Media nümayəndələrinə əməyin mühafizəsinə dair təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün "Sosial Jurnalistika" təlimi təşkil olunub.
"Report" xəbər verir ki, təlim əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzularını əhatə edib.
Təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 25 media qurumundan jurnalistlər iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik tələbləri, texniki təhlükəsizlik normaları, iş yerlərində risklərin qiymətləndirilməsi, eləcə də bu sahədə aktual islahatlar barədə ətraflı məlumat verilib. Media nümayəndələrinə mövzunun mahiyyəti, müvafiq prosedurların tətbiqi, müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması mexanizmləri izah olunub.
Seminar çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi mövzularının mediada düzgün işıqlandırılması, faktların dəqiq təqdim olunması və maarifləndirici yanaşmanın gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, "Sosial Jurnalistika" təlimlərinin keçirilməsinin əsas məqsədi media nümayəndələrinin sosial müdafiə, məşğulluq və digər sosial sahələr üzrə məlumatlılığının artırılması, jurnalistlərin mövzuya peşəkar yanaşma bacarıqlarının inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın genişləndirilməsidir.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Sabah 55 mindən çox şagird buraxılış imtahanı verəcək - qaydalar və saat açıqlandı













