"Yuventus" Quştavu Varelanı əsas transfer hədəfləri sırasına daxil edib
Far.Az xəbər saytı

"Yuventus" Quştavu Varelanı əsas transfer hədəfləri sırasına daxil edib


İtaliyanın "Yuventus" klubu A Seriyasının digər təmsilçisi "Montsa"nın hücumçusu Quştavu Varelanı əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

"Far.Az" "Corriere dello Sport"a istinadən xəbər verir ki, idman direktoru Frederik Massara artıq Lombardiya təmsilçisi ilə ilkin təmas qurub.

Lakin Turin klubu bu keçid uğrunda İngiltərənin "Liverpul", "Tottenhem" və "Brentford" komandaları ilə rəqabət aparmalı olacaq.

Q.Varela 9 qol və 1 məhsuldar ötürmə ilə A Seriyasının bombardirlər yarışına başçılıq edir. O, həmçinin İtaliya Kubokunun I raundunda "Avellino"ya qarşı görüşdə dublla yadda qalıb.

Qeyd edək ki, forvardın "Montsa" ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" portalı oyunçunun dəyərini 5 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər