Biznes - Far.az - Azərbaycan Xəbərləri

Azərbaycan şirkətləri üçün İtaliya texnologiyaları və avadanlığına çıxış asanlaşdırılacaq
İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE) ilə Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) arasında Azərbaycan şirkətlərinin İtaliya istehsalı olan avadanlıqlara, texnologiyalara, xidmətlərə və nou-hauların əldə etməsi məqsədilə maliyyə həllərinə çıxışın sadələşdirilməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.

"Far.Az" SACE-yə istinadən xəbər verir ki, sənədi agentliyin icraçı direktoru Mikele Pinotti və fondun idarə heyətinin sədri Ülvi Mansurov imzalayıb.

Əldə olunan razılaşma İtaliya ixracatçılarının, təchizatçılarının, podratçılarının, texnoloji tərəfdaşlarının və maliyyə qurumlarının cəlb edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsinin dəstəklənməsinə istiqamətlənib.

Bu tərəfdaşlıq çərçivəsində SACE və Azərbaycan Biznesin İnkişafı Fondu ixrac kreditləşməsi, zəmanət verilməsi, sığorta və maliyyə dəstəyi istiqamətlərində SACE-nin alətlərindən daha geniş və əlçatan şəkildə istifadənin təmin olunması üzrə birgə fəaliyyət göstərməyi planlaşdırır. Eyni zamanda tərəflər İtaliya və Azərbaycan şirkətləri, banklar və yerli qurumlar arasında yeni əlaqələrin formalaşdırılmasına, eləcə də biznes tərəfdaşlarının tapılması istiqamətində tədbirlərin təşkil edilməsinə kömək etməyi planlaşdırır.

İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE)   Azərbaycan Biznesin İnkişafı Fondu   Mikele Pinotti   Ülvi Mansurov

Azərbaycana qanunsuz yolla gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb
Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44 335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Bununla da, DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsi (DGK)   Bakı Baş Gömrük İdarəsi   Dərman vasitələri

Vaşinqtonda Xəzər regionunda iqtisadi təhlükəsizlik müzakirə olunacaq
Vaşinqtonda iyun ayının 10-da "Transxəzər forumu 2026" keçiriləcək.

"Report" "Caspian Policy Center"ə istinadən xəbər verir ki, forum "Sülh və dayanıqlı tərəfdaşlıq vasitəsilə iqtisadi təhlükəsizlik" devizi altında keçiriləcək.

Tədbir ABŞ və Xəzər regionu ölkələrinin yüksək vəzifəli hökumət nümayəndələrini, aparıcı ekspertləri və özəl sektorun rəhbərlərini bir araya gətirəcək.

Müzakirənin mərkəzində ABŞ ilə Böyük Xəzər regionu ölkələri arasında strateji tərəfdaşlığın inkişafı dayanır.

Forumda ABŞ dövlət katibinin müavini Kristofer Landau, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan, Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşavirinin müavini Javlon Vahabov, Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov, eləcə də Xəzər regionunun digər yüksək vəzifəli nümayəndələri iştirak edəcək.

Məlumata görə, forumun gündəliyinə regionun strateji baxışı və Xəzər əməkdaşlığının yeni mərhələsinə dair perspektivlər, Orta Dəhlizin inkişafı, rəqəmsal suverenlik və sənaye süni intellekti, kritik əhəmiyyətli faydalı qazıntılar, Xəzər hövzəsinin enerji təhlükəsizliyi, regionda nüvə energetikasının inkişafı, eləcə də Orta Dəhliz boyunca biznes layihələrinə investisiyaların cəlb edilməsi məsələləri daxil edilib.

Amerika Birləşmiş Ştatları (ABŞ)   Hikmət Hacıyev   Vaşinqton   Transxəzər forumu 2026

Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndəriləcək
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək.

"Report" xəbər verir ki, bu ölkəyə 4 vaqon buğda və 4 vaqon gübrə tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Azərbaycan Dəmir Yolları QSC (ADY)   Buğda tədarükü   Gübrə

Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 40 min 527 ton xurma ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32 milyon 99 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 307 ton (11,5 %), dəyər baxımından isə, 847 min dollar (2,5 %) azdır.

Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Dövlət Gömrük Komitəsi (DGK)   Xurma ixracı   Xarici ticarət dövriyyəsi

Azərbaycan kartof ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 10 min 476 ton kartof ixrac edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 3 milyon 942 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 381 ton (2 dəfə), dəyər baxımından isə 2 milyon 159 min (2,2 dəfə) çoxdur.

Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Dövlət Gömrük Komitəsi (DGK)   Kartof ixracı   Xarici ticarət dövriyyəsi

Azərbaycan 4 ayda kərə yağı idxalını 3 %-ə yaxın azaldıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 9 min 76 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 57 milyon 476 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 246 ton (2,6 %), dəyər baxımından 7 milyon 997 min ABŞ dolları (12 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Dövlət Gömrük Komitəsi (DGK)   Kərə yağı və süddən hazırlanmış digər yağlar   Xarici ticarət dövriyyəsi

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 55 % artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 8 min 105 ton süd və qaymaq idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 14 milyon 567 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 225 ton (37,8 %), dəyər baxımından isə 5 milyon 165 min dollar (55 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Dövlət Gömrük Komitəsi (DGK)   Süd və qaymaq idxalı   Xarici ticarət dövriyyəsi

Azərbayсan 4 ayda ət idxalını 10 %-ə yaxın azaldıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 15 min 530 ton ət idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 37 milyon 297 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 131 ton (6,7 %) az, dəyər baxımından isə 3 milyon 283 min dollar (9,6 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Dövlət Gömrük Komitəsi (DGK)   Ət idxalı   Xarici ticarət dövriyyəsi

Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.

Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Azərbaycan Dəmir Yolları QSC (ADY)   Azərbaycandan Ermənistana tranzit   Karbamid tədarükü   Un tədarükü

Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub
Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub.

"Report"un Azərbaycanın Niderlanddakı səfirliyinə istinadən verdiyi məlumata görə, yeni qurum iki ölkənin işçi dairələrinin, beynəlxalq təşkilatların, diplomatik korpusun və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təqdim edilib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Azərbaycan-Niderland Ticarət Palatasının açılışını ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım adlandırıb.

Niderlandın XİN-in Avropa məsələləri üzrə direktoru Erik Veststrate iqtisadiyyatın iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və Niderland şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edib. Onun sözlərinə görə, yeni Azərbaycan-Niderland Ticarət Palatası tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Həmçinin Haaqa meri Yan van Zanen Azərbaycan-Niderland Ticarət Palatasının yaradılmasını iqtisadi əlaqələrin gücləndirilməsində mühüm addım adlandırıb.

Palatanın təsisçiləri "NEQSOL Holding", "Royal Dutch LV Logistics", "Damen Shipyards", "Royal Haskoning", "Signify, Van Oord" və digər iri şirkətlər olub. Şirkətlərin rəhbərliyi də tədbirə qatılıb və çıxış edib.

Palatanın idarə heyətinin sədri Aryan Bos yeni qurumun əsas məqsədinin Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqların formalaşdırılması üçün institusional platformanın yaradılması olduğunu bildirib.

Tədbir zamanı həmçinin vurğulanıb ki, təsisçi şirkətlərin əksəriyyəti artıq uzun müddətdir Azərbaycanla birgə layihələrin həyata keçirilməsində iştirak edir və yeni palata iki ölkə arasında iqtisadi qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Niderland   Azərbaycan-Niderland əməkdaşlığı   Müstəqillik Günü

"Mərmər İnşaat"ın səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 30-da, saat 14:00-da "Mərmər İnşaat" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Far.Az" xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 30 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Mərmər İnşaat"ın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, "Mərmər İnşaat" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,6 milyon manatdır.

Mərmər İnşaat ASC   Səhmdarların yığıncağı   Xalis mənfəət