Tramp və Si Cinpin arasında görüş başa çatıb
Far.Az xəbər saytı

Tramp və Si Cinpin arasında görüş başa çatıb


ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən ikitərəfli görüş yekunlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə Çinin dövlət mediası – CCTV məlumat yayıb. Təxminən bir saat davam edən görüş Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tutub.

***10:06

Si Cinpin və Tramp Şençjendə görüşüblər.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çinin Şençjen şəhərində bir araya gəliblər.

Görüş zamanı Tramp ABŞ və Çin arasındakı münasibətlərin ədalətli xarakter aldığını və Vaşinqtonun məhz buna nail olmağa çalışdığını bildirib.

Bu, iki ölkə liderlərinin 2026-cı ildə üçüncü görüşüdür. Onlar may ayında Pekində, sentyabrda isə Si Cinpinin ABŞ-yə dövlət səfəri çərçivəsində Vaşinqtonda danışıqlar aparıblar.

Qeyd edək ki, Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. Təxminən 40 dəqiqə davam edən görüşdə ABŞ lideri Putini dostu adlandırıb və onu görməkdən məmnun olduğunu bildirib.

Oxşar xəbərlər

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər