Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ
Far.Az xəbər saytı

Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ


"10 noyabr 2026-cı il tarixində Antalyada COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanmış Təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 2025-ci ilin aprelində Bakıda imzalanmış Anlaşma Memorandumu ilə başlanan əməkdaşlığı hökumətlərarası müqavilə səviyyəsinə qaldırır".

Bunu BAKU.WS-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəbbəri Kamal Hacıyev bildirib.

Onun sözlərinə görə, saziş Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazisindən keçməklə Türkiyə və Avropa İttifaqı bazarlarına ötürülməsi üçün daha bir marşrut açır:

Azərbaycan Avropaya

"Bu, Xəzər–Qara dəniz–Avropa dəhlizi ilə yanaşı ölkəmizin yaşıl enerji ixracı üçün daha bir marşrut deməkdir. Yeni marşrut ixrac istiqamətlərinin şaxələndirilməsinə və Avropa ilə enerji ticarətinin genişləndirilməsinə imkan yaradacaq".

Kamal Hacıyev əlavə edib ki, saziş təmiz enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və təchizatı sahəsində əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini nəzərdə tutur:

"Bununla yanaşı, tərəflər mövcud transsərhəd ötürücü infrastrukturun genişləndirilməsi və yeni ötürmə xətlərinin inkişafı istiqamətində birgə iş aparırlar. Sənəd "Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan" yaşıl enerji dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının şaxələndirilməsinə xidmət edir".

O həmçinin qeyd edib ki, hazırda ölkəmizdə beynəlxalq tərəfdaşlarla günəş və külək elektrik stansiyaları üzrə genişmiqyaslı layihələr icra olunur:

"Yeni dəhliz bu layihələrdən əldə edilən elektrik enerjisi üçün Türkiyə və Avropa bazarlarına çıxış imkanı yaradır, bərpa olunan enerji sahəsinə yeni investisiyaların cəlb edilməsinə və yeni günəş və külək stansiyalarının tikintisinə şərait yaradır.

Bununla Azərbaycan regionun aparıcı yaşıl enerji mərkəzinə və Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir. Ölkəmiz ənənəvi enerji ixracatçısı rolunu genişləndirərək yaşıl elektrik enerjisinin də mühüm təchizatçılarından birinə çevrilmək imkanı qazanır".

Orxan Hüseyn

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər