Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Far.Az xəbər saytı

Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir


ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Trey Yinqst ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib.

"Prezident "Fox News"a bildirib ki, razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir", – jurnalist efirdə deyib.

Bununla yanaşı, Tramp ABŞ və İran arasında sülh yolu ilə nizamlanmaya dair dolayı danışıqların davam etdiyini təsdiqləyib.

Yinqstin sözlərinə görə, Vaşinqtonla Tehran arasında mesajların ötürülməsində vasitəçi qismində Qətər çıxış edir. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməkdir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər