Ukrayna İsveçdən 16 ədəd "Gripen E" qırıcı təyyarəsi alacaq
Ukrayna və İsveç Kiyev tərəfindən 16 ədəd "Gripen E" qırıcı təyyarəsinin alınması barədə saziş imzalayıblar.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, razılaşma ölkə Prezidenti Volodimir Zelenskinin İsveçin müdafiə naziri Pol Yonsonla görüşü çərçivəsində imzalanıb.
Zelenskinin sözlərinə görə, saziş Ukrayna aviasiyasını əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.
"Razılaşma təyyarələrlə yanaşı müvafiq avadanlıq paketini, texniki yardım və dəstəyi də əhatə edir. Həmçinin Baş nazir Ulf Kristerssonla əvvəlki razılaşmalar çərçivəsində ilk 16 Gripen C/D təyyarəsi artıq 2027-ci ilin əvvəlində Hərbi Hava Qüvvələrimizə veriləcək", - o qeyd edib.
Zelenski və Yonson görüş çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını, xüsusən "Drone Deal"in (pilotsuz uçuş aparatları üzrə sövdələşmənin) hazırlanmasını ətraflı müzakirə ediblər.
Oxşar xəbərlər
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə təkbətək görüşü olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













