Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
Azərbaycanda əlavə iş saatlarına görə əməkhaqqının hesablanması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, iş vaxtından artıq işləyən şəxslərə ödəniş xüsusi əmsallar əsasında hesablanacaq.
Far.Az-in məlumatına görə, bu barədə deputat Vüqar Bayramov əmək qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən danışarkən bildirib.
Onun sözlərinə görə, mövcud qaydalarda işçinin gündəlik 8 saatlıq iş vaxtından artıq çalışdığı hallarda əlavə saatların ödənişinin hesablanmasında müəyyən çətinliklər yaranır:
"Məsələn, işçi gündə 8 saat əvəzinə 10 saat işlədikdə əlavə 2 saatın dəyərinin hesablanması hər zaman aydın mexanizm əsasında aparılmırdı. Bunun səbəblərindən biri saatlıq minimum əməkhaqqının ayrıca müəyyən edilməməsi idi.
Yeni dəyişikliklər bu məsələnin daha dəqiq tənzimlənməsinə imkan verəcək. Əlavə iş saatları üçün xüsusi əmsallar tətbiq olunacaq. Onun təqdim etdiyi nümunəyə əsasən, işçinin adi saatlıq əməkhaqqı 50 manatdırsa, əlavə işlədiyi saat üçün ödəniş ən azı 100 manat təşkil edə bilər".
V.Bayramov əlavə edib ki, saatlıq minimum əməkhaqqının müəyyənləşdirilməsi də əlavə iş saatlarının hesablanmasını asanlaşdıracaq:
"Nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi iş vaxtından artıq çalışan şəxslərin əməyinin daha düzgün qiymətləndirilməsi və əlavə iş saatlarına görə ödənişlərin şəffaflaşdırılmasıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













