Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır?
Axşam yeməyində qızılbalıq (somon) yemək yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Bunun səbəbi balığın tərkibində yuxu ilə əlaqələndirilən triptofan amin turşusunun, eləcə də faydalı yağların və vitaminlərin olmasıdır.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, dietoloq Sem Siqel rahat yuxuya kömək edə biləcək axşam yeməyinin tərkibi ilə bağlı tövsiyələrini bölüşüb.
Mütəxəssisin sözlərinə görə, bu baxımdan ən yaxşı seçimlərdən biri qızılbalıqdır. Zülalla zəngin olan bu balıq orqanizmi triptofan amin turşusu ilə də təmin edir. Həmin maddə yuxu prosesində rol oynayan birləşmələrlə əlaqələndirilir.
Dietoloq vurğulayıb ki, qızılbalığın faydası yalnız triptofanla məhdudlaşmır. Onun tərkibində omeqa-3 yağ turşuları, D vitamini və antioksidantlar da var. Bu xüsusiyyətlər balığı axşam yeməyi üçün qidalı seçimlərdən birinə çevirir.
Siqel axşam yeməyində zülalın miqdarına da diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, son qida qəbulu zamanı təxminən 110-140 qram, yəni ovuc böyüklüyündə balıq və ya digər zülal mənbəyi kifayətdir.
Dietoloq qızılbalığın qarabaşaq tipli tam taxıllar və ya şirin kartof kimi mürəkkəb karbohidratlarla, həmçinin tərəvəzlərlə birlikdə yeyilməsini məsləhət görüb. Onun izahına görə, karbohidratlar triptofanın beyinə çatmasına kömək edir.
Qeyd edək ki, daha əvvəl endokrinoloqlar axşam saatlarında çips və şirniyyat qəbulunu məhdudlaşdırmağın vacibliyinə diqqət çəkiblər. Belə qidaların gec saatlarda yeyilməsi insulin səviyyəsinə təsir göstərə bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













