Planet - Far.az - Azərbaycan Xəbərləri

Rusiyada dəhşətli yanğın: 23 turist köməksiz qaldı - Video
Rusiyanın Gelencik şəhəri yaxınlığında Qara dəniz sahilində meşə yanğını səbəbindən 23 nəfər turist köməksiz vəziyyətdə qalıb.

Far.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Güclü tüstü səbəbindən Qara dəniz sahilində meşə yanğını baş verən ərazidə istirahət edən 23 nəfərin təxliyə xətləri kəsilib. Rusiya Fövqəladə Hallar Nazirliyi onları təhlükəsiz yerə aparmaq üçün qayıq göndərib”, - məlumatda deyilib.

İran daha bir güneyli körpəyə adına görə şəhadətnamə vermədi
İranın Culfa şəhərinin Vətəndaş Qeydiyyatı İdarəsi Əlihan adı seçildiyi üçün güneyli ailənin körpəsinə doğum şəhadətnaməsi verməkdən imtina edib.

Far.Az xəbər verir ki, bu barədə uşağın atası “Balamın Adı” kampaniyasına bildirib.

O, uşağın adının sistemdə olmaması və türk-ərəb mənşəli olması səbəbilə idarənin əməkdaşlarının bu ada qarşı çıxdığını bildirib.

Valideynlər məhkəməyə müraciət etsələr də, 85 gün keçməsinə baxmayaraq, proses hələ başlamayıb. Körpə bu müddətdə sənədsiz qaldığından peyvənd və tibbi xidmətlərdən istifadə edə bilmir.

Kiyevə gecə hücumu: 14 ölü, 48 yaralı - Video
10:01

Rusiya ordusu bu gün gecə saatlarında Kiyevə raket və PUA zərbələri endirib.

Far.Az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində 38 nəfər yaralanıb, 4 nəfər isə həlak olub.

Kiyevdə Rusiyanın hücumu nəticəsində 10 nəfər ölüb, 48 nəfər yaralanıb.

Rusiyanın zərbələri nəticəsində Kiyevdə ölənlərin sayı 12-yə çatıb.

Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hələ dağıntılar altında qalanlar var.

Kiyev şəhər prokurorluğunun məlumatına görə, ölənlərin sayı 14-ə çatıb. Ölənlər arasında 2 yaşlı uşaq da var.

Zelenski öz hərəkətlərinə görə cavab verməlidir - Siyarto
Avropalı siyasətçilər Ukraynada sülhə gedən yolda hazırda ən ciddi maneədirlər, çünki onlar əvvəlki səhv qərarlarına görə məsuliyyətdən yayınmaq üçün silahlı münaqişəni uzatmağa can atırlar.

Far.Az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Hesab edirəm ki, bu gün Avropa siyasətçiləri Ukraynada sülhə gedən yolda ən ciddi maneədirlər. Onlar sülhlə maraqlanmırlar və demək olar ki, hər gün alova benzin tökürlər. Avropa siyasi elitası son üç il yarım ərzində yürütdüyü səhv siyasətə görə məsuliyyətdən yayınmaq istəyir və buna görə də Ukrayna münaqişəsinin davam etməsini dəstəkləyir.

Ukrayna Prezirenti Vladimir Zelenski də öz hərəkətlərinə görə cavab verməlidir. O 2022-ci ilin aprelində Rusiya ilə İstanbulda əldə edilmiş razılaşmanı niyə imzalamadı? Halbuki həmin razılaşma üç il yarım sonra gözləyə biləcəyi hər hansı razılaşmadan daha pis deyildi”, - Siyarto bildirib.

Rusiya AB-nin Kiyevdəki binasını vurdu
Rusiyanın Kiyevə zərbələri nəticəsində Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin binası zədələnib.

Far.Az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində məlumat verib.

“Gecə hücumları zamanı Rusiya Vyana konvensiyasını birbaşa pozaraq diplomatları da hədəf aldı. AB-nin Ukraynadakı binasına ziyan dəyib. Bu hadisə təkcə AB-dən yox, dünya miqyasında qınaq tələb edir. Biz AB həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və yardım təmin etməyə hazırıq”, - Sibiqa qeyd edib.

NATO Rusiya ilə sərhədə yeni korpus yerləşdirir
NATO Estoniyada Almaniya-Niderland müttəfiq qüvvələri korpusunu yerləşdirə bilər.

