İspaniya yığmasının sabiq futbolçusu Xuan Mata karyerasını başa vurub
Far.Az xəbər saytı

İspaniya yığmasının sabiq futbolçusu Xuan Mata karyerasını başa vurub


İspaniya millisinin, İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klublarının sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında peşəkar karyerasını başa vurub.

"Far.Az" xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İspaniyalının son klubu 2025/2026 mövsümündə çıxış etdiyi "Melburn" (Avstraliya) olub. O, 2026-cı ilin sentyabrında kollektivdən ayrılıb.

Mata "Çelsi"Nin heyətində 2012-ci ildə UEFA Çempionlar Liqasını, 2013-cü ildə isə UEFA Avropa Liqasının qalibi olub. Həmçinin 2017-ci ildə "Mançester Yunayted"in heyətində UEFA Avropa Liqasında çempionluq yaşayıb. O, "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Vissel Kobe" (Yaponiya) və "Vestern Sidney Uonderers" (Avstraliya) klublarında da oynayıb.

Qeyd edək ki, X.Mata İspaniya yığması ilə birlikdə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub. Yarımmüdafiəçi milli komandada 41 matç keçirib və 10 qol vurub.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər