Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı
Far.Az xəbər saytı

Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı


Almaniya kansleri Fridrix Mertsin pilot lisenziyası dayandırıldığından, artıq o, təyyarəni müstəqil idarə edə bilmir. Şəxsi "Diamond DA62" təyyarəsini isə satıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, F.Mertsin uçmağa son verməsi Xristian-Demokrat İttifaqı Partiyasının qurultayına səfərindən sonra müəyyənləşib. Kansler təyyarənin kabinəsində göründüyündən, bəzi jurnalistlər nəqliyyat vasitəsini onun özünün idarə etdiyini düşünüblər.

Lakin "Bild"in məlumatına görə, Merts sadəcə sərnişin qismində olub. Təyyarə çarter şirkətinə məxsus olub, idarəetməsinə isə peşəkar pilot cavabdehlik daşıyıb.

Qeyd edək ki, Almaniya kansleri şəxsi pilot lisenziyasını 2009-cu ildə alıb. Daha sonra o, ikimühərrikli "Diamond DA62" təyyarəsi əldə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Bakıda yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıldı
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər