TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələri təqdim olunub
Far.Az xəbər saytı

TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələri təqdim olunub


ABŞ-nin AECOM şirkəti Ermənistan baş nazirinin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumətdə keçirilən görüşdə dəmir yolu infrastrukturu, eləcə də enerji infrastrukturlarının, rabitə xətlərinin və avtomobil yollarının funksional imkanları üzrə ilkin təhlil təqdim olunub.

Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın növbəti mərhələlərinin hazırlanması ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə edilib.

Qeyd olunur ki, cari il ərzində AECOM şirkətinin nümayəndələri TRIPP infrastrukturlarının çəkiləcəyi Ermənistanın Mehri bölgəsinə bir neçə dəfə səfər ediblər.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər