Azərbaycan millisinin heyətində son oyununa çıxan Emin Mahmudova hədiyyə təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycan millisinin heyətində son oyununa çıxan Emin Mahmudova hədiyyə təqdim olunub


Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu – 66-cı oyununa çıxması münasibətilə xüsusi forma təqdim olunub.

"Far.Az" xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama matçının start fitindən əvvəl futbolçuya üzərində 66 rəqəmi yazılmış formanı hədiyyə edib.

Qeyd edək ki, 2016-cı ildən milli komandanın şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qola imza atıb. E.Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər