Yəmən ordusu xüsusi əməliyyatlar zamanı 173 husinin zərərsizləşdirildiyini açıqlayıb
Far.Az xəbər saytı

Yəmən ordusu xüsusi əməliyyatlar zamanı 173 husinin zərərsizləşdirildiyini açıqlayıb


"Yəmən Şəfəqi" adlı əməliyyatlar zamanı "Ənsar Allah" hərəkatının (husilər) 173 səhra komandiri və yaraqlısı öldürülüb və ya yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi polkovnik Məcid Abdulla ən-Nüzeyli "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, hökumət qüvvələri xalq müqavimətinin dəstəyi ilə bütün cəbhələrdə döyüş əməliyyatlarını davam etdirir.

"Son saatlar ərzində silahlı qüvvələrimiz zərbələrin endirilməsi üzrə 661 əməliyyat, o cümlədən 15 aviazərbə, 526 artilleriya atəşi, pilotsuz uçuş aparatları ilə 53 və reaktiv yaylım atəşi sistemləri ilə 67 əməliyyat həyata keçirib", - o qeyd edib.

Ordu nümayəndəsinin sözlərinə görə, zərbələr husilərin hərbi mövqelərinə, yaraqlıların cəmləşdiyi yerlərə, istehkamlara və hərbi texnikaya endirilib. O qeyd edib ki, həmçinin 71 ədəd nəqliyyat və hərbi texnika sıradan çıxarılıb, komanda mərkəzləri, müşahidə məntəqələri və istehkamlar dağıdılıb.

O əlavə edib ki, Yəmən Silahlı Qüvvələri dinc əhalinin və mülki obyektlərin qorunması üçün lazımi tədbirlər görməklə qarşıya qoyulan məqsədlərə çatana qədər "Yəmən Şəfəqi" əməliyyatı çərçivəsində hücum hərəkətlərini davam etdirəcək.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər