Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi
Far.Az xəbər saytı

Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi


Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı özündən çıxaraq sual verən jurnalisti təhqir edib. Daha sonra ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb tapacağını bildirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, brifinq zamanı jurnalist Ripsime Cebecyan Qarabağa bağlı məsələlər gündəmə gələndə baş nazir və onun tərəfdarları müxalifətə, eləcə də sadə vətəndaşlara mütəmadi olaraq "Bəs siz niyə döyüşərək ölmədiniz?" sualını ünvanlayırlar.

Jurnalist eyni zamanda baş nazirin və onun tərəfdarlarının, bir çoxunun hərbi xidmətdə olmadığı halda, niyə həlak olmadıqlarını soruşub. O, həmçinin Paşinyanın ictimai çıxışları zamanı tez-tez şəxsi təhqirlərə və hədələrə yol verdiyini, hüquq-mühafizə orqanlarının isə buna göz yumduğunu bildirib. Halbuki adi vətəndaşlar öz fikirlərinə görə məhkəmə iddiaları ilə üzləşirlər.

Paşinyan cavabında jurnalistlərin "Yerablur" məzarlığını siyasi alver predmetinə çevirdiklərini deyib. "Bunu açıq deyirəm: şəxsən siz, "Güclü Ermənistan" və digər şəxslər Yerabluru siyasi və ictimai alver predmetinə çevirmisiniz. Bu yolda siz iyrəncsiniz - sizin üçün Yerablur sadəcə alver predmetidir. Yerabluru alver predmetinə çevirən hər kəsi məhv edəcəyəm. Siz iyrəncsiniz", - deyə o bildirib.

Bundan sonra jurnalist şəxsi təhqirlərə görə məhkəməyə müraciət edəcəyini bildirib. "Buyurun. Yaxşı bəhanədir. Mən də sizə qarşı məhkəməyə müraciət etmək üçün bəhanələr tapacağam. Məhkəmədə görüşərik", - deyə Paşinyan fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər