"Santos" "Real"dan Rodriqonu icarəyə götürmək üçün danışıqlara başlayıb
Far.Az xəbər saytı

"Santos" "Real"dan Rodriqonu icarəyə götürmək üçün danışıqlara başlayıb


Braziliyanın "Santos" klubu "Real"ın hücumçusu Rodriqonu 2027-ci ilin yayına qədər icarəyə götürmək barədə danışıqlara başlayıb.

"Far.Az" "ESPN Brasil"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi futbolçunu qış "transfer pəncərəsi"ndə buraxmaq niyyətində deyil və ağır diz zədəsindən sonra onun sıraya dönəcəyinə ümid bəsləyir.

Forvard 2026-cı ilin martında sağ dizinin ön çarpaz bağlarının qırılması və meniskinin zədələnməsi səbəbindən meydana çıxmır. O, bu xəsarət üzündən dünya çempionatını buraxıb. Braziliyalının 2027-ci ilin yanvarında oyunlara qayıdacağı gözlənilir.

"Real"ın baş məşqçisi Joze Mourinyo mövsümün ikinci yarısında hücumçunun xidmətindən yararlanmağı planlaşdırır.

Qeyd edək ki, Rodriqo yetirməsi olduğu Braziliya klubunun əsas komandasında 2017-ci ildən 2019-cu ilədək çıxış edib. Onun madridlilərlə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər