Ombudsman Ağstafada hərbi sursatın partlaması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Far.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.
Bildirilib ki, mina və partlamamış hərbi sursat təhlükəsi Azərbaycanda insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalmaqda, insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olmaqdadır:
"Bu problem təkcə insan həyatına təhdid deyil, həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan ağır ekoloji fəlakətdir. Mina və hərbi sursat partlayışları və torpaq altında uzun müddət qalan partlayıcı maddələr kimyəvi zəhərlənmə yaradır. Bu proses münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir. Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması dərin təəssüf və narahatlıq doğurur".
Qeyd olunub ki, COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi, dünyanın təhlükəsiz və dayanıqlı gələcək naminə təşəbbüslərini birləşdirdiyi bir dövrdə Azərbaycanda bu cür faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir.
"Beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları bu problemin aradan qaldırılması, humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin gücləndirilməsi və insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması istiqamətində səylərini artırmağa çağırıram", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













