İqtisadiyyat - Far.az - Azərbaycan Xəbərləri

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankına (AMB) xaricdən gətirilən ərzaq məhsullarının bahalaşmasından yaranan inflyasiya təzyiqinin güclənməsi davam etdiyi halda, uçot dərəcəsinin artırılması imkanını nəzərdən keçirməyi tövsiyə edir.

Far.Az "Report"a istinadən xəbər verir ki, hazırkı uçot dərəcəsinin indiki səviyyədə qorunub saxlanması daxili tələbin gözlənilən normallaşma prosesi və proqnoz müddəti ərzində buraxılış fərqinin daralması ilə üst-üstə düşür.

"2026-cı ildə ümumi inflyasiyanın proqnozlaşdırılan yüksəlişi başlıca olaraq ərzaq qiymətlərinə təsir edən xarici amillərlə əlaqədardır, bununla yanaşı 2027-ci ilin sonunadək qiymət artım templərinin hədəf dəhlizinin orta həddinə yaxınlaşacağı gözlənilir. Bununla belə, artan xarici qeyri-müəyyənliyi, neytral dərəcənin hesablanmasındakı qeyri-dəqiqlikləri (IMF ekspertləri onu təxminən 2.25% səviyyəsində qiymətləndirir ki, bu da cari real uçot dərəcəsini müəyyən qədər üstələyir), eləcə də monetar siyasətin transmissiya mexanizminin hələlik tam formalaşmadığını nəzərə alaraq, AMB gözlənilməz inflyasiya sıçrayışlarına qətiyyətli cavab verməyə hazır olmalıdır. Xüsusən, Yaxın Şərq münaqişəsi fonunda qlobal xammal qiymətlərinin ciddi bahalaşması inflyasiyanın AMB-nin hədəf diapazonunu əhəmiyyətli dərəcədə aşmasına gətirib çıxara bilər", - fondun analitikləri qeyd ediblər.

Qeyd edək ki, IMF Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 6 %, 2027-ci ildə 4.2%, 2028-ci ildə 4.1% səviyyəsində gözləyir, 2029-2031-ci illər ərzində isə göstərici ildə 4% səviyyəsində qalacaq.

Azərbaycanda 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2.2%-lə müqayisədə 5.6%-ə çatıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4.8%, 2027-ci ildə isə 4.5% təşkil edəcək. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqlanan son proqnozuna əsasən, cari ildə illik inflyasiya 5.5%, 2027-ci ildə isə 4% səviyyəsində gözlənilir.

"Airspace World 2026": AZANS bir sıra beynəlxalq şirkətlərlə yeni təşəbbüslər elan edib
"AZCON Holding"in tərkibinə daxil olan "Azerbaijan Airlines" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) rəhbər heyətin iştirakı ilə "Airspace World 2026" beynəlxalq sərgisində və "CANSO Leadership Summit" sammitində iştirak edib.

Far.Az xəbər verir ki, tədbirlər çərçivəsində AZANS aeronaviqasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əməliyyat dayanıqlılığının artırılması və gələcəyin hava məkanı həllərinin formalaşdırılması məqsədilə bir sıra strateji görüşlər, təqdimatlar və tərəfdaşlıq təşəbbüsləri həyata keçirib.

"Airspace World" dünyanın aparıcı aviasiya platformalarından biri hesab olunur. Tədbirə 140-dan çox ölkədən nümayəndələr, 200-dən artıq şirkət və 10 000-dən çox beynəlxalq iştirakçı qatılıb. "Airspace World 2026" çərçivəsində AZANS öz stendi ilə təmsil olunaraq Azərbaycanın aeronaviqasiya sistemini və ölkənin strateji tranzit potensialını beynəlxalq aviasiya ictimaiyyətinə nümayiş etdirib.

"Airspace World 2026" çərçivəsində AZANS beynəlxalq media brifinqində təqdimatla çıxış edib. Təqdimat zamanı dəyişən geosiyasi reallıqlar fonunda qlobal hava hərəkəti axınlarının transformasiyası, Avropa - Asiya marşrutlarında struktur dəyişiklikləri, regional koordinasiya, yüksək tranzit trafik şəraitində əməliyyat dayanıqlığının təmin olunması, eləcə də Azərbaycanın hava məkanında artan hava hərəkəti həcmlərinin effektiv idarəolunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

AZANS rəhbərliyi, həmçinin "Yeni geosiyasi dövrün çağırışları şəraitində hava məkanının gücləndirilməsi: texnologiyalar, dayanıqlılıq və mülki-hərbi əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq panel müzakirəsində iştirak edib.

Panel çərçivəsində müasir hava məkanının təhlükəsizliyi, əməliyyat çevikliyi, mülki-hərbi koordinasiya, rəqəmsal transformasiya və dayanıqlı ATM həllərinin rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.

"Airspace World 2026" çərçivəsində AZANS bir sıra strateji görüşlər keçirib və "DFS Aviation Services" (DAS), "UK CAAI", "NATS" və "Rohde & Schwarz" daxil olmaqla beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq təşəbbüslərini elan edib. Əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq və regional hava limanlarında yeni nəsil ATM sistemlərinin inkişafını, aeronaviqasiya infrastrukturunun rəqəmsal transformasiyasını, uçuşların təhlükəsizlik idarəetmə sistemlərinin (SMS) gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqini və əməliyyat dayanıqlığının artırılmasını əhatə edir.

Tədbir çərçivəsində AZANS nümayəndə heyəti, həmçinin ICAO, EUROCONTROL, "HungaroControl", INDRA, "Aireon", "Think Research", ERA, "Gesab" və digər beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb. Görüşlər zamanı regional koordinasiya, rəqəmsal inteqrasiya, hava hərəkətinin dayanıqlılığı və gələcək beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qalereya

<svg class="svg-icon"> <use xlink:href="/assets/frontend/img/icons-v6.svg#arrow-circle-right"></use> </svg>

<svg class="svg-icon"> <use xlink:href="/assets/frontend/img/icons-v6.svg#arrow-circle-left"></use> </svg>

"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
Neft qiymətləri səhər mayın 28-i Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşməsi fonunda 3,5 %-dən çox artıb.

BAKU.WS report-a istinadən xəbər veir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata əsasən, "London ICE Futures" birjasında "Brent" üzrə iyul fyuçersləri Bəndər-Abbas rayonunda ABŞ və İran arasında qarşılıqlı zərbələr barədə xəbərlərdən sonra 3,41 ABŞ dolları (3,62 %) bahalaşaraq 1 barel üçün 97,7 ABŞ dollarına çatıb.

Bir gün əvvəl "Brent" 5,29 ABŞ dolları (5,31 %) ucuzlaşaraq bir barel üçün 94,29 ABŞ dollarına düşmüşdü.

WTI üzrə iyul fyuçersləri bu vaxta qədər Nyu-York əmtəə birjası NYMEX-in elektron ticarətində 3,37 ABŞ dolları (3,8 %) bahalaşaraq 1 barel üçün 92,05 ABŞ dollarına çatmışdı. Əvvəlki sessiyada isə WTI 5,21 ABŞ dolları (5,55 %) ucuzlaşaraq 1 barel üçün 88,68 ABŞ dollarına düşmüşdü.

"Regiondan neft tədarükləri hələ də məhduddur, əsas mübahisəli məsələlər isə hələ də həll olunmayıb", - ANZ-nin əmtəə strateqi Denyel Hayns qeyd edib.

"Azerspace-3" peyki 2029-cu ilin sonuna qədər istismara buraxılacaq
"Azerspace-3" telekommunikasiya peykinin 2029-cu ilin sonuna qədər istismara buraxılması nəzərdə tutulur.

Bu barədə "Report"a müsahibəsində "AZCON Holding"in icraçı direktoru Şahin Babayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") həm telekommunikasiya peyk xidmətləri, həm də müşahidə peykləri sahəsində fəaliyyətini artırır: "Yerin müşahidə peyklərindən olan "Azersky-2A" peyki ilə əlaqədar layihə davam etdirilir və bu istiqamətdə işlərin 2029-cu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır".

Ş.Babayev bildirib ki, eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin istifadə müddətinin başa çatmasını nəzərə alaraq, "Azerspace-3" peykinin 2029-cu ilin sonunadək istismara buraxılması nəzərdə tutulur: "Beləliklə, "Azərkosmos" həm Yerin müşahidə peyki, həm də telekommunikasiya peyki xidmətləri sahəsində fəaliyyət istiqamətlərini daha da genişləndirmiş olacaq".

Dövlətin subsidiyaları yenidən qurması MÜZAKİRƏ EDİLDİ
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə "Dövlət subsidiyaları yenidən qurulur: fermerləri hansı dəyişikliklər gözləyir?" "Yeni kənd təsərrüfatı proqramı: hansı sahələr prioritet olacaq?" "Azərbaycanın aqrar problemi: torpaq var, amma məhsuldarlıq aşağıdır?" "Kənd təsərrüfatında dönüş planı: dövlət və özəl sektor birlikdə hərəkət edəcək?" kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimai Şurasının sədri Mürvət Həsənli, millət vəkilləri Azər Badamov və Aydın Hüseynov, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Səadət Hacıyeva və iqtisadçı Eldəniz Əmirovla bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.

Emin Ağalarov: "Sea Breeze" beynəlxalq investisiya və turizm ekosistemi kimi inkişaf edir"
"Sea Breeze" kurort-şəhərinin inkişafında əsas istiqamətlərdən biri müasir əyləncə infrastrukturunun yaradılması və beynəlxalq səviyyəli tədbirlərin təşkili olaraq qalır.

Layihə çərçivəsində xarici tərəfdaşların və biznes nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq investisiya və iqtisadi forumlar keçirilir.

Eyni zamanda, layihənin beynəlxalq miqyasda təmsilçiliyinin genişləndirilməsi istiqamətində fəal iş aparılır".

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Sea Breeze" kurort-şəhərinin təsisçisi, "Agalarov Development" şirkətinin prezidenti və Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov deyib.

"Buraya müxtəlif ölkələrdən hökumət nümayəndələri, iqtisadiyyat nazirləri, investorlar və tərəfdaşlar gəlirlər. Biz beynəlxalq brendlərin, restoranların və otel şəbəkələrinin layihəyə cəlb olunması üçün fəal işləyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, "Sea Breeze" artıq tədricən lokal layihə statusunu geridə qoyur və müasir Azərbaycanla əlaqələndirilən beynəlxalq brend kimi formalaşır.

Yeni inkişaf istiqamətlərindən danışan sahibkar "Sky Views" dağ layihəsinin icrasına başlanıldığını bildirib.

"Bu, 35 xizək eniş zolağı, qədim qəsr üslubunda tikiləcək otel, şalelər və mənzilləri əhatə edən tammiqyaslı dağ kurortu olacaq. Obyektlərin bir hissəsi artıq satışa təqdim edilib", - deyə o qeyd edib.

E.Ağalarov bildirib ki, şirkət Azərbaycan hüdudlarından kənarda da layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bu ölkələr arasında Özbəkistan və Monteneqro da var. Nümunə kimi investisiya həcmi 1 milyard dollara yaxınlaşan Portonovi layihəsi göstərilib.

"Son iki ildə "Sea Breeze" lokal layihədən iri beynəlxalq ekosistemə çevrilib", - deyə sahibkar bildirib.

Onun sözlərinə görə, "Sea Breeze" konsepsiyasının ayrı-ayrı elementləri artıq ölkə xaricində həyata keçirilən layihələrdə də tətbiq olunur.

"Bu gün artıq söhbət mürəkkəb beynəlxalq strukturdan gedir. Bununla belə, bizim hazır investisiya paketlərimiz var, belə ki, onlar likviddir, cəlbedicidir və yüksəkgəlirlilik potensialına malikdir", - deyə o vurğulayıb.

İnvestisiya modelindən danışan E.Ağalarov bildirib ki, layihə daxili zəmanət və geri alış mexanizmləri hesabına illik 15 faizdən başlayan gəlirlilik, üç il ərzində isə potensial olaraq 50 faizə qədər gəlir nəzərdə tutur.

"Biz layihənin bütün ərazisində yerləşən yaşayış və kommersiya komplekslərinin obyektlərinin siyahısını formalaşdırırıq. Burada likvidlik, investisiya cəlbediciliyi və "buyback" mexanizmi vasitəsilə kapitalın qorunması bir araya gəlir", - deyə o bildirib.

Sahibkar Xəzər regionunun inkişafında dövlət dəstəyinin roluna da xüsusi diqqət çəkib.

"Ən vacib məsələ yollar, elektrik enerjisi, su təchizatı, kanalizasiya və qazla bağlı dövlət dəstəyidir. Məhz bu amillər layihənin tamam başqa inkişaf səviyyəsinə yüksəlməsinə şərait yaradır", - deyə E.Ağalarov bildirib.

Onun fikrincə, layihə üçün su təminatının sabitliyi və ekoloji infrastrukturun inkişafı xüsusi əhəmiyyət daşıyır.

"Əvvəllər kifayət qədər su təminatımız yox idi. Dəniz suyunun duzsuzlaşdırılmasından istifadə edirdik. Amma imkanlar məhdud idi, xərclər isə çox yüksək olurdu. Yay aylarında hər gün 500-ə qədər su maşını gətirməli olurduq", - deyə o bildirib.

Hazırda layihə dağ su ehtiyatlarından və rezervuar sistemdən istifadə edən mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinə qoşulub.

"Geniş yaşıllaşdırma işləri üçün sabit su təminatı həyati əhəmiyyət kəsb edir. Hətta bir həftə suyun olmaması layihənin bütün ekosisteminə ciddi ziyan vura bilər", - deyə sahibkar vurğulayıb.

O bildirib ki, hazırda əlavə rezervuarlar tikilir. Bu da fasilə yaranacağı halda sistemin ən azı iki həftə müstəqil fəaliyyət göstərməsinə imkan verəcək.

E.Ağalarov investorların strukturunda baş verən dəyişikliklərə də toxunub.

"İlk investorlar təxminən beş il əvvəl gəlib. Ondan əvvəl biz əsasən yerli maliyyə alətləri və banklarla işləyirdik", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda layihəyə ən çox maraq göstərənlər 35-45 yaş arasında olan investorlardır.

"Bunlar layihənin ritmini anlayan insanlardır", - deyə biznesmen bildirib.

Bununla yanaşı, investisiya modelində zəmanət sistemi vacib yer tutur.

"Biz zəmanətli minimum gəlirlilik təklif edirik. Eyni zamanda, kazino, tibbi klasterlər və yeni obyektlərin yaradılması hesabına əmlakın dəyərinin artımı üçün potensial mövcuddur. İnvestorun gözləntisi nəticə ilə tam üst-üstə düşməsə belə, müsbət gəlirliliklə geri alış mexanizmi qüvvədə qalır", - deyə o vurğulayıb.

E.Ağalarovun sözlərinə görə, bu model investorların vəsaitinin qorunmasını, eyni zamanda zəmanətli minimum gəlirliliyi və gələcək artım imkanını nəzərdə tutur.

"Məhz buna görə biz beynəlxalq investorlar, "family office" strukturları və özəl kapital üçün getdikcə daha cəlbedici oluruq. Üstəlik, layihənin rezidentləri də zaman keçdikcə onun investorlarına çevrilirlər", - deyə o əlavə edib.

Sahibkar şirkətin strateji məqsədlərindən birinin qlobal kapital bazarına çıxış olduğunu bildirib.

"Biz demək olar ki, istənilən həcmdə investisiyanı həyata keçirə bilərik. Hazırda təxminən 750 hektar ərazidə tikinti gedir. Eyni vaxtda 4,5 milyon kvadratmetrdən çox sahədə iş aparılır ki, bu da pul ifadəsində təxminən 10 milyard dollar deməkdir. Bütün bunları təxminən üç il ərzində başa çatdırmağı planlaşdırırıq. Layihənin ümumi investisiya portfeli minimum 100 milyard dollardır və bu vəsaiti qarşıdakı on il ərzində cəlb etməyi nəzərdə tuturuq", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə 1850 hektar ərazinin mənimsənilməsini və müxtəlif təyinatlı təxminən 30 milyon kvadratmetr daşınmaz əmlakın - otellərin, mənzillərin, villaların, kommersiya obyektlərinin, təhsil infrastrukturu və digər obyektlərin tikintisini əhatə edir.

"10, 100 və ya 500 milyon dollar həcmində investisiya daxil olan kimi biz yeni layihələrə dərhal başlaya bilirik. Çünki şəhərsalma ilə bağlı bütün sənədlər və dövlət sənədləri artıq hazırdır", - deyə sahibkar vurğulayıb.

O qeyd edib ki, hazır mühəndis infrastrukturunun mövcudluğu inkişafın səmərəliliyinə ciddi təsir göstərir.

"500-600 milyon dollar dəyərində infrastruktur artıq qurulubsa, daşınmaz əmlakı satmaq xeyli asan olur. Çünki həmin obyekt dərhal hazır mühitə inteqrasiya olur", - deyə E.Ağalarov bildirib.

Sahibkar brendin beynəlxalq səviyyədə tanınması məsələsinə də ayrıca toxunub.

"Hazırda əsas məsələ məhsulun özü deyil, onun tanınmasıdır. Rusiyada "Emin" brendi çox yaxşı tanınır. "Sea Breeze" isə hələ kifayət qədər tanınmır", - deyə o söyləyib.

Onun sözlərinə görə, investorların cəlb olunmasında əsas prinsip layihə ilə şəxsən tanış olmaqdır.

"Mən potensial investorlara həmişə əvvəlcə sadəcə gəlib baxmağı təklif edirəm. Ailəsi ilə gəlsin, burada bir neçə gün keçirsin, dincəlsin və layihənin atmosferini yaxından hiss etsin - onu anlamağın ən yaxşı yolu budur", - deyə sahibkar vurğulayıb.

O əlavə edib ki, investisiya qərarı verilərkən şəxsi təcrübə çox vaxt həlledici rol oynayır.

"Buraya ən azı bir dəfə gələnlər arasında seçim etmək göstəricisi demək olar ki, yüz faizə yaxındır. Hər kəs özünə uyğun variant tapır - kiçik mənzildən villaya və ya investisiya məqsədli obyektədək", - deyə E.Ağalarov qeyd edib.

Azərbaycanın turizm potensialından danışan sahibkar ölkənin zəngin təbii imkanlarını və turizm baxımından geniş potensiala malik olduğunu vurğulayıb.

"Azərbaycan doqquz iqlim qurşağına malik ölkədir. Burada zəngin tarix, mədəniyyət, milli mətbəx və yüksək xidmət səviyyəsi var. Bakıdan dağlara cəmi bir neçə saata çatmaq mümkündür", - deyə o bildirib.

O, nəqliyyat baxımından əlverişli mövqeyə də ayrıca diqqət çəkib.

"Moskvadan Bakıya uçuş üç saatdan da az çəkir. Bundan sonra isə insan tamamilə fərqli atmosferə düşür və burada "Sea Breeze" istirahət və əyləncə üçün yeni imkanlar təqdim edir", - deyə E.Ağalarov fikrini yekunlaşdırıb.

MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb
2025-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycan banklarında yerləşdirdiyi 105,463 milyon manat depozitini götürüb.

BAKU.WS bu barədə agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il MİDA həmçinin 96,625 milyon manat məbləğində borc qiymətli kağızlarına uzunmüddətli investisiyaları 98,274 milyon manatlıq qısamüddətli investisiyalarla əvəz edib.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində "MİDA" MMC yaradılıb.

Sığorta ilə bağlı YENİLİK! 220 manata çatdırılacaq
2030-cu ilə qədər Azərbaycanda adambaşına düşən sığorta haqqının 220 manata çatdırılması nəzərdə tutulur.

Far.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, 2025-ci ildə bu rəqəm 147 manat olub.

Bundan başqa, proqramda deyilir ki, yaxın 4 ildə unikal sığorta müqaviləsi sahiblərinin ümumi sayının (həyat və qeyri-həyat üzrə)

yetkin əhalinin sayında payının 25 %-dən 32 %-ə çatdırılması hədəflənir.

Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib
Ötən il iyulun 9-da Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.

Far.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Saziş Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıb.

Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. BƏƏ ilə strateji əlaqələrin bir hissəsi kimi iqtisadi şaxələnmə və rifahı artırmağı hədəfləyən Sazişin qüvvəyə minməsi ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd müasir çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadi inkişaf üçün əhəmiyyətli baza yaradır.

CEPA 18 fəsil və onların əlavələrindən ibarətdir. Sazişə görə, mal və xidmətlərin ticarəti üzrə bazara çıxış genişləndirilir. Sənəddə tərəflər arasında ticarətdə mal nomenklaturunun 90%-dən yuxarı hissəsi üzrə tariflərin aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, gömrük prosedurları sadələşdirilir, sanitariya və fitosanitar tədbirlər üzrə tələblər asanlaşdırılır, aydın mənşə qaydaları tətbiq edilir.

Sənəd həmçinin kiçik və orta biznesin dəstəklənməsini, müxtəlif iqtisadi sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Bu isə iki ölkə arasında strateji münasibətlər çərçivəsində şaxələndirməni, birgə iqtisadi artımı və rifahı təşviq edir.

Saziş ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri üçün daha əlverişli və şəffaf mühitin formalaşdırılması üçün yeni imkanlar açır.

SOCAR Çin şirkəti ilə "Abşeron" yatağında əməkdaşlığı müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "China Offshore Oil Engineering Company" (COOEC) şirkəti arasında Xəzər dənizində yerləşən "Abşeron" yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Babək Hüseynov və COOEC-un baş direktorunun müavini Vanq Vey ilə görüşdə aparılıb.

Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qalereya

<svg class="svg-icon"> <use xlink:href="/assets/frontend/img/icons-v6.svg#arrow-circle-right"></use> </svg>

<svg class="svg-icon"> <use xlink:href="/assets/frontend/img/icons-v6.svg#arrow-circle-left"></use> </svg>

Əli Məsimli: Gender əməkhaqqı fərqi azalsa da, tikinti və maliyyə sektorlarında problem qalır
Əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 % təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 %-nə çatıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, müsbət tendensiyadır:

"Amma bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 %-ni, maliyyə sektorunda isə 56 %-ni təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır".

Spikeri Sahibə Qafarova deputatın səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, kişilərin və qadınların əməkhaqqında fərqlərin olmasına dövlət sektorunda deyil, özəl sektorda rast gəlinirdi:

"Milli Məclis bu haqda qanunvericiliyə dəyişikliyi qəbul etdikdə də suallar ortaya çıxdı. Ona görə də bu mövzuda danışarkən qadın və kişilərin əməkhaqqında fərqlərin dövlət sektoruna aid olmadığını vurğulamaq mütləqdir".

AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır
Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi çərçivəsində innovativ maliyyə həllərinin növbəti sınaq mərhələsi üzrə yeni müraciət dövrünü elan edib.

BAKU.WS AMB-yə istinadən xəbər verir ki, müraciətlərin qəbuluna iyunun 25-də başlanılacaq və avqustun 25-nə qədər davam edəcək.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı AMB ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcək.

Xüsusi tənzimləmə rejimi çərçivəsində əvvəlki qəbul dövrlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam etdirilir. Sözügedən layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə əlaqəli innovativ maliyyə həllərini əhatə edir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları"nın 4.2-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra xüsusi sandbox.cbar.az veb-səhifəsi vasitəsilə AMB-yə təqdim edə bilərlər.