Kriminal - Far.az - Azərbaycan Xəbərləri
Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub, xəstə ölüb - MƏHKƏMƏ
Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Vahid Babayevin cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti məhkəmə prosesi yekunlaşıb.
Far.Az xəbər verir ki, ittihama görə, bu il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.
Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.
Əməliyyat zamanı V. Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıblar.
Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.
V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qəbələ Rayon Məhkəməsinin hökmü V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmdən müdafiə tərəfi şikayət verib.
Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.
Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub - YENİLƏNİB
<meta name="viewport" content="width=device-width, initial-scale=1">
Araq məclisində oturan qadını qətlə yetirdilər: Cinayət baş verən evdən GÖRÜNTÜLƏR - VİDEO
Sabirabadda qadın qətlə yetirilib.
Bu gün təxminən saat 15 radələrində rayon ərazisində 49 yaşlı Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 17 yaşlı Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşuların sözlərinə görə, hadisə yeyib içmək məclisində baş verib. Hər iki şəxsin spirtli içki qəbul etdiyi bildirilir. Sonra aralarında yaranan mübahisə zamanı yeniyetmə qadını öldürüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Far.Az
VİDEO
28 yaşını qeyd etdikdən üç gün sonra qardaşı tərəfindən vəhşicəsinə öldürülən Şəbnəmin GÖRÜNTÜLƏRİ
Siyəzəndə qısqanclıq zəminində qardaşı tərəfindən ürəyindən bıçaqlanaraq öldürülən 28 yaşlı Şəbnəm Mustafazadənin görüntüləri yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:
Qeyd edək ki, mərhum üç gün öncə doğum gününü qeyd edibmiş. Onun ailəsi ilə problemlərinin olduğu bildirilir.
25 avqust, 14:00
Siyəzəndə baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb.
O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.
Səfər Mustafazadə bu ağır hadisəni törətdikdən sonra Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.
Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərində, Həzi Aslanov küçəsi, 2 ünvanında qeydə alınıb.
Qardaşı tərəfindən həyatdan məhrum edilən Şəbnəm "Siyəzən broyler" ASC-də mühasib köməkçisi işləyirdi.
Qətlin tam təfərrüatı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Bakıda qardaş bacısını bıçaqladı
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 21-də qeydə alınıb. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü F.Quliyev münaqişə zəminində bacısı 1986-cı il təvəllüdlü Ruhiyənin döş qəfəsinə bıçaqla xəsarət yetirib.
F.Quliyev polis tərəfindən saxlanılıb.
Nərimanov RPİ-də araşdırma aparılır.
Bakıda restoranda dizaynerin boğazı kəsilib
Bakıda restoranda dizaynerin boğazı kəsilib.
BAKU.WS "Report"an istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, ötən gün Ərzurum restoranında Fuad Əliyev adlı dizaynerin boğazını kəsilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunub. Onların saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Gənc sevgilisini öldürən 62 yaşlı müəllimə hökm oxunub
Abşeron rayonunda gənc sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin məhkəməsi yekunlaşıb.
Far.Az apa-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmə prosesində dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən E.Quliyev 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.
Belə ki, hadisəni törədən Eynulla Quliyev qeyri-rəsmi münasibətdə olduğu Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.
E.Quliyevin Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində cinayət məcəlləsinin 120.1-ci maddəsiylə istintaq aparılıb.
Biləsuvarda məscidin qarşısında insident: Borcunu istəyən ustanı güllələdi
Biləsuvar sakininə odlu silahla xəsarət yetirilib.
Far.Az apa-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından odlu silah xəsarəti alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.
Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tanışının 62 500 manatını mənimsəyən şəxslə bağlı məhkəm QƏRARI
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Baxışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Far.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Natiq Baxışov tanışı, zərərçəkmiş M.Əskərovun oğlunun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq olunan cinayət işini xitam etdirəcəyinə dair yalandan vəd verib. O, 2022-ci ildə müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində zərərçəkmişin ümumilikdə 62 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Baxışov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Meyiti tapılan şəxs bir müddət əvvəl Nazirlikdəki işindən ayrılıbmış - FOTO/YENİLƏNİB
Qusarda meyiti tapılan 43 yaşlı Ramik Əhmədovla bağlı bəzui detallar məlum olub.
BAKU.WS-in məlumatına görə, 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.
***11.29
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bir neçə gündür itkin düşən Nazirlik əməkdaşının güllələnmiş meyiti tapılıb - FOTO
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO
2023-cü il iyunun 24-də Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. 2003-cü il təvəllüdlü Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları, məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə baxış keçiriblər.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları həmin gecə Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Fateh Məmmədovu saxlayıblar.
Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi olub və bir neçə ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyunun 23-də saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları Samir Hüseynli və Elşən Məmmədovla birlikdə dayanan zaman, digər tanışı Hikmət Kərimovun həmin ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun onun ünvanına işlətdiyi söyüşü bəhanə edərək ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə Hikmətin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Yaralının qaçdığını görəndə əlində bıçaqla onu təqib edib. 7 nömrəli binanın qarşısında yerə yıxılan şəxsə çatıb. Ona əlavə xəsarət yetirmək istəsə də, arxasınca gələn qonşusu Sarvan Hüseynov fəal müdaxilə edərək, bunu əngəlləyib.
İş üzrə dindirilən Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub və hər ikisi narkotik vasitələrdən istifadə ediblər:
"Axırıncı dəfə Hikmətlə hadisədən bir gün əvvəl saat 23:00 radələrində məhəllədə görüşdük. Marixuana çəkəndən sonra qalan narkotik vasitəni cibimə qoydum. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək mənə irad bildirdi. Tanışıma səhv fikirdə olduğunu deyəndə aramızda mübahisə yarandı. Narkotik vasitəni qaytarmaq istəyəndə, Hikmət məni söyərək çıxıb getməyimi tələb etdi və boğazımdan tutub itələdi.
Fateh Məmmədov
Yoldan keçən tanımadığım iki nəfər yaxınlaşıb bizi ayırdı. Hikmətin kənar şəxslərin yanında söyüş söyməsindən çox əsəbiləşdim. Narkotik maddəni istifadə etdikdən sonra evimə gedib yatdım. İyunun 23-də Hikmətlə görüşərək söhbətə aydınlıq gətirmək istədim. Evdən çıxanda mətbəx bıçağını götürüb şalvarımın kəmərinə keçirdim. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün, təxminən bir saat onun yaşadığı məhəllənin girişində dayandım. Saat 21:30-da tanışlarım Elşən, Əlimuxtar, Kənan və Samir yanıma yaxınlaşanda, onlara "çıxıb getmələrini, işim olduğunu" dedim. Bir azdan Hikmətin gəldiyini görəndə bıçağı çıxarıb onun üzərinə getdim və ona zərbələr vurdum. Samir və Elşən araya girib bizi ayırmağa çalışdılar. Hikmət əlimdən qaçsa da, qısa məsafədən sonra yerə yıxıldı".
Hikmət Kərimov
Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, saat 22:00 radələrində arvadı ona zəng edərək, Hikmətin bıçaqlandığını xəbər verib:
"Məhəlləyə çatanda, artıq küçədə polis əməkdaşlarını və insanların toplaşdığını gördüm. Oğlum Hikmət idmançı idi və heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin. Mənə verilən məlumata görə, oğlumu məhəlləyə qonşuluqda yaşayan Samir çağırıb. Bundan sonra Fateh Hikmətə bıçaqla xəsarətlər yetirib".
Şahid Sarvan Hüseynov bildirib ki, iyunun 23-də yaşadığı evin qarşısında velosiped düzəldərkən küçədən qışqırıq səsləri eşidib:
"Qabaqda Hikmətin, arxasınca Fatehin və Elşənin qaçdığını gördüm. Dava baş verdiyini düşünüb velosipedlə onların arxasınca getdim. Mağazanın yanında Hikmətin yerə yıxıldığını, Fatehin isə əlində bıçaqla onun üzərinə getdiyini görüb onun qarşısına keçdim. Fateh əvvəlcə məni tanımadığı üçün "yaxın gəlməməyimi və vuracağını" deyib qışqıranda sağ əlindən tutaraq, Sarvan olduğumu bildirdim. Bu zaman Fateh məni tanıdı. Hikmətin qarnından qan gəldiyini gördüm. Köynəyimi çıxarıb Hikmətin yarasını sıxdım. Elşən və Rüfətlə birlikdə yaralını avtomobilə yerləşdirdik. "Montin" qəsəbəsində yerləşən özəl klinikalar Hikməti qəbul etmədi. Kliniki Tibbi Mərkəzdə onu xərəyə qoyaraq əməliyyata apardıq, amma bir müddət sonra onun öldüyü barədə məlumat verildi".
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna uyğun cəza təyin edilməsini xahiş edib. Son sözündə Fateh Məmmədov əməlindən peşman olduğunu bildirib.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Fateh Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.