UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd irəli sürüb
Far.Az xəbər saytı

UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd irəli sürüb


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonun FİFA prezidenti seçkilərində namizədliyini irəli sürüb.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa təşkilatının mətbuat xidməti məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin iclasında milli assosiasiyalar namizəd olmaq təklifini qəbul edən 63 yaşlı Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər.

FİFA rəhbərinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı Prezidenti Canni İnfantino daha əvvəl yeni müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FİFA-ya rəhbərlik edir.

63 yaşlı Diallonun namizədliyinin irəli sürülməsi UEFA ilə FİFA rəhbərliyi arasında dünya futbolunun idarə olunması və inkişafı məsələləri üzrə fikir ayrılıqları fonunda baş verir.

Oxşar xəbərlər

İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 millisi ilə görüşməsi barədə paylaşım edib
Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər