XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
Far.Az xəbər saytı

XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk


Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.

Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.

Xatırladaq ki, Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.

Oxşar xəbərlər

Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib
XİN: Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərindən kədərlənirik
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Tbilisidəki partlayış nəticəsində ölənlərin sayı beşə çatıb - Yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər