Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib
Far.Az xəbər saytı

Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib


İngiltərə təmsilçisi "Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino komandada məşq prosesinin təşkilində dəyişikliklər edib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Standard" nəşri məlumat yayıb.

Argentinalı mütəxəssis futbolçuların oyundan sonrakı gün istirahət etməsi qaydasını ləğv edib. Bu qayda komandanın əvvəlki baş məşqçisi Maykl Kerrik tərəfindən tətbiq olunmuşdu.

Bu gün "qırmızı şeytanlar"ın futbolçuları bərpa məşqləri üçün klubun bazasına gəliblər. Bəzi oyunçular məşqə səhər saat 08:30-da başlayıblar. Poçettino komandanın gündəlik məşqlərinin başlama vaxtını da daha erkən saata dəyişib.

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün "Liverpul"a 0:4 hesabı ilə məğlub olub.

Bundan əlavə, Poçettino komandanın fiziki hazırlıq səviyyəsini artırmaq üçün yeni mütəxəssis dəvət edib. Məqsəd futbolçuları yüksək tempdə və davamlı pressinq tətbiq etməyə hazırlamaqdır.

Oxşar xəbərlər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər