SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Böyük Britaniyanın BP və İsrailin "NewMed Energy" şirkətlərindən ibarət konsorsium Aralıq dənizində İsrailin müstəsna iqtisadi zonasındakı I-6 müqavilə sahəsində seysmik tədqiqatları başa çatdırıb.
Bu barədə "Far.Az" "NewMed Energy"yə istinadən xəbər verir.
"Noyabr ayında Aralıq dənizində İsrailin müstəsna iqtisadi zonasındakı I Zonanın müqavilə sahələrində ikiölçülü və üçölçülü (2D və 3D) seysmik tədqiqatlar başa çatıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, 2D və 3D seysmik kəşfiyyat işləri, xüsusilə I Zonanın lisenziyalarının əhatə etdiyi sahələrdə (4, 5, 6, 7, 8 və 11-ci blokların ərazisində) aparılıb. Bu istiqamətdə işlərə 2026-cı ilin oktyabr ayının əvvəlində başlanılıb, layihə operatoru (SOCAR) isə bu işlərin yerinə yetirilməsi üçün beynəlxalq podratçı ilə müqaviləni cari ilin iyulunda bağlayıb.
Konsorsiumun iştirakçıları sözügedən seysmik kəşfiyyat işlərinin aparılması üçün ümumi büdcəni təxminən 25 milyon ABŞ dolları (layihənin 100 %-i) məbləğində təsdiqləyiblər, "NewMed Energy" şirkətinin payı isə təxminən 8,3 milyon ABŞ dolları təşkil edir.
Hazırda toplanmış məlumatlar emal olunur, tədqiqatların yekun nəticələrinin 2027-ci ildə əldə edilməsi gözlənilir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında SOCAR, BP və "NewMed Energy" konsorsiumu "Leviafan" qaz yatağının yaxınlığında yerləşən I-6 Zonasında geoloji kəşfiyyat işlərinin aparılması üçün lisenziyaların alınması ilə bağlı İsrail Energetika Nazirliyinin elan etdiyi tenderin qalibi olub. Lisenziya 2025-ci il martın 17-də verilib.
Bu layihə SOCAR və BP üçün İsrailin qaz sektorunda debütü olub.
Konsorsiumda SOCAR (layihə operatoru) 33,34 %, BP və "NewMed Energy" isə ayrı-ayrılıqda 33,33 % pay sahibidir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Qordon Birrel: "SOCAR, BP və "NewMed Energy" konsorsiumu İsrail şelfində hələ işlərə başlamayıb"
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