Axar.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyindən məlumat verilib.

“Pyarnu şəhəri korpusun bazasına çevriləcək. Yekun qərarın bir il ərzində veriləcəyi gözlənilir”, - məlumatda qeyd olunub.

Bu ölkə məsafəli işi qanuniləşdirir
Avstraliyanın Viktoriya ştatının Baş naziri Jasinta Allan məsafədən işləməyi qanun çərçivəsinə salmaq istəyir.

Far.Az xəbər verir ki, bu barədə baş nazir açıqlamasında deyib.

O, bu iş rejiminin tələb deyil, hüquq olduğunu bildirib.

Allan qeyd edib ki, şərait imkan verdiyi təqdirdə işçi həftədə iki gün evdən işləyə bilməlidir. Bu yolla işçilər daha səmərəli çalışacaq, ailələrinə daha çox vaxt ayıracaq və pula qənaət edəcəklər.

Bundan əlavə, məsafədən iş həm yollarda sıxlığı azaldacaq, həm də qadınların əmək bazarında daha fəal iştirakına imkan verəcək.

Rusiyada həbsdə olan general döyüşə göndərildi
Rosqvardiyanın Mərkəzi Dairə komandanının həbsdə olan keçmiş müavini Vadim Draqomiretski Ukraynada döyüşür.

Far.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, general vəkili vasitəsilə hələ məhkəmə hökmündən əvvəl döyüş bölgəsində xidmət etmək üçün vəsatət qaldırmışdı. Bildirilib ki, vəsatət təmin olunub və o, hazırda döyüş zonasında hərbi əməliyyatlarda iştirak edir.

Qeyd edək ki, ötən il rüşvət ittihamı ilə saxlanılan Vadim Draqomiretski 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Kamçatkadakı bu vulkan 500 il sonra yenidən oyandı
Kamçatkadakı Kraşeninnikov vulkanı 500 ildən sonra ilk dəfə püskürməyə başlayıb.

Far.Az xəbər verir ki, bu barədə bu barədə “Skay Nyus” məlumat yayıb.

Məlumata görə, vulkanın püskürməsi avqustun 2-də baş verib.

Bildirilib ki, vulkanın külləri 5-6 km hündürlüyə qalxıb.

Almimlər bunun bir neçə gün öncə baş vermiş 8.8 bal gücündəki zəlzələ ilə əlaqələndirirlər.

Sonuncu dəfə Kraşennikov vulkanı 1463-cü ildə püskürmüşdü.

Qeyd edək ki, bundan öncə Kamçatkadakı Klyuçevskaya vulkanı da püskürmüşdü.

1257-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1257-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 74 460 PUA-sı, 625 zenit-raket kompleksi, 24 432 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 136 artilleriya və minaatanı, 39 069 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Avropada dəhşətli istilər: AES-lər dayandı
Avropanın bir sıra atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən enerji istehsalını azaltmağa, hətta müvəqqəti fəaliyyətini dayandırmağa məcbur olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, yüksək temperatur reaktorların soyudulmasını çətinləşdirdiyindən Fransa və İsveçrədə yerləşən AES-lər aliyyətini dayandırıb.

Qeyd edilir ki, 2025-ci ilin iyunu Qərbi Avropada tarixin ən isti ayı olub. İstilərin təsiri ilə kondisionerlərin kütləvi istifadəsi enerji sisteminə ciddi yük yaradıb. Avropa ölkələrinin elektrik şəbəkəsi kondisionerlərdən istifadənin kəskin artması səbəbindən aşırı yüklənməyə məruz qalıb.

İsrail ordusu Suriyanın cənubunda reydlərə başladı
İsrail hərbçiləri gecə saatlarında Suriyanın cənubunda reyd keçirib.

Axar.az xəbər verir ki, bu barədə İsrailı ordusundan məlumat verilib.

Məlumata görə, reyd Hader kəndi ərazisində keçirilib.

“210-cu diviziyanın qoşunları bölgəyə yerləşdirilib və İsrail mülki əhalisini, xüsusən də Qolan təpələrinin sakinlərini qorumaq üçün hər hansı terrorçu qruplaşmanın Suriyada mövqe tutmasının qarşısını alaraq fəaliyyətini davam etdirir”, - məlumatda bildirilib.

Reydin məqsədinin silah qaçaqmalçılığının qarşısının alınması olduğu qeyd olunub.