AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
Far.Az xəbər saytı

AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?


Azərbaycanda yeni televiziya kanallarının yaradılması istiqamətində hazırlıq işləri aparılır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni tematik kanalların yaradılması ilə bağlı layihələr üzərində iş gedir.

Məlumata əsasən, AzTV Uşaq layihəsinin hazırlanmasına başlanılıb. Bu istiqamətdə komanda formalaşdırılır. Eyni zamanda, milli cizgi filmlərinin istehsalı üçün bəzi müəlliflərə ssenari təklifləri göndərilib.

Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, yeni televiziya layihələri sırasında "AzTV İrs" kanalının yaradılması da nəzərdə tutulur. "AzTV Xəbər" adı da yeni layihələrlə bağlı müzakirələrdə çəkilir. Həmçinin AzTV 1, AzTV 2 və "AzTV Sport" adları altında kanalların fəaliyyətə başlaması ilə bağlı konsepsiya mövcuddur.

Bununla yanaşı, "AzTV Şou" adlı əyləncə və şou kanalının loqosu da ictimaiyyətə təqdim edilib. Lakin bu layihənin yaradılması ilə bağlı rəsmi təsdiq yoxdur.

Yeni kanallardan birinin rəhbərliyinin Həmid Əsədzadəyə həvalə edilməsi də müzakirə olunur. Onun hansı kanalın rəhbəri olacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, 2026-cı ilin avqustunda mediada AzTV-nin yeni tematik kanallar yaratmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. Həmin konsepsiyaya əsasən, kanalların informasiya, ictimai-siyasi, əyləncə, idman, uşaq və milli-mədəni irs istiqamətlərində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər