Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
Far.Az xəbər saytı

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib


Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib.

"Far.Az"un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib.

Görüş zamanı tərəflər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

"Azərbaycan Avropa, Avropa İttifaqı və Estoniya üçün etibarlı tərəfdaşdır. Biz konstruktiv dialoq, qarşılıqlı hörmət və praktik əməkdaşlığa əsaslanan tərəfdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk", - səfir qeyd edib.

N.Nağdəliyev Azərbaycanı Estoniyada təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və dinamik inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Diplomat həmçinin Estoniya Prezidentinə səmimi qarşılanma və məzmunlu söhbətə görə təşəkkür edib.

Oxşar xəbərlər

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər