İri investisiya layihələrinə "10 illik maliyyə öhdəliyi pasportu" mexanizminin tətbiqi təklif olunub
Milli Məclisdə iri dövlət investisiya layihələrinə "10 illik maliyyə öhdəliyi pasportu" mexanizminin tətbiqi təklif olunub.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun fikrincə, iri layihələr təsdiqlənməzdən əvvəl onun yalnız tikinti dəyəri deyil, gələcək istismar xərcləri, təmir ehtiyacları və mümkün qənaət imkanları da hesablanmalıdır:
"Bəzi dəstək proqramları üçün üç və ya beş ildən bir məcburi səmərəlilik qiymətləndirilməsi aparılması məqsədəuyğundur. Proqram qarşıya qoyulan məqsədə çatırsa, davam etdirilsin, nəticələr zəifdirsə, mexanizm dəyişdirilsin. Qənaət olunan vəsait isə daha aktual ehtiyaclara yönəldilsin. Əsas məsələ dövlət vəsaitindən daha ağıllı istifadə olunmasıdır".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub
-
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub













