London hərbi dronların inkişafına 5 milyard funt sterlinqdən çox vəsait ayıracaq
Britaniya hökuməti növbəti dörd il ərzində silahlı qüvvələr üçün pilotsuz uçuş aparatlarının istehsalına 5 milyard funt sterlinqdən (6,6 milyard dollar) çox vəsait ayırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə qurumu məlumat yayıb.
Qeyd olunub ki, ordunun "pilotsuz transformasiyası"nın həyata keçirilməsi üçün vəsaitlər hökumət tərəfindən iyunun 30-da dərc edilməsi planlaşdırılan müdafiə investisiya planında nəzərdə tutulacaq. Ayrılan resurslar həm quru qoşunları, həm də kral hərbi hava və hərbi dəniz qüvvələri üçün pilotsuz texnologiyaların təkmilləşdirilməsinə yönəldiləcək.
Bundan əlavə, maliyyələşdirmənin müəyyən hissəsi iyunun ortalarında İngiltərənin Suindon şəhərində təntənəli açılışı keçirilmiş Avropanın ən böyük pilotsuz sistemlər sınaq mərkəzinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub.
"Döyüş əməliyyatlarının xarakteri sürətlə transformasiya olunur. Ukraynada və Yaxın Şərqdəki münaqişələrdə pilotsuz komplekslər həlledici rol oynayır. Böyük Britaniyanın bu perspektivli texnologiyalara yatırdığı miqyasına görə misilsiz investisiyalar silahlı qüvvələrimizə potensial rəqibləri qabaqlamağa imkan verəcək və yerli hərbi-sənaye kompleksinin aparıcı müəssisələrinə dəstək göstərəcək", - müdafiə naziri Den Carvis vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













