TÜRKPA Baş katibi COP31-də Parlament Konfransında iştirak edib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Antalya şəhərində Parlamentlərarası İttifaqın (PAİ) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) birgə təşkilatçılığı ilə Parlamentlərarası İttifaqın BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində keçirilən Parlament Konfransında iştirak edib.
Far.Az xəbər verir ki, tədbirin açılış mərasimi Parlamentlərarası İttifaqın (PAİ) Prezidenti, Avstraliya Nümayəndələr Palatasının Sədri Milton Dikin, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri prof. dok. Numan Kurtulmuşun və Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurumun çıxışları ilə başlayıb.
Tədbir aşağıdakı panel sessiyası üzrə müzakirələrlə davam edib:
İqlim öhdəliklərinin milli səviyyədə konkret tədbirlərə çevrilməsi:
Müasir iqlim reallıqları siyasi liderlərdən nə tələb edir?;
Tullantıların azaldılmasından iqlim fəaliyyətinə doğru:
Metan emissiyalarına qarşı parlament fəaliyyəti vasitəsilə daha sağlam icmaların qurulması;
İqlim liderliyinin gələcəyinə dair parlamentlərarası dialoq; İqlim maliyyələşməsi sahəsində mövcud vəziyyət:
İqlim maliyyəsinə çıxış, resursların səfərbər edilməsi və parlament nəzarəti; Parlamentlərin iqlim fəaliyyəti istiqamətində tərəfdaşlıq və koalisiyaların gücləndirilməsi.
Panel sessiyaları çərçivəsində müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, dünyanın daha yaşana bilən bir yerə çevrilməsi, "Sıfır Tullantı" layihəsi, iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin rolu, milli iqlim öhdəliklərinin həyata keçirilməsi, iqlim maliyyələşməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Parlament sədrləri, milli parlament nümayəndə heyətlərinin təmsilçiləri, beynəlxalq təşkilatların və BMT qurumlarının nümayəndələri, iqlim ekspertləri, elmi ictimaiyyətin və media nümayəndələrinin iştirak etdiyi, 55-dən çox ölkəni təmsil edən iştirakçıları bir araya gətirən tədbir çərçivəsində Baş katib Ramil Həsən bir sıra ikitərəfli görüşlər keçirib.
Səfər zamanı TÜRKPA Baş katibini onun müavini Muhammet Alper Hayali müşayiət edib.
Qalereya
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













