoqlar, verilən açıqlamalar, fikir mübadilələri gələcəkdə birgə həyata keçiriləcək layihələr, digər təşəbbüslər üçün real imkanlar yaradır və bünövrə rolunu oynayır. Ortaq köklərə və tarixi irsə malik müxtəlif xalqlar arasında təmas və müzakirələrin sistemli xarakter alması üçün belə təmasların böyük əhəmiyyəti var.
Yuxarıda da qeyd edildiyi kimi, tədbirdə təkcə türkdilli dövlətlərin nümayəndələri yox, digər qardaş xalqların da nümayəndələri iştirak edib. Xüsusi diqqəti isə tarixboyu deportasiyalardan əziyyət çəkmiş Şimali Qafqaz xalqları və Krım tatarlarına ayırmaq lazımdır. Çünki bu gün dünyada baş verən proseslər, sürətli qloballaşma, mürəkkəb geosiyasi çalxalanmalar fonunda milli kimliyin, ana dili və tarixi yaddaş kimi vacib məsələlərin qorunub saxlanılması bəzi xalqlar üçün mədəni məsələ olmaqdan çıxaraq mövcudluq mübarizəsinə çevrilib. Qeyd etdiyimiz Şimali Qafqaz xalqları və Krım tatarları üçün isə tarixboyu yaşanılan deportasiya, assimilyasiya təhlükələri, demoqrafik dəyişikliklərin fəsadlarını aradan qaldırmaq, mədəni iris gələcək nəsillərə ötürmək həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, məhz belə həssas məqamların humanitar müstəvidə beynəlxalq gündəmə gətirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Beynəlxalq platformalarda dost və qardaş xalqların səsinə çevrilmək, onların daha geniş auditoriya tərəfindən eşidilməsini təmin etmək beynəlxalq həmrəyliyin ən ali formasıdır.
Azərbaycanın Türkiyədəki səfirliyinin keçirdiyi tədbir göstərib ki, rəsmi Bakı özünün dövlət maraqlarının təmin edilməsi ilə yanaşı, geniş bir coğrafiyanın tarixi yaddaşını və mənəvi bütövlüyünün qorunmasını da xarici siyasətdə prioritet hesab edir.
Belə formatlarda ünsiyyət türk xalqları və toplumları arasında sistemli və məqsədyönlü əlaqələrin qurulması, humanitar diplomatiya və strateji kommunikasiya baxımından da böyük əhəmiyyət təşkil edir.
Bu iştirakçılıq, ilk növbədə, ortaq tarixi-mədəni bağların yenidən canlandırılmasına, milli kimliyin qorunmasına və xalqların fundamental mədəni hüquqlarının beynəlxalq müstəvidə təşviqinə xidmət edir.
Türk dünyasında bir çox təşəbbüs və əməkdaşlıq layihələrində lokomotiv rolunu oynayan Azərbaycanın ardıcıl və sistemli yanaşması türk dünyası ölkələrinin ortaq gələcək, vahid platforma ətrafında birləşməsi üçün böyük əhəmiyyət kəsb edir.
Kamil Məmmədov
Azərbaycanın Türkiyədəki səfirliyi   Müstəqillik Günü   Türk dünyası   Ankara
"Bakı Ağ Şəhər" layihəsi: Sənaye ərazilərinin ekoloji bərpasının uğurlu nümunəsi
XXI əsrin geosiyasi və iqtisadi şəraitində şəhərlər yalnız yaşayış məkanı funksiyasından xeyli kənara çıxıb. Onlar artıq dövlətlərin qüdrətini, texnoloji imkanlarını, ekoloji öhdəliklərini və perspektiv planlarını özündə təcəssüm etdirən strateji əhəmiyyətli platformalar rolunu oynayır.
Bu gün dünya "ağıllı şəhər", yaşıl transformasiya və dayanıqlı urbanizasiya modelləri uğrunda yarışdığı bir dövrdə Azərbaycan da öz şəhərsalma konsepsiyası ilə qlobal diqqət mərkəzinə çıxmaqdadır. Xəzərin sahilində yüksələn yeni urbanist məkanlar, işğaldan azad edilmiş ərazilərdə sıfırdan qurulan innovativ yaşayış məntəqələri və ekoloji baxımdan təhlükəli sənaye zonalarının müasir şəhərlərə çevrilməsi ölkənin yeni inkişaf fəlsəfəsinin əsas göstəricilərinə çevrilib.
Bu transformasiyanın təməlində isə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyası dayanır. Məhz onun müəllifi olduğu "Əsrin müqaviləsi" Azərbaycanı qlobal enerji xəritəsinə daxil etməklə yanaşı, ölkəyə milyardlarla dollar investisiya axınının əsasını qoydu. Neft gəlirləri yalnız iqtisadi artım yaratmadı, onlar yeni infrastrukturun, müasir şəhərsalma modelinin və tamamilə fərqli urbanizasiya fəlsəfəsinin formalaşmasına yol açdı. Bakı postsovet məkanının köhnəlmiş sənaye şəhəri obrazından uzaqlaşaraq tədricən Avropa və Yaxın Şərqin müasir memarlıq elementlərini özündə birləşdirən qlobal metropola çevrilməyə başladı.
Lakin bu inkişafın qarşısında onilliklərlə yığılıb qalmış ağır ekoloji miras dayanırdı. Xəzər sahili boyunca uzanan, vaxtilə dünyanın ən iri neft sənayesi mərkəzlərindən biri hesab edilən "Qaraşəhər" təkcə sənaye zonası deyil, həm də ekoloji fəlakət məkanı idi. Burada torpaq qatları neft tullantıları ilə hopmuş, saysız-hesabsız gölməçələr yaranmış, atmosferə yayılan tullantılar Bakının ekoloji balansını ciddi şəkildə pozmuşdu. Sovet dövründə həyata keçirilən qismən yenidənqurma cəhdləri vəziyyəti dəyişə bilməmişdi.
Məhz buna görə qarşıya qeyri-adi dərəcədə mürəkkəb və iddialı bir məqsəd qoyuldu: 221 hektarlıq ağır sənaye ərazisi tamamilə təmizlənməli, burada ekoloji cəhətdən dayanıqlı, rəqəmsal texnologiyalarla idarə olunan, insan mərkəzli yeni şəhər qurulmalı idi. Əslində söhbət yalnız yeni yaşayış massivinin tikintisindən getmirdi, bu, sənaye erasından postindustrial və "yaşıl şəhər" modelinə keçidin simvolu idi.
Şəhərsalmada yeni keyfiyyət standartı
İri sənaye müəssisələrinin mərhələli şəkildə köçürülməsi, milyonlarla ton neftlə çirklənmiş torpağın təmizlənməsi və ərazinin yenidən yaşıllaşdırılması illərlə davam edən nəhəng mühəndislik prosesinə çevrildi. Burada sadəcə binalar tikilmirdi - Bakının gələcək urbanistik siması formalaşdırılırdı. Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 24-də təməli qoyulan "Bakı Ağ Şəhər" layihəsi məhz bu baxımdan Azərbaycanın şəhərsalma tarixində yeni mərhələnin başlanğıcı oldu.
Bir zamanlar neft qoxusu ilə tanınan ərazi bu gün geniş bulvarları, yaşıllıq zolaqları, velosiped yolları, müasir yaşayış məhəllələri və avanqard memarlıq nümunələri ilə seçilən urbanistik məkana çevrilir. Layihənin əsas fərqləndirici cəhəti isə onun yalnız estetik görünüşə deyil, ekoloji dayanıqlılığa əsaslanmasıdır. "Bakı Ağ Şəhər"də inşa edilən yaşayış binalarının əksəriyyəti MDB məkanında ilk dəfə beynəlxalq BREEAM ekoloji sertifikatlaşdırma standartlarına uyğun layihələndirilib. Bu isə enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması və ekoloji risklərin idarə olunması baxımından layihəni qlobal nümunələr sırasına çıxarır.
Ərazi klassik şəhər məntiqindən fərqli olaraq "şəhər içində şəhər" prinsipi ilə formalaşdırılıb. Burada 10 məhəllədən ibarət 6-8 mərtəbəli binalar inşa olunub, yaşayış, biznes, təhsil və istirahət zonaları vahid məkanda bir-birini tamamlayır. İnsanlar gündəlik həyatlarını uzun məsafələr qət etmədən təşkil edə bilir. Məhz bu yanaşma dünyanın aparıcı urbanistlərinin "15 dəqiqəlik şəhər" konsepsiyasına uyğun gəlir.
Dənizlə şəhərin yenidən görüşü
Bakının tarixində Xəzər həmişə şəhərin nəfəsi olub. Lakin sənayeləşmə dövründə sahil xətti tədricən zavod boruları, neft anbarları və texniki qurğuların arxasında itib-batmışdı. "Bakı Ağ Şəhər" layihəsi əslində Bakının Xəzərlə münasibətini yenidən bərpa etdi. İndi burada dəniz sahili boyunca uzanan piyada zonaları, parklar və ictimai məkanlar formalaşdırılır.
Ərazinin beşdə birindən çoxunun park və bağlara ayrılması layihənin ekoloji fəlsəfəsini daha aydın göstərir. Ümumi ərazisi 35 hektarı aşan Mərkəzi park təkcə yaşıllıqlarla örtülmüş zona olmayıb, eyni zamanda şəhərin ictimai və sosial həyatının əsas mərkəzlərindən birinə çevrilib. Parkın ərazisində 19 müxtəlif növə aid 2 100 ağac əkilib, uşaqlar və idmanla məşğul olanlar üçün xüsusi meydançalar salınıb, geniş xiyabanlar formalaşdırılıb, gül tarlaqları yaradılıb, 9 fəvvarə inşa edilib və müxtəlif istirahət guşələri təşkil olunub. Bütün bunlar onu sübut edir ki, müasir şəhərsalma konsepsiyasında artıq əsas diqqət betonun həcminə deyil, insanların rahatlığına və yaşayış keyfiyyətinə yönəlib.
Bu yanaşma beynəlxalq memarlıq dairələrinin də diqqətini çəkib. 2025-ci ildə XIX Venesiya Memarlıq Biennalesi çərçivəsində təqdim olunan "Tarazlıq. Azərbaycan motivləri" pavilyonunda "Bakı Ağ Şəhər" layihəsinin nümayiş etdirilməsi Azərbaycanın şəhərsalma modelinin artıq beynəlxalq urbanistika müzakirələrinin bir hissəsinə çevrildiyini göstərdi.
Rəqəmsallaşma ilə ekoloji uyğunluğun vəhdəti
Azərbaycanın müasir şəhərsalma konsepsiyası artıq yalnız Bakı ilə məhdudlaşmır. Son illər həyata keçirilən layihələr göstərir ki, ölkədə urbanizasiya prosesi yeni binaların və yolların inşası ilə yanaşı, həm də rəqəmsal texnologiyaların, ekoloji yanaşmaların və dayanıqlı inkişaf prinsiplərinin vəhdəti əsasında formalaşdırılır.
Hazırda Azərbaycanda 79 şəhər mövcuddur və son 15 ildə əhalinin təxminən 19 %-lik artımı əsasən iri və böyük şəhərlərdə, xüsusilə də Bakıda qeydə alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablamalarına görə, bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir. Məhz buna görə ölkə üzrə şəhərsalma siyasəti mərhələli şəkildə yenilənir. Artıq 67 şəhərin baş planı hazırlanıb, 12-si isə yekunlaşma mərhələsindədir. Digər yaşayış məntəqələri üzrə sənədlərin işlənməsi davam edir.
Bu prosesdə diqqət çəkən əsas məqam şəhərlərin həm memarlıq baxımından, həm də funksional və ekoloji baxımdan yenidən düşünülməsidir. Müasir urbanistika artıq nəqliyyat, enerji, rəqəmsal idarəetmə və insan rahatlığını bir-birindən ayrı deyil, vahid sistem kimi nəzərdən keçirir.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri isə Azərbaycanın yeni şəhərsalma fəlsəfəsinin ən parlaq nümunəsinə çevrilib. Bu bölgələrdə məqsəd sadəcə dağıdılmış yaşayış məntəqələrinin bərpası yox, gələcəyin şəhər və kənd modelləri qurulur - "ağıllı", dayanıqlı və ekoloji cəhətdən balanslaşdırılmış yaşayış məkanları yaradılır.
Bu baxımdan Ağalı kəndi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ilk "ağıllı kənd" modeli hesab olunan Ağalı ənənəvi kənd anlayışına tamamilə yeni məzmun qazandırır. Burada alternativ enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, enerji effektiv evlər və "yaşıl texnologiyalar" vahid konsepsiya şəklində birləşdirilib. Kənd sanki gələcəyin yaşayış modelinin bu gündən qurulmuş prototipidir.
Ağalıda enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında yerləşdirilən 325 kVt gücündə günəş panelləri alternativ enerjidən istifadənin miqyasını daha da genişləndirir. Evlərdə tətbiq olunan kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar enerji sərfiyyatını minimuma endirir. Xüsusi izolyasiya materialları istilik itkisini azaldaraq həm ekoloji, həm də iqtisadi səmərəlilik yaradır.
Kənddə ekoloji yanaşma yalnız enerji ilə məhdudlaşmır. Çirkab suların bioloji üsulla təmizlənməsi nəticəsində ildə 41 min kubmetr texniki suyun yenidən istifadəsi mümkün olur. Bu isə su ehtiyatlarından səmərəli istifadə baxımından mühüm göstəricidir.
Rəqəmsal infrastruktura gəldikdə isə Ağalı artıq klassik kənd modelindən xeyli uzaqdır. Burada yüksək sürətli GPON internet şəbəkəsi fəaliyyət göstərir. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz edilmiş çoxfunksiyalı işıq dirəkləri vahid rəqəmsal idarəetmə mühiti formalaşdırır. Gördüyümüz kimi, texnologiya burada gündəlik həyatın idarəedici elementinə çevrilir.
Əslində, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın gələcək şəhərsalma strategiyası üçün bir növ laboratoriya rolunu oynayır. Bu ərazilərdə sınaqdan keçirilən innovativ həllər gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna bilər.
Azərbaycanın urbanistik təcrübəsinin qlobal təqdimatı
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu 13 Azərbaycanın əldə etdiyi bu təcrübəni beynəlxalq platformada təqdim etmək üçün mühüm imkan yaradacaq. Dünyanın müxtəlif ölkələrindən gələn urbanistlər, memarlar, investorlar və siyasətçilər Bakının keçdiyi transformasiya yolunu yaxından müşahidə edəcəklər.
Çünki Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil. O, həm də postindustrial transformasiya, ekoloji bərpa və "ağıllı urbanizm" sahəsində öz modelini formalaşdıran dövlətlərdən birinə çevrilir. Bakı isə bu dəyişimin ən parlaq simvoludur - neftdən doğulan, amma gələcəyini "yaşıl şəhər" fəlsəfəsi üzərində quran müasir metropol kimi.
Baku White City   Əsrin müqaviləsi   Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
"Bizim evimiz sadəcə iki otaqdan ibarət deyil, bura sanki dünyaları sığdırdığımız böyük bir aləmdir. Bağça, məktəb yaxınlıqda yerləşir. Qızımı bağçaya ötürüb, oğlumun oyun meydançasındakı şıltaqlıqlarını izləmək mənə xoş təsir bağışlayır. Mağazaya, iaşə obyektlərinə piyada getmək, vaxtı tıxaclarda deyil, ailəmlə keçirmək deməkdir. Bura bizim ailənin arzularının çiçək açdığı yaşam məkanıdır", - bu sözləri satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlanaraq mənzil sahibi olan ailənin xanımı Çinarə Məmmədova "Report"a açıqlamasında deyib.
Çinarə xanımın həyat yoldaşı Elvin Muxtarov deyir ki, onlar kirayə üsulu ilə mənzil şəraitini yaxşılaşdırmış minlərlə ailədən biridirlər: "Evlənərkən ölkəmizdə güzəştli şərtlərlə mənzil təminatı imkanlarını araşdırdıq. Düşündük ki, bizə ən uyğun olanı bu layihədir – cəmi 12 aylıq kirayə haqqını qabaqcadan ödəmək kifayət edir ki, təmirli mənzilinə köçə biləsən. Artıq 3 ildir bu mənzildə yaşayırıq və şəraitimizdən çox razıyıq".
Cənubi Qafqazda ilk
Satmaq öhdəliyi ilə kirayə mexanizmi Azərbaycanda tətbiq edilən ən "gənc" yaşayış maliyyəsi alətidir. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) həyata keçirdiyi bu mexanizmin cəmi 7 yaşı var.
Bu model uzunmüddətli və sabit ödəniş şərtləri ilə ailələrin maliyyə planlamasını asanlaşdırır və onları bazardakı qiymət artımlarının təsirindən qoruyur. Eyni zamanda, mexanizm gənclər və gənc ailələrin mənzil əldə etməsini daha çevik və əlçatan prosesə çevirir.
İKZF-nin Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov konkret statistik rəqəmləri və üstünlükləri diqqətə çatdırır: "Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə yaradılıb və vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə imkanlar açır. Mexanizmin məqsədi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil təminatını yaxşılaşdırmaqdan ibarətdir. Qısa müddət ərzində bu mexanizm vasitəsilə 9,3 mindən çox ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb. Təkcə 2025-ci ildə mexanizm çərçivəsində ümumilikdə 2 813 kirayə müqaviləsi rəsmiləşdirilib ki, bu da 2024-cü ilin analoji göstəricisi ilə müqayisədə 50 %-dən çoxdur".
Fond rəsmisi bildirib ki, müasir standartlara cavab verən və tam təmirli kirayə mənzillərdən yararlananların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir: "İndiyədək əhaliyə Bakı (8 ünvanda), Sumqayıt (3 ünvanda) şəhərləri və Abşeron (6 ünvanda) rayonu üzrə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib".
Satmaq öhdəliyi ilə kirayə üsulunu əlverişli edən məqamlardan biri də bu mexanizmin ayrı-ayrı imtiyazlı kateqoriyalara deyil, rəsmi gəliri olan bütün vətəndaşlara şamil edilməsidir. Yetər ki, müraciət edən şəxs kifayət qədər yumşaq qiymətləndirmə tələblərinə uyğun gəlsin.
A.Zeynalov vurğulayıb ki, layihə əhali arasında tanındıqca ona tələbat da durmadan artır: "Qeyd etmək lazımdır ki, kirayə mənzil mexanizminə maraq ildən-ilə artmaqdadır. Bunun statistik rəqəmlərdən də görmək mümkündür. Təkcə 2025-ci ildə 30 mindən çox elektron müraciət daxil olub, bu isə 2024-cü ilə nisbətən 2 dəfədən çoxdur. Məlum olduğu üzrə kirayə mənzillər vətəndaşlara uzunmüddətli, yəni 25 il müddətinə sabit aylıq ödəniş şərti ilə verilir. Bu mexanizmin ən mühüm üstünlüklərindən biri müqavilə bağlanarkən müəyyən edilən aylıq ödəniş məbləğinin kirayə müddəti ərzində dəyişməz olaraq qalmasıdır. Halbuki, daşınmaz əmlak bazarında qiymətlərin davamlı artım tendensiyası müşahidə olunur və bu artım kirayə bazarına da birbaşa təsir edir. Kirayə mənzil mexanizmi isə vətəndaşları bu cür təsirlərdən qoruyur və nəticədə baş verə biləcək qiymət artımı risklərindən sığortalamış olur. Bu isə orta və aşağı gəlirli ailələr üçün uzunmüddətli sosial və iqtisadi təhlükəsizlik yaradır. Digər bir mühüm üstünlük ondan ibarətdir ki, kirayə mənzil mexanizmi vətəndaşların öz şəxsi yığımlarından daha səmərəli istifadə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, vətəndaşlar uzun müddət vəsait toplayaraq mənzil almağa çalışır, lakin bazar qiymətlərində davamlı artımlar nəticəsində həmin yığımların real dəyəri azalır".
<link itemprop="url" href="https://www.youtube.com/embed/lCpa6exGOGI"> <meta itemprop="duration" content="PT1M01S"/> <meta itemprop="isFamilyFriendly" content="true"> <meta itemprop="contentUrl" content="https://report.az/analitika/azerbaycanda-menzil-teminati-sosial-inkluzivlik-ve-dayaniqli-urbanizasiya-modeli-arasdirma"> <meta itemprop="description" content=""bizim evimiz sadəcə iki otaqdan ibarət deyil, bura sanki dünyaları sığdırdığımız böyük bir aləmdir. bağça, məktəb yaxınlıqda yerləşir. qızımı bağçaya ötürüb, oğlumun oyun meydançasındakı şıltaqlıqlarını izləmək mənə xoş təsir bağışlayır. mağazaya, iaşə obyektlərinə piyada getmək, vaxtı tıxaclarda ailəmlə keçirmək deməkdir. ailənin arzularının çiçək açdığı yaşam məkanıdır", - bu sözləri satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlanaraq mənzil sahibi olan xanımı Çinarə məmmədova "report"a açıqlamasında deyib.">
Şəxsi yığımları ipoteka kreditinin ilkin ödənişi üçün kifayət edənlər isə bu alətdən faydalana bilirlər.
Qeyd edək ki, Cənubi Qafqazda dövlətin birbaşa dəstəyi ilə ilk mütəşəkkil ipoteka kreditləşməsi sistemi məhz Azərbaycanda yaradılıb. Ölkə başçısının fərmanı ilə 2005-ci ildə yaradılan bu alət vasitəsilə indiyədək 58,4 mindən çox vətəndaşa 3,9 milyard manatdan artıq kredit verilib.
Hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat, illik faiz dərəcəsi 8 %, güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat, faiz dərəcəsi 4 % təşkil edir.
Dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da bu sistemdən faydalana bilirlər. Adi ipoteka kreditləri hesabına mənzillə təmin olunmuş vətəndaşların 43 %-i özəl sektorda çalışanlardır.
Əlverişli şərtlər, münasib qiymətlər, mükəmməl infrastruktur
Son 10 ildə Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mühüm rol oynayır. Agentliyin fəaliyyəti nəticəsində minlərlə ailə münasib qiymətə və əlverişli şərtlərlə yeni mənzillə təmin olunub. Həyata keçirilən layihələr yalnız paytaxtda deyil, regionlarda da insanların mənzil şəraitinin yaxşılaşdırılmasına töhfə verir.
"Ev sahibi olmaq istəyəndə ilk növbədə büdcəmizi və şərtləri düşündük. Cəmi 10 % ilkin ödəniş etməklə arzumuza çatdıq. Bu baxımdan bizim üçün çox yaxşı idi. Faizi aşağıdır, 4 %-li güzəştli ipoteka kreditidir. Evin bazar qiymətindən xeyli aşağı olması bizim üçün əsl fürsət oldu", - bu sözləri MİDA-nın həyata keçirdiyi layihələrdən birində mənzil sahibi olan Firdovsi Alızadə deyir.
Onun sözlərinə görə, bu, sadəcə yaşayış binalarından ibarət komplekslər deyil, sosial problemlərin həllinə yönəlmiş, çox müfəssəl düşünülmüş layihədir: "İnfrastruktur mükəmməldir. İctimai nəqliyyat sistemi çox yaxşı qurulub, işə asanlıqla çatırıq. Bir gənc ailə kimi belə müasir və rahat bir kompleksdə yaşamaq həqiqətən çox gözəl bir hissdir".
MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov isə "Report"a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı il aprel ayında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son dərəcədə əhəmiyyətli bir addım olub: "Agentlik fəaliyyətə başladığı dövrdən etibarən Bakıda və regionlarda ümumilikdə 19 layihəyə start verib. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən layihələrdir".
Aparat rəhbəri bildirib ki, hazırda 8 layihənin tikintisi tamamlanıb, 8 layihə üzrə işlər davam edir: "İnşası başa çatmış layihələrdə 12 minə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Ümumilikdə isə Agentliyin layihələri çərçivəsində 11 mindən çox ailə mənzil əldə edib. Vətəndaşlara təqdim olunan mənzillər tam təmirli olmaqla yanaşı, mətbəx mebeli, kombi isitmə sistemi və kommunal sayğaclarla təmin olunur. Mənzillərin satışı həm güzəştli ipoteka kreditləri, həm də vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir".
Hazırda icrası davam etdirilən layihələr çərçivəsində 6 mindən çox mənzilin, 2 məktəbin və 5 uşaq bağçasının tikintisi nəzərdə tutulur. Eyni zamanda Salyan şəhərində yeni torpaq sahəsi ayrılıb, digər regionlarda da monitorinqlər aparılır.
MİDA rəsmisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı layihələr həyata keçirilir: "Füzuli Yaşayış Kompleksində 846 mənzil, Cəbrayıl Yaşayış Kompleksində isə 712 mənzil inşa olunub. Xocalıda isə 180 mənzildən ibarət 15 yaşayış binası əsaslı təmir edilib.
Böyük qayıdış: çadır şəhərciklərindən müasir şəhərlərə
Azad edilmiş ərazilərdən söz düşmüşkən, Böyük Qayıdış proqramının icrası çətin şəraitdə yaşayan onminlərlə keçmiş məcburi köçkünün qısa müddətdə doğma yurdlarında mənzillə təmin edilməsinə imkan verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Report"a açıqlamasında deyib ki, indiyədək azad edilmiş ərazilərə ümumilikdə 85 mindən çox insan məskunlaşıb: "Bu göstəriciyə yalnız keçmiş məcburi köçkünlər deyil, həm də bölgədə həyata keçirilən layihələrdə çalışan mütəxəssislər, müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən əməkdaşlar, eləcə də yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən şəxslər daxildir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib".
F. Hüseynov xatırladıb ki, Azərbaycan dövləti torpaqların Ermənistan tərəfindən işğal altında saxlanıldığı illərdə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib: "2003-cü ildə prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirən cənab İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların vəziyyətinin yaxşılaşdırılması, onların problemlərinin həll olunması üçün zəruri tədbirlərin görüləcəyini bəyan edib, həmin görüşdə verilmiş vədlər vaxtından bir il əvvəl yerinə yetirilib".
Sədr müavininin sözlərinə görə, görülən işlər nəticəsində 44-günlük Vətən Müharibəsinə qədər yüzminlərlə məcburi köçkün yeni mənzillərlə təmin olunub: "Çadır düşərgələrinin, dəmir yolu üzərindəki yük vaqonlarından ibarət müvəqqəti yaşayış sahələrin və fin tipli qəsəbələrin ləğvi məhz Prezident İlham Əliyevin birinci prezidentliyi dövründə başa çatdırılıb, məcburi köçkünlərin müasir standartlara cavab verən, zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş qəsəbələrə köçürülməsi geniş miqyas alıb. Görülən işlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi minimuma endirilib, 320 mindən çox məcburi köçkün 120-dən çox yeni müasir qəsəbələrdə mənzillərlə, evlərlə təmin edilib. Lakin həyata keçirilmiş bütün tədbirlərə baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı şəraitdə yaşayan ailələr qalmaqdadır".
Yeri gəlmişkən, bu gün işğaldan azad edilmiş ərazilərdə yenidən qurulan şəhər və kəndlərə qayıdışın təşkili zamanı məhz ağır vəziyyətdə yaşayan keçmiş məcburi köçkünlərin köçürülməsi prioritet təşkil edir.
Həssas qruplara xüsusi qayğı
Ümumiyyətlə, Azərbaycan dövlətinin sosial siyasətində həssas əhali qruplarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin həyata keçirdiyi proqramlar şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və digər imtiyazlı kateqoriyaların rifahının yüksəldilməsinə xidmət edir.
Bu təşəbbüslər təkcə mənzil təminatı ilə məhdudlaşmır, eyni zamanda onların cəmiyyətə inteqrasiyasını və həyat keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyir. Genişmiqyaslı dəstək tədbirləri dövlətin sosial ədalət prinsipinə sadiqliyini nümayiş etdirir.
ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev "Report"a açıqlamasında bu sahədəki geniş dəstək paketindən bəhs edib: "Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzillə təmin edilir. Eləcə də Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub".
Sədr müavini bildirib ki, Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarından olan vətəndaşlarımıza hər zaman xüsusi qayğı göstərilir:
"Dövlət başçısının göstərişi ilə postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7 200, ümumən ötən dövrdə 16 min mənzil təqdim edilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7 700 avtomobil təqdim edilib. Bu istiqamətdə işlər mütəmadi olaraq həyata keçirilir. Bu il də müvafiq kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillərlə təminatı sahəsində işlər davam etdirilir".
F.Ağayev qeyd edib ki, imtiyazlı kateqoriyadan olan şəxslərin mənzillə təminatı prosesi bütün ölkəni əhatə edir: "Əvvəlki illərdə bölgələrimizdə yaşayan vətəndaşlarımız üçün fərdi evlər inşa edilərək təqdim edilirdi. Hazırda isə növbədə olan vətəndaşlarımız üçün yaşadıqları şəhər və rayonlarda inşa edilən yeni yaşayış binalarından mənzillər alınaraq təqdim edilir. Ümumilikdə proses həm paytaxt, həm də rayonlarımızda paralel olaraq həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər uzunmüddətli sosial müdafiə siyasətinin dayanıqlılığına mühüm töhfə verir. Eyni zamanda, postmüharibə dövründə sosial dəstək paketinin tərkib hissəsi kimi mənzil təminatının dəfələrlə genişləndirilməsi dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir və növbədə olan bütün imtiyazlı şəxslərin mərhələli şəkildə mənzillə təmin olunmasını hədəfləyir".
F. Ağayev qeyd edib ki, Nazirlik tərəfindən icra olunan mənzil satışı proqramından əldə olunan vəsait ölkəmizin müxtəlif bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir: "Mənzil satışı proqramı çərçivəsində Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında olan 3 və 4 otaqlı, tam təmirli mənzillər satışa çıxarılıb. Bu mənzillərlə ms.sosial.gov.az portalı vasitəsilə tanış olmaq olar. Hər bir vətəndaş sayta daxil olaraq münasib qiymətə təklif edilən mənzilləri bron edə və ala bilər".
Qlobal mənzil böhranı fonunda Azərbaycan modeli
Ümumiyyətlə, qlobal miqyasda mənzil böhranı getdikcə daha kəskin və sistemli xarakter alır. Hazırda dünyada təxminən 3 milyard insan adekvat və əlverişli mənzil təminatı ilə bağlı ciddi çətinliklər yaşayır, 1,1 milyard isə qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondu ərazilərində yaşayır. Daha 300 milyondan çox dünya sakini birbaşa evsizlik problemi ilə üz-üzədir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və digər beynəlxalq təsisatların məlumatları göstərir ki, mövcud vəziyyət yalnız sosial deyil, eyni zamanda səhiyyə, təhlükəsizlik və iqtisadi sabitlik baxımından da ciddi risklər yaradır. Mənzil şəraitinin qeyri-qənaətbəxş olması yoluxucu xəstəliklərin yayılma ehtimalını artırır, sosial bərabərsizliyi dərinləşdirir və əmək bazarında iştirak imkanlarını məhdudlaşdırır.
Bundan başqa, sürətli urbanizasiya, əhali artımı, tikinti xərclərinin yüksəlməsi və torpaq resurslarının məhdudluğu qlobal mənzil böhranını daha da dərinləşdirən əsas amillərdəndir. Problemin xüsusiyyəti ondan ibarətdir ki, o, təkcə inkişaf etməkdə olan ölkələri deyil, eyni zamanda inkişaf etmiş dövlətləri də əhatə edir.
Belə bir qlobal fonda Azərbaycanda həyata keçirilən sosial və institusional tədbirlər uzunmüddətli dayanıqlı həllərin formalaşdırılmasına yönəlmiş strategiyanın tərkib hissəsidir.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov "Report"a açıqlamasında deyib ki, Azərbaycan qlobal mənzil böhranının dərinləşdiyi bir zamanda sistemli və məqsədyönlü mənzil siyasəti ilə seçilir: "Dövlət dəstəyi mexanizmləri, sosial və güzəştli mənzil proqramları, vahid reyestrlərin və şəffaf seçim mexanizmlərinin tətbiqi mənzil təminatının institusional əsaslara söykənməsinə imkan yaradır. Bu, həm mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində vurğulanan "mənzil hüquq deyil, təmin olunmalı xidmətlər kompleksidir" yanaşmasına, həm də dünya miqyasında qəbul edilmiş sosial inklüzivlik prinsiplərinə uyğundur".
AQP sədri vurğulayıb ki, sosial və əlçatan mənzil siyasətinin Azərbaycan modelində ən mühüm nəticəsi dayanıqlı şəhər inkişafına verdiyi töhfədir: "Sosial mənzil layihələri təkcə həssas qrupların daha keyfiyyətli yaşam şəraiti ilə təmin olunmasına deyil, həm də şəhərlərdə sosial qarışığın qorunmasına, yəni müəyyən qrupların periferiyaya sıxışdırılmasının qarşısının alınmasına xidmət edir. Bu praktika şəhərlərin urbanist strukturunda bərabərlik və sosial inteqrasiya baxımından WUF-un əsas hədəfləri ilə üst-üstə düşür".
Palata sədrinin fikrincə, yeni yaşayış massivləri əvvəlki kimi spontan deyil, funksional zonalaşdırma, nəqliyyat əlaqələri, sosial infrastrukturun tutumu, yaşıllıq balansı və ekoloji yük nəzərə alınmaqla planlaşdırılır: "Bu, "yeni urbanizasiya" anlayışının tələblərinə uyğun olaraq insanların iş, istirahət, sosial xidmətlər və ictimai nəqliyyat məsafələrini optimallaşdırır, şəhərləri daha yaşanaqlı və rahat edir. Mənzil layihələri ilə paralel infrastrukturun inkişafı müasir şəhər siyasətinin ayrılmaz hissəsidir və Azərbaycanın təcrübəsində bu prinsip özünü tam şəkildə doğruldub. Son onillikdə salınan yeni yaşayış məhəllələri nəqliyyat qovşaqları, məktəblər, uşaq bağçaları, tibb obyektləri, park və ictimai məkanlarla birlikdə vahid kompleks kimi tətbiq olunur".
Müsahibimiz deyib ki, mənzil təminatının yaxşılaşdırılması ölkədə sosial bərabərliyi gücləndirən həlledici amillərdən biridir: "Güzəştli mənzil və ipoteka proqramları gənclərin, dövlət qulluqçularının, şəhid ailələrinin, qazilərin və digər həssas qrupların sosial rifahına ciddi təsir göstərir, onların cəmiyyətə daha dərindən inteqrasiyasını təmin edir. Bu, sosial təbəqələşmənin azaldılması baxımından yüksək təsir gücünə malikdir və şəhər mühitində bərabərlik prinsipinin qorunmasına xidmət edir. Qlobal mənzil böhranı fonunda Azərbaycanın tətbiq etdiyi mexanizmlər region ölkələri üçün nümunə ola bilər".
Beləliklə, WUF13 ərəfəsində Azərbaycanın mənzil təminatı sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq müstəvidə də aktuallıq qazanır. Müxtəlif ölkələrdə mənzil təminatı probleminin getdikcə dərinləşdiyi vaxt Azərbaycanın bu sahədə nümayiş etdirdiyi sistemli yanaşma xüsusi diqqət çəkir. Ölkədə həyata keçirilən sosialyönümlü proqramlar, güzəştli yaşayış maliyyəsi alətləri və müasir şəhərsalma yanaşmaları yalnız vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına deyil, həm də sosial bərabərliyin gücləndirilməsinə xidmət edir.
Fatimə Bağırova
Video: Gülçin Cəmil
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)   İpoteka və Kredit Zəmanət Fondunu (İKZF)   Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)   Azərbaycan Qiymətləndiricilər Palatası (AQP)