Donald Tramp: Filippin ilə əlamətdar ticarət sazişi bağladıq
Far.Az xəbər saytı

Donald Tramp: Filippin ilə əlamətdar ticarət sazişi bağladıq


ABŞ və Filippin əlamətdar nailiyyətə çevriləcək, eləcə də amerikalı fermerlərə və enerji sektoru nümayəndələrinə fayda gətirəcək yeni ticarət sazişi bağlayıb.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

"Hazırda ticarət, milli təhlükəsizlik və digər istiqamətlər üzrə möhtəşəm görüşümüzün baş tutduğu Filippindən Çinə yollanıram. Biz Filippinlə əlamətdar nailiyyətə çevriləcək və xüsusən də fermerlərimizə və enerji sektorunun nümayəndələrinə əhəmiyyətli fayda verəcək yeni, tamamilə xüsusi bir ticarət sazişi bağladıq. Prezident Markos güclü lider və yüksək mənəvi keyfiyyətlərə malik insandır. Onunla, eləcə də onun möhtəşəm həyat yoldaşı və oğlu ilə görüşmək mənim üçün şərəf idi. Çində görüşənədək!", - Tramp yazıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Media nümayəndələrinə əməyin mühafizəsinə dair təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər